Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

 

65

qabartmağa  çalışır  (Артамонов  М.И.,  1962).  Görünür,  sovet 



dövründə  sözügedən  mövzu  ilə  məşğul  olan  alimlər  qarşısında 

belə  bir  vəzifə  qoyulmuşdu.  Bununla  belə,  yazılan  bütün  əsər-

lərdə xəzərlərin türk olduğu mütləq qeyd olunur və bu məsələdə 

alimlər arasında qətiyyən fikir ayrılığı yoxdur.  

Xəzərləri  siyasi  məqsədlə  «türklükdən  uzaqlaşdırmaq»  və 

«yəhudiləşdirmək»  istiqamətində  aparılan  siyasəti  və  onun  hə-

dəflərini təhlil  etmək bu  monoqrafiyanın  məqsədləri dışında ol-

duğundan  onun  üzərində  durmaq  fikrimiz  yoxdur.  Sadəcə  onu 

qeyd edək ki, hazırda «Böyük Yəhudi-Xəzər dövləti» layihəsini 

həyata keçirməkdə olan bəzi yəhudi dairələrin maliyyələşdirdiyi 

testlər xəzərlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olan qədim 

türk  soylarından  biri  olduğunu  göstərmişdir.  Bu  genin  daşıyıcı-

larına  Cənubi  Sibirdən  Qara  dəniz  sahillərinə  qədər  yayılan  və 

türk  ləhcə  və  şivələrində  danışan  bir  çox  xalqlar  arasında,  o 

cümlədən qaraçaylılar, balkarlar, tatarlar, başqırdlar, eləcə də di-

gər iskit dairəsi  xalqlarının  varisləri arasında  sıx-sıx rast gəlinir 

(Клесов А, 2016, с. 913-922). 

Qeyd etmək lazımdır ki, qazıntı halnda tapılan sözügedən hap-

loqrup  xəzər  kurqanlarından  əldə  edilmiş  bir  neçə  skelet  qalıqları 

üzərində aparılmış DNT analizləri nəticəsində aşkar edilmişdir.  

Hazırda elmə çox sayda, daha dəqiq desək, bir neçə yüz xə-

zər kurqanı  məlumdur ki, onlar haqqında bəzi dəyərli  məlumat-

ları O. İvik və V. Klyuçnikovun «Xəzərlər» (Ивик О., Ключни-

ков  В.  Хазары)  adlı  kitabından  əldə  etmək  mümkündür.  Eyni 

sözləri L. Kleyn  və başqalarının  birlikdə qələmə aldıqları  «İskit 

dövrünə aid katakomba və Saltov kurqanı» adlı əsər haqqında da 

söyləmək olar (Клейн Л.С. И др., 1972). Bu müəlliflərin hər bi-

ri xəzər kurqanlarının qazıntılarında bilavasitə iştirak etmişlər və 

təbii ki, bu barədə hər kəsdən daha çox məlumata sahibdirlər. 

Sırf  xəzərlərə  aid  kurqanların  müəyyənləşdirilməsində,  di-

gər kurqanlardan fərqləndirilməsində M. Artamonovun rolu çox 

böyükdür və onun haqqında məlumat verdiyi Saltov kurqanı qa-

zılmış ilk xəzər kurqanlarından biri hesab edilir. Ümumilikdə isə 



 

66

Saltov mədəniyyəti, o cümlədən eyni dövrə aid yaşayış məskəni 



xəzərələrə (VIII-X əsrlər) aid edilir. 

Aşağı Don hövzəsinin xəndəkli kurqanlarının tədqiqində və 

onların xəzərlərə aid olduğunun təsbit edilməsində A. Semyono-

vun  xidmətlərini  də  xüsusi  qeyd  etmək  lazımdır.  Bu  kurqanlar 

VII-IX əsrlərə aid edilir. 

Xəzər kurqanlarını digər kurqanlardan fərqləndirən əsas cə-

hətlər bunlardır: 

-  Sözügedən  kurqanların  qəbir  kameralarının  ətrafında 

kvadrat formasında xəndək qazılıb;  

- Bu kurqanlarda ölülər tək dəfn edilib; 

- Onların paralellərinə Orta Asiyada aşkar edilmiş türk kur-

qanlarında da rast gəlinib (Плетнева С.А., 1999). 

Beləliklə,  orta  əsrlərə  aid  xəndəkli  kurqanlar  xəzərlərə  aid 

edilir və məhz həmin kurqanlardan əldə edilmiş gen nümunələri 

də xəzərlərin etnik göstəricisi hesab edilir. Onlara aid edilən mə-

dəniyyət də «Saltov-Mayats mədəniyyəti» adlandırılır.  

Üzərlərində genetik analizlər aparılmış xəzərlərə aid iki sü-

mük  nümunəsi  iki  fərqli  xəndəkli  kurqandan  tapılmış  skeletlər-

dən götürülmüşdür. Bu  məzar abidələrinin  hər  ikisi  barədə  yazı 

dərc edilmişdir və bu yazılarda dəfn edilənlərin antropoloji tipi-

nə  də  toxunulmuşdur.  Kurqanlardan  biri  Kuteynikov  II,  digəri 

Talovıy II məzarlığında yerləşir. Bu məzarlıqlar Rostov vilayəti-

nin  cənub-qərbində,  Don  çayının  sol  sahilində,  Don  və  Manıç 

çayları  arasındakı  ərazidə  aşkar  ediliblər.  Hər  iki  sümük  nümu-

nəsinin analizi dəfn edilənlərin R1a–Z93 haploqrupunun daşıyı-

cısı  olduğunu  üzə  çıxarmışdır.  Ümumilikdə  isə  aparılan  tədqi-

qatlar nəticəsində  xəzərlərin ümumi əcdaddan gələn  iki  nəsldən 

ibarət olduqlarını üzə çıxmışdır ki, sözügedən haploqrupu onlar-

dan  sadəcə  biri  daşımışdır.  Bu  haploqrup  genetik  sıralamada 

1251 indeksi altında qeyd edilir. Digər nəsil isə 1986 indeksi ilə 

qeyd  edilmiş  R1a–Z280  haploqrupunun  daşıyıcısı  olub  (Elhaik 

E., Tatarinova T.V., Klyosov A.A., Graur D., 2014, p. 18-37). 

Görünür, bu halda söhbət tarixi mənbələrdə «ağ xəzərlər» və 

«qara  xəzərlər»  kimi  tanınan  iki  xəzər  soyundan  getməlidir.  Ge-




 

67

netiklərin  apardıqları  hesablamalara  görə,  bu  iki  soyun  ümumi 



əcdadı 2750-3590 il əvvəl, başqa sözlə, e. ə. II-I minilliklərdə ya-

şamışdır.  Belə  hesab  edilir  ki,  R1a–Z93  kök  nəsil  olmuş,  R1a–

Z280  isə  ondan  ayrılmışdır,  yəni  onun  fərqli  bir  qolu  olmuşdur. 

Çünki R1a–Z93 daha qədimdir və kərtmə mədəniyyətini yaradan 

xalq  da  onun  daşıyısı  olmuşdur.  Bu  nəslin  ən  azı  5000  il  yaşı 

olduğu,  onun  təqribən  8075  il  öncə  tarix  səhnəsinə  çıxan  daha 

qədim  nəsildən  ayrıldığı  hesab  edilir  (Клесов  А,  2016,  с.  913-

922). Bu haploqrupa Potapov, Sintaşta, Andronovo, Karasuk mə-

dəniyyətlərinin yaradıcılarının genlərində də rast gəlinib.  

Beləliklə,  türklərin  yazı  öncəsi  tarixini  öyrənmək  üçün  əli-

mizdə  iki  çox  önəmli  mənbə  var:  R1a  və  R1b  Y-xromosomları 

və  kurqanlar.  Bu  ikisi  Avrasiyanın  bir  çox  mədəniyyətlərində 

paralel çıxış edirlər. Bu baxımdan aşağıdakı qədim mədəniyyət-

ləri qeyd etmək lazımdır: 

E.ə.  V-IV  minilliklərə  aid  Xvalınsk  mədəniyyəti  (Клейн 

Л.С., 2007, с. 94-95; Mallory J. P., 1997; Marija Gimbutas, 1991). 

E.ə. IV-II minilliklərə aid çuxur və ya daraqlanmış kerami-

ka mədəniyyəti (Lehti Saag et al., 2017). 

E.ə. IV-II minillikləri əhatə edən Döyüş baltaları və ya qaytan 

keramikası  mədəniyyəti  (Древняя  ДНК;  Haak  W.,  Lazaridis  İ., 

Patterson N., Rohland N. and so on; Brandit G, 2013, 257-261). 

E.ə. IV minilliyin ortalarından III minilliyin sonunadək möv-

cud olmuş Kür-Araz mədəniyyəti (Iosif Lazaradis et al., 2016). 

E.ə. III minilliyin sonları-e.ə. II minilliyin əvvəlləri Sintaşta 

mədəniyyəti  (Morten  E.,  2015, p. 167–172;  John  Novembre, 

2015, p. 164–165; Зданович Д. Г., Куприянова Е. В., 2010). 

E.ə. XVIII – b.e. II əsrlərinə aid Tarim (Tarim mumiyaları) 

mədəniyyəti (Kim K., Brenner Ch, et al., 2010). 

E.ə.  XVI-XII  əsrlərə  aid  kərtmə  mədəniyyət  (Клейн  Л.С., 

2007). 


E.ə.  XVI-IX  əsrləri  əhatə  edən  Andronovo  mədəniyyəti 

(Киселёв С. В., 1949; Bryant E., 2002). 

E.ə. XIII-IX əsrlər Mejovsk mədəniyyəti (Сальников К. В., 

1967; Косарев М.Ф., 1981). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə