Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

 

56

Fransadakı Paris Milli Ekoloji  Antropologiya, Təbiət tarixi 



muzeyinin  əməkdaşları  Friso  Palstra,  Myriam  Georges  və 

Evelyne Heyer. 

ABŞ-dakı Boston Tibb Məktəbinin Genetika departamenti-

nin əməkdaşları Iosif Lazaridis, Nadin Rohland və David Reich.  

Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Genetik Si-

tologiya  İnstitutunun  əməkdaşları  Aleksandr  Filipenko,  Dmitri 

Pozdnyakov, Vyaçeslav İ. Molodin. 

Berlin  Azad  Universitetinin  Tarix  və  Mədəniyyət  departa-

mentinin əməkdaşları Elke Kaiser və Wolfram Schier. 

Samara  İctimai  Elmlər  və  Təhsil  Universitetinin  əməkdaşı 

Aleksandr Xoxlov. 

Cenevrə  Birləşmiş  Antropologiya  Universitetinin  Genetika 

və Təkamül departamentinin əməkdaşı Mathias Currat. 

Qazaxıstandakı  Astana  Arxeologiya  İnstitutunun  əməkdaşı 

Zaynulla Samaşev və s. (Joachim Burger, 2017). 

Tədqiqata Qara dəniz sahillərindən Altaya qədər uzanan geniş 

ərazidəki  fərqli  kurqanlardan  tapılmış  96  skeletdən  götürülmüş 

nümunələr cəlb edilmiş və nəticədə məlum olmuşdur ki, hansı böl-

gədə yaşamasından asılı olmayaraq, skifləri təkcə mədəniyyət birli-

yi deyil, həm də qan bağları birləşdirmişdir. Eyni zamanda məlum 

olmuşdur  ki,  skiflərlə  hazırda  skif  kurqanlarının  yayıldığı  geniş 

ərazilərdə  yaşayan  türk  xalqlarının  genləri  eynidir,  yəni  bugünkü 

türk  xalqları  skiflərin  birbaşa  variesləridirlər.  Üstəlik  də  skiflərin 

özləri Avrasiya ərazisində mövcud olmuş daha qədm mədəniyyət-

lərin birbaşa genetik davamçılarıdır (Поздняков Д. Скифы…).  

Yuxarıda adı çəkilən alimlər qrupunun tədqiqata cəlb etdiklə-

ri  materialların  bir qismi  Avrasiya  çöllərinin qərb  hissəsində  yer-

ləşən kurqanlardan, daha dəqiq desək, Şimali Qafqaz (e.ə. VIII-VI 

əsrlər, erkən iskit çağı), Volqa-Don hövzəsi (e.ə. III əsr) və Cənub 

Qərbi Ural (e.ə. VI-V əslər, erkən sarmat çağı) bölgələrində yerlə-

şən  kurqanlardan  götürülmüşdür.  Avrasiya  düzənliklərinin  şərq 

hissəsindəki  kurqanlar  sırasından  isə  araşdırmalar  aparmaq  üçün 

Şərqi  Qazaxıstanda  (e.ə.  IX-VII  əsrlər),  Tuvada  (e.ə.  VII-VI  əsr-

lər) və Minisuinskdə (V əsr) yerləşən bəzi kurqanlar seçilmişdir.  




 

57

Şərq  skiflərinə  aid  materialların  analizi  zamanı  alimlər  er-



kən və sonrakı dövr skifləri arsında əlaqəni müəyyənləşdirə bil-

mək  üçün  «approximate  Bayesian  computation  (ABC)»  meto-

dundan istifadə etmişlər. Bu metod əsasında aparılan analizlərin 

nəticəsində məlum olmuşdur ki, onlar bir-birinin sələf-xələfidir-

lər və  iki  fərqli əhali qrupunu təmsil etmirlər,  yəni  eyni ərazidə 

əsrlərlə  yaşamaqda  davam  etmiş  vahid  xalqdırlar  (Генетики  и 

антропологи.., 2017).  

Şərq və Qərb skiflərinin yaşadıqları ərazilər arasındakı məsa-

fənin  min  kilometrlərlə  ölçülməsinə  baxmayaraq  bütün  skiflərin 

ata  xətti  ilə  genetik  cəhəddən  yekcins  (R1a)  olmasından  çıxış 

edən tədqiqatçılar aradakı fərqin əhəmiyyətsiz dərəcəsdə cüzi ol-

masını (F

ST

=0.01733) əsas götürərək, onların ana xətti ilə də eyni 



xalqdan  törəyib-törəmədiyini  araşdırmaq  üçün  «АВС»  modelin-

dən  istifadə  etmək  qərarına  gəlmiş,  nəticədə  skiflərin  genlərində 

sonradan  qarışaraq  birləşən  iki  əhali  qrupunun  iştirak  etdiyini 

təsbit etmişlər. Görünür, elə bu səbəbdəndir ki, Qərb skifləri ant-

ropoloji cəhətdən bütünlüklə avropoid irqinə mənsub olduqları və 

onlarda  monqoloidlik  əlamətlərinə  rast  gəlinmədiyi  halda,  Şərq 

iskitlərində,  azacıq  da  olsa,  monqoloid  irqin  təsiri  özünü  göstər-

məkdədir. Bu, skiflərin başqa xalqlardan qız almağa məhdudiyyət 

qoymaması üzündən baş vermişdir (Joachim Burger, 2017). 

Maraqlıdır ki, skiflərdə aşkar edilən mitoxondrial haloqrup-

lar  bu  günün  özündə  də  həm  Şərqi  (HV,  N1,  J,  T,  U,  K,  W,  I, 

X), həm də Qərbi (A, C, D, F, G, M, Y, Z). Avrasiyanın hazırki 

yerli əhalisi arasında dominantlıq təşkil edir. Alimlər qrupu tam 

genomlu SNP markerləri üzrə PCA analizləri aparmış, bu zaman 

8 skif genomunu, eləcə də 167 daha qədim və 777 müasir geno-

mu əsas götürmüş və məlum olmuşdur ki, e.ə. I minillikdə Ural-

da,  Qazaxıstanda  və  Qara  dəniz  sahillərində  yaşamış  skiflər  öz 

aralarında genetik bağlarla sıx bağlı olmaqla yanaşı, bu gün hə-

min ərazilərdə yaşayan türklərin ulu babalarıdırlar, özləri isə hə-

min  ərazilərin  son  tunc  dövrü  əhalisinin,  onlar  vasitəsilə  isə 

Mərkəzi  Avropanın  eneolit  və  tunc  dövrləri  qəbilələrinin,  o 

cümlədən  çuxur  və  kərtmə  mədəniyyətlərini,  eləcə  də  Samara 




 

58

mədəniyyətini yaratmış qəbilələrin birbaşa varisləridirlər (Гене-



тики и антропологи.., 2017). 

Beləliklə, alimlərin gəldikləri son nəticəyə görə, skiflər Avro-

panın ən qədim mədəniyyətlərindən biri olan çuxur mədəniyyətinin 

birbaşa genetik varisləridirlər. Bu isə o deməkdir ki, iskitlər və on-

ların nəvə-nəticələri olan türklər Altay deyil, Avropa mənşəlidirlər. 

Bu nəticəyə təkcə  yuxarıda adları qeyd edilən alimlər gəlmə-

yiblər və onların rəyi və dəstəyi ilə Yoaxim Bürgerin qələmə aldığı 

elmi məqalə də (Joachim Burger, 2017) son dövrlərdə bu mövzuda 

dərc  edilmiş  yeganə  sanballı  məqalə  deyil.  Bu  sırada  «Scientific 

reports»  jurnalında  dərc  edilmiş  «Diverse  origin  of  mitochondrial 

lineages in Iron Age Black Sea Scythians» (Anna Juras and so on., 

2017)  adlı  məqaləni  də  xüsusi  qeyd  etmək  lazımdır.  Onun  əsas 

müəllifləri Adam Mitskeviç adına Poznan Universitetinin Antropo-

logiya İnstitunun əməkdaşları olsa da, bu məqalədə də beynəlxalq 

alimlər qrupunun tədqiqatlarının nəticələri əks olunmuşdur. 

Məqaləni qələmə alan alimlər Şimali Qara dəniz bölgəsindən 

əldə  edilmiş  19  tam  sekvenləşdirilmiş  qədim  genomun  analizləri 

əsasında iskitlərin ana xətti ilə mənşəyini, eəcə də Qara dəniz iskit-

lərinin digər bölgələrdə yaşamış iskitlərlə əlaqəsini müəyyənləşdir-

məyi qarşıya məqsəd qoymuşlar. Tədqiqatlara cəlb edilmiş nümu-

nələr Aşağı Dnestr, Aşağı və Orta Don və Krımdan götürülmüşdür. 

Ümumilikdə,  21-i  Moldovadan,  8-i  Ukraynadan  olmaqla,  29 

nümunə  öyrənilmişdir.  Onlardan  6-sının  (31.6%)  U5  (U5a2a1, 

U5a1a1,  U5a1a2b,  U5a2b,  U5a1b,  U5b2a1a2),  2-sinin  (10.5%)  J 

(J1c2  и  J2b1a6)  haploqrupuna  aid  olduğu  müəyyənləşdirilmişdir. 

N1b1a, W3a, T2b, A, D4j2, F1b, M10a1a1 və H8c haploqrupları-

nın hər birinə isə sadəcə bir nümunədə rast gəlinmişdir. 

Müəlliflər  müxtəlif  qruplar  arasındakı  genetik  məsafəni 

(Fst) hesablayaraq belə nəticəyə gəlmişlər ki, Qara dəniz skifləri 

öz mənşəyinə görə, çuxur və kərtmə mədəniyyətləri ilə bağlıdır-

lar (Anna Juras and so on., 2017).  

Yeri gəlmişkən qeyd edək ki, arxeoloji ədəbiyyatda həm cu-

xur, həm də kərtmə mədəniyyətin daşıyıcıları, eləcə də onların va-

risləri  olan  skiflər  hindavropalı  və  ya  irandilli  kimi  qeyd olunur, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə