Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

 

68

E.ə. II minilliyə aid Potapov mədəniyyəti (Васильев И. Б., 



Кузнецов  П.  Ф., Семёнова  А.  П.,  1994;  Кузнецов  П.  Ф.,  Се-

мёнова А. П., 2000, c. 122-152). 

E.ə.  II  minilliyin  sonu-I  minilliyin  başlarına  aid  Karasuk 

mədəniyyəti  (Восточно-азиатская..,  2006;  Карасукская  куль-

тура.., 2008; Новгородова Э. А., 1970).  

E.ə. VIII-IV əsrləri əhatə edən iskit-sak mədəniyyəti (F. X. 

et al., 2004). 

E.ə.  VIII-III  əsrlərə  aid  «Taqar»  mədəniyyəti  (Готлиб  А. 

И., Зубков В. С., Поселянин А. И., Худяков Ю. С., 2003; Ки-

селёв  С. В.,  1949;  Членова  Н.  Л.,  1967;  Теплоухова  С.  А., 

1929, с. 41-62). 

E.ə.  VI-III  əsrlərə  aid  Pazırık  mədəniyyəti  (Радлов  В.  В., 

1895; Степанова Н. Ф., 1986, c. 79-81; Каммарт Л., Хюле В. 

В., Буржуа И., Миккельсен Я. Х., 1998, c. 229-239). 

E.ə. III – b.e. V əsrlərini əhatə edən hun mədəniyyəti (Kim 

K., Brenner Ch, et al., 2010). 

E.ə. II-b. e. V əsrlərini əhatə edən Taştık mədəniyyəti (Кыз-

ласов Л. Р., 1964; Кызласов Л. Р., 1980). 

I-XIII  əsrləri  əhatə  edən  Alan  mədəniyyəti  (Zgusta  L., 

1955; Афанасьев Г.Е., Вень Ш., Тун С., Ван Л., Вэй Л., Доб-

ровольская М.В., Коробов Д.С., Решетова И.К., Ли Х., 2015, 

c.146-153). 

VIII-X  əsrlərə  aid  Xəzər  mədəniyyəti  (Афанасьев  Г.  Е., 

2014, c. 407; Афанасьев Г. Е., Ван Л., Вень Ш., Вэй Л., Доб-

ровольская М. В., Коробов Д. С., Решетова И. К., Ли Х., Тун 

С., 2015, с. 9). 

IX-XI  əsrlərə  aid  Oğuz  mədəniyyəti  (Матюшко  И.  В., 

2014, с. 620-625). 

X1-XIII  əsrləri  əhatə  edən  qıpçaq  mədəniyyəti  (Костюков 

В. П., 1997). 

Bundan  başqa  Leylatəpə,  Maykop,  Kür-Araz,  Trialeti,  Xo-

calı-Gədəbəy  və  s.  kimi  qədim  kurqan  mədəniyyətləri  də  mə-

lumdur  ki,  onların  bəzilərindən  aşkar  edilmiş  skeletlərin  DNT 

analizləri aparılmasa da, türklərə aid olduğu şübhə doğurmur. 

 



 

69

Neolit inqilabı və Türk tarixinin başlanğıc nöqtəsi:  



Çatal-Höyük mədəniyyəti 

Dünya tarixinin  ən  maraqlı səhifələrindən  biri  və  bəlkə də, 

birincisi  elm  aləmində  «Neolit  inqilabı»  və  ya  «neolitizasiya» 

adı  ilə  məşhur  olan  dövrdür  ki,  məhz  həmin  dövrdə  bəşəriyyət 

bəsit  yığıcılıq  təsərrüfatına  əsaslanan  iqtisadiyyatdan  daha  mo-

dern təsərrüfat növünə, əsasında istehsalat dayanan iqtisadiyyata 

keçmiş, həmin dövrdə əkinçilik ortaya çıxmış, heyvanların əhli-

ləşdirilməsi  baş  vermişdir.  İnsanlar  kənd  təsərrüfatı  məhsulları, 

buğda, arpa, noxud, ət, süd, dəri, yun, iplik, parça, xalça, qab və 

s.  istehsal  etməyə  başlamışlar.  Belə  hesab  edilir  ki,  mezolitdən 

(orta  daş)  neolitə  (yeni  daş  dövrü)  keçid  ən  azı  10  min  il  əvvəl 

Yaxın Şərqdə baş vermişdir (Anil K. Gupta, 2004).  

«Neolit inqilabı» anlayışını elmə 1923-cü ildə G. Çayld gə-

tirmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsu-

siyyəti  təkcə  istehsalçı  təsərrüfat  növünə  keçməkdən  ibarət  ol-

mayıb. Bu dövr üçün ən əsas xarakterik xüsusiyyətlərdən biri in-

sanların  mağaraları  tərk  edərək  evlər  tikməyə  başlaması,  öz  tə-

sərrüfat sahələrinin yaxınlığında şəhərlər və qəsəbələr salmasıdır 

(Чайлд Г., 1956). Elmə məlum olan ən qədim iki şəhər – İerixon 

(Иерихон…)  və  Çatal-Höyük  (Hodder  İ.,  2014)  məhz  həmin 

dövrün abidələridir. Bunlardan birincisi Fələstin ərazisində pey-

da olmuş və bu gün də mövcudluğunu davam etdirir. İkincisi isə 

Türkiyədə - Konya düzənliyində aşkar edilmiş, xarabaları arxeo-

loqlar tərəfindən üzə çıxarılmışdır. Hər iki  şəhərin e.ə. VIII mi-

nillikdə ortaya çıxdığı hesab edilir. 

Adı  çəkilən  bu  iki  şəhər-mədəniyyətlərindən  Çatal-Höyük 

bizim  üçün  daha  böyük  önəm  daşıyır.  Çünki  bu  mədəniyyətin 

neolit və eneolit dövrünə aid mədəni təbəqələrindən tapılan 800-

ə yaxın skeletdən DNT nümunələri götürülüb və məlum olub ki, 

şəhər  əhalisinin  daşıdıqları  genomlar  içərisində  R1b  və  R1a 

haploqrupları  dominantlıq  təşəkil  edirdi.  Analizə  göndərilmiş 

sümük nümunələrinin 24 faizi R1b, 14 faizi isə R1a haploqrupu-

nun daşıyıcısı olub. Digər nümunələr çox çürüdüyündən onların 



 

70

hansı  haploqrupa  aid  olduğunu  müəyyən  etmək  mümkün  olma-



yıb (Çataloluk O., 2012, s. 24-28; Hodder İ., 2014).  

Bu fakt bizə «Neolit inqilabı»nın müəlliflərinin R1b və R1a 

haploqrupunun daşıyıcıları olan türklərin ulu babalarının olduq-

larını söyləməyə əsas verir. Doğrudur, Çatal-Höyüklülərin içəri-

sində az nisbətlərdə başqa haploqruplara sahib  insan qalıqlarına 

da rast gəlinib və onların 1 faizi Qafqaz mənşəli J haploqrupuna 

sahib olub. Lakin onların  heç birinin  izinə sonrakı  minilliklərdə 

bütün  Avrasiyanı  əhatə  edən  neolit  və  eneolit  «inqilablar  zən-

ciri»ndə  rast  gəmirik.  Yalnız  J  haploqrupunun  sahiblərinin  R1a 

və R1b-lilərlə  birlikdə  miqrasiya etdiyinin  şahidi  oluruq. Hazır-

da J (J2  və J1)  haploqrupu Türkiyədə dominanta çevrilib  və  bu 

Y-xromosomu daşıyanlar say baxımından R1a və R1b-liləri, yə-

ni təmiz türk soyluları keçib.  

Anadolu və Qafqazdan türklərlə birlikdə Avropa, Ərəbistan 

yarımadası  və  Afrikanın  şimalına,  eləcə  də  şərqə  -  Türküstana 

doğru hərəkət edən J-lilər öz izlərini uyğur və özbəklərin geno-

fonduna da önəmli dərəcədə həkk etdirə biliblər. 

Araşdırmalar  nəticəsində  uyğur  türklərinin 34  %-inin  J2, 

22,1  %-inin  R1a  və 17,6  %-inin  R1b  Y-DNT  haploqruplarına 

sahip olduqları  məlum olub (Yali Xue, Tatiana Zerjal,  Weidong 

Bao,  Suling  Zhu,  Qunfang  Shu,  Jiujin  Xu,  Ruofu  Du,  Songbin 

Fu,  Pu  Li,  Matthew  E.  Hurles,  Huanming  Yang,  and  Chris  Ty-

ler-Smith, 2006, p. 2431-2439). Anadolu türklərində ise bu gös-

təricilər müqabil olaraq belədir: 24 % J, 7.5 % R1a ve 16 % R1b 

(Distribution of European.., 2012). 

Türk 

xalqları 

R1b

 

R1 a

 

I

 

C

 

O

 

J

 

N

 

T

 

L

 

Türkiyə 

türkləri

 

16.1 


6.9 

5.1 


— 

— 

24.0 



3.8 

2.5 


4.2 

Altaylar  

(Quzey) 

6.0 


38.0 

0.0 


— 

— 

2.0 



10.0 

— 

— 



Altaylar  

(Güney) 

1.0 


53.1 

2.1 


— 

— 

4.2 



11.5 

— 

— 



Qazax

 

5.6 


3.7 

0.0 


66.7  9.0 

0.0 


1.9 

0.0 


— 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə