Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

 

47

Saqaylar Erliyə həm də “Ada” (ata) demişlər. O, şamanların 



təbillərinin  ölçülərini  müəyyən  edir,  ona  yardımçı  tööslər  (ruh-

lar)  verir.  Bu töösləri  isə  həmin  şamanın  mənsub olduğu  soyun 

ölmüş  üzvlərindən,  başqa  sözlə,  şamanın  bir  vaxtlar  onun  özü 

kimi  şaman  olmuş  babalarının  ruhları  içərisindən  seçir  (АИЭ 

АН ССР (ЛО), ф. К – V, оп. 1, д.475, л. 7-8). Maraqlıdır ki, bu 

tööslər  həm  qara,  həm  də  ağ  tööslər  ola  bilərdilər  (АИЭ  АН 

ССР (ЛО), ф. К – V, оп. 1, д.475, л. 7). O da maraqlıdır ki, sa-

qaylar da, eynən saxa-yakutlar kimi, insanın aşağı dünyaya səya-

hət edə biləcəyinə inanmışlar. Bu N. Katanovun topladığı miflə-

rin məzmunlarından görünmkdədir (Катанов, 1907, с. 276-279). 

Koybal  türklərinin  də  aşağı  dünya  haqqında  təsəvvürləri, 

güman ki, çox zəngin olmuşdur. Lakin bu barədə əldə bircə dənə 

də  olsun  mif  yoxdur.  Tədqiqatçılar  onların  yeraltı  dünyann  sa-

kinləri  haqındakı  əski  təsəvvürlərini  əldə  olan  bir  şaman  təbili-

nin üzərindəki rəsmlər əsasnda rekonstruksiya etməyə çalışmış-

lar. Bu təbildə müqəddəs qayın ağacı, insan cildli dağ ruhu, uçan 

qara quşlar və s. təsvir edilmişdir (Катанов, 1897, əlavəyə bax). 

Şor türklərinin təsəvvürlərinə gəlincə, bu təsəvvürlər də xa-

kas və altaylıların analoji təsəvvürlərindən  fərqlənmir. Bu xalq-

dan  toplanmış  miflər  içərisində  Ülgen  və  Erlik  haqqında  miflər 

əksəriyyət  təşkil  edir  ki,  onlar  da  süjet  xəttlərinə  və  hətta  əsas 

detallarına  görə  xakas  və  Altay  mifləri  ilə  üst-üstə  düşür.  Belə 

ki,  şorların  inanclarına  görə,  Ülgen  və  Erlik  güc,  qüdrət  və  ha-

kimiyyət  baxımından  bir-birilərinə  bərabərdirlər.  Bu  bərabərdə-

yərlilik özünü kainatın idarəsində və insanların taleyinə müdaxi-

lədə  göstərir.  Fəqət  insanlara  münasibətləri  fərqlidir.  Ülgen  xe-

yir, Erlik  isə şər işlər görür (АИЭ АН ССР (ЛО),  ф. 11, оп. 1, 

д.101,  л.  4).  Hərçənd  ki,  A.  Anoxinin  fikrincə,  onların  birinin 

bütünlüklə xeyirxah, digərinin  isə bütünlüklə bədxah kimi qələ-

mə verilməsi bir o qədər də doğru deyil. Şorlar Erliyin yer altın-

dan yer üzünə, insanlara çox sayda yardımçı göndərdiyinə və bu 

ruhların insanlarla yanaşı yaşadıqlarına inanırdılar və hesab edir-

dilər ki, Erlik qəzəbləndikdə bu ruhlar yer üzündə müxtəlif xəs-

təliklər yayırlar. Erlik razı salındıqda isə həmin ruhlar geri çağı-




 

48

rılır  və  elə  həmin  an  da  xəstəliklər  bitir,  xəstələr  sağalır.  Erlik 



aşağı dünyanın cənub tərəflərində yaşayır (АИЭ АН ССР (ЛО), 

ф. 3, оп. 2, д.61, л. 4, 8, 12). 

Əldə olan  materiallardan belə  məlum olur ki, Ülgen və Er-

lik bir-biriləri ilə sıx bağlı olan və çox zaman fəaliyyətlərini əla-

qələndirən  tanrıçalardır.  Erliyin  7  oğlu  var.  A.  Anoxinun  topla-

dığı materiallara əsasən, onların adları belədir: 

1. Karakuş 

2. Karı xan 

3. Karlık xan 

4. Çinıs xan 

5. Çildıs xan 

6. Çezi xan 

7. Kırqıs xan (başqa variantda Kebül xan). 

Onların rəsmləri şaman təbillərinin üzərinə çəkilirdi. Bu isə 

o  deməkdir  ki,  onlar  şamanın  köməkçiləri  hesab  edilirdilər 

(АИЭ АН ССР (ЛО), ф. 11, оп. 1, д.101, л. 10). 

Erliyin  oğullarının  siyahısının  şor  variantını  Altay  variantı 

ilə müqayisə etdikdə onların qətiyyən üst-üstə düşmədiyi diqqət 

çəkir. Bu ondan qaynaqlanır ki, həmin türk xalqlarını təşkil edən 

soylar  fərqli  soylardır.  İşin  ən  maraqlı  tərəfi  isə  budur  ki,  Alta-

yın cənub  boyları  Karaquşu Ülgenin oğullarından biri  hesab et-

mişlər. Kırqıs xana gəlincə isə, o, kumandıların Ülgenin oğulla-

rından biri hesab etdikləri Kayır Kirqis biylə üst-üstə düşür. 

A.Anoxinun  topladığı  materiallardan  belə  məlum  olur  ki, 

şorlar  Erliyi  heç  də  aşağı  dünyanın  yeganə  və  şəriksiz  hakimi 

saymamışlar.  Onlar orada  üç  əcdad ruhun  məskun  olduğunu  və 

onlardan hər birinin də bir ruhlar qəbiləsinin başında durduğunu 

düşünürdülər.  Birinci  qəbilənin  başında  duranın  Tuşkun  (Tüş-

kün) olduğu hesab edilirdi. İnanca görə, onun sarayının keşiyini 

üç qara köpək çəkirmiş. Erlik ikinci qəbilənin başçsı sayılırdı ki, 

onu da altı qara it qoruyurdu. Üçüncü qəbiləyə Kaqır xan başçı-

lıq edirdi. Onun sarayının keşiyini isə doqquz eyni rəngli köpək 

çəkirdi (АИЭ АН ССР (ЛО), ф. 11, оп. 1, д.101, л. 27). 



 

49

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Kaqır  kan,  Altay-kijilərin 



miflərində  Erliyin  oğlu  kimi  çıxış  edirdi.  O,  köbök,  mürküt  və 

yetti-sarı  söylarının  himayəçisi  sayılırdı.  Kumandılar  isə Ülgen, 

Erlik  və  Kaqır  xanı  qardaş  saymışlar.  Eyni  zamanda,  kumandı 

miflərində  yeraltı  səltənətin  sakinləri  kimi  Erlik  və  Kaqır  xanla 

yanaşı  Tüşülü  adlı  bir  ruhun  da  adı  çəkilir  ki,  bu  ruhla  şorların 

Tuşkunu (Tüşkünü), çox güman ki, eyni mifik varlıqdır. Maraq-

lıdır  ki,  A.  Anoxinin  topladığı  başqa  bir  mifdə  Erlik  və  Kaqır 

xan  orta  dünyanın  ruhları  kimi  qələmə  verilir.  Həmin  material-

larda  Camqıraktu  Cacızı  və  Kanım  adlı  iki  ruhun  da  adı  keçir 

(АИЭ АН ССР (ЛО), ф. 11, оп. 1, д.101, л. 27). 

Dini dünyagörüşləri buddizmin güclü təsirinə məruz qalmış 

tıvalıların “ölümdən sonrakı həyat” barədəki təsəvvürləri bütün-

lüklə bu dinin ehkamlarına uyğun gəlsə də, toplanmış bəzi folk-

lor  materialları  onların  əski  inanclarının  qalqları  barədə  də  mü-

əyyən təsəvvür yaradır. Həmin materiallardan belə aydın olur ki, 

Tıva türkləri də aşağı dünyanın sahibi rolunda Erliyi görmüşlər. 

Fəqət onlar bu adla, yəni “erlik” adı ilə həm də yerin 18 qatının 

hər  birinin  başçsını  adlandırmaqdaydılar.  N.F.Katmanovun  top-

ladığı  materialların  məzmunundan  çxan  məntiqə  görə,  aşağı 

dünyaya  yalnız  qəddar  və  pis  adamların  ruhları  köçür  və  orada 

əzab-əziyyətə məruz qalırlar (Катанов, 1907, с. 16). 

V.Dyakonovanın topladığı materiallardan tuvalıların buddiz-

mə  qədərki  əski  mifik  təsəvvürləri  barədə  nisbətən  daha  dolğun 

və  ətraflı  məlumat  almaq  mümkündür.  Onun  materiallarna  görə, 

Tuva  şamanları  aşağı  dünyanın  “Erlik oranı”  və  “Aza oranı”  ad-

lanan iki hissədən ibarət olduğuna inanmışlar. Belə hesab etmişlər 

ki, Erlik oranda Erlik və erliklər, Aza oranda isə azalar (şeytanlar) 

sakindirlər. Onlar arsında daim mübarizə gedir. Aza oran bədxah 

ruhların məskənidir və oradan insanların üzərinə 999 növ xəstəlik 

ixrac  edilir.  Erlik oranın  sakinləri  isə  daim  bədxah ruhlara  mane 

olmağa  və  insanlara  yardım  etməyə  çalışırlar.  Onlar  həm  status, 

həm  də  qüvvət  baxımından  azalardan  daha  üstündürlər.  Bəzən 

Erliyin  “ordusu”  öz  missiyasını  layiqincə  yetirmir.  Bu  zaman 

Erlik xan erlikləri cəzalandırır (Дьяконова, 1981 б, с. 162). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə