Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

 

41

mərkəzində onun sahibi Samçi oturur. Onun eynən insanlarda olan 



evə bənzr evi, arvadı və uşaqları var (Хлопина, 1978, с. 70). Gö-

yün elə həmin qatında Ülgenin ağ-boz rəngli, “Ağbozat” adlı atının 

qamçısı  –  şimşək  yerləşir.  Ülgen  atını  qamçlayanda  şimşək  çaxır 

(Хлопина, 1978, с. 71-73). Göyün ikinci və beşinci qatlarında göy 

qurşağının ayrı-ayrı hissələri – göy, qırmzı, boz və mavi qurşaqları 

yerləşir.  Altıncı  qat  “Qırmızı  göy”  adlanırdı.  Orada  qırmzı  rəngli 

qadınlar yaşayır, fəqət onlar haqqında bir şey məlum deyil. 

Yeddinci göydə ay  və ulduzlar, səkkizinci göydə isə günəş 

yerləşir. Ülgen doqquzuncu qatda oturur. Ora daim işıqlı və isti-

dir.  Oradakı  otlar  heç  vaxt  qurumur,  gül  və  çiçəklər  solmur. 

Heyvanların isə sayı-hasabı yoxdur. Ülgenə yönələn ovsun-dua-

larda  onda  rifah  və  bolluq  istənilir.  O  da  istədiyin  bunları  göy-

dən endirir (Хлопина, 1978, с. 71-73). 

Şorların  inanclarına görə, şamanları Ülgenin özü seçir. Onları 

nişanlayır və onlara əlamətlər verir. Bu əlamətlər “artıq sümük”, əl 

və ya ayağın barmağında böyük düyüncük, qulağın aşağı hissəsində 

deşik  və çuxurcuq və s. ola bilər (Хлопина, 1978, с. 77). Ülgenin 

icazəsi olmadan şaman təbilə sahib ola bilməz. Bu barədə icazəsini 

o, Puqas dağının ruhu vasitəsilə çatdırır (Хлопина, 1978, с. 81). 

Ülgenin yanına səyahət edən şaman öncə doqquz dağ aşma-

lı  və  onların  hər  birinin  ruhuna  qurbanlar  verməlidir.  Həmin 

dağlar bunlardır: Mras-su, Üst Kobıray,  Azır, Kiçik Gelen-Tay-

qe,  Uluq  göllü,  Sarıq-taype,  Şaüçak  və  s.  Şamanın  yolu  Altın 

göldən və Altın Mergen dağ silsiləsindən keçir. O. Göyə Şakçak 

dağından yüksəlir. Bu Ülgenin xanlığına aparan yolun üzərində-

ki son dağdır (Хлопина, 1978, с. 85, 87). 

A.Anoxinin  yazdığına  görə,  şorlar  Ülgen  və  Erliyin  eyni 

gücə,  qüdrətə  və  hakimiyyətə  sahib  olduqlarına  inanmışlar 

(АИЭ АН СССР (ЛО), ф. 11, д.101, л. 4). İ. Xlopin isə bildirir 

ki, şorların Ülgenə qurban verməsi eynən altaylıların mərasimlə-

rini xatırladır (Хлопина, 1978, с. 89). 

İnama  görə,  Ülgen onun  yanına  merac  edən  şamanlara  bəzi 

mənbələrdə  “Bura”,  digər  mənbələrdə  isə  “Büraq”  adlandırılan 

doqquz mifik at göndərirdi. Bu atlarla yalnız Ülgenin yanına get-




 

42

mək  mümkün  idi.  Daha  doğrusu,  onlar  yalnız  bu  məqsəd  üçün 



nəzərdə  tutulurdu.  A.Anoxin,  eyni  zamanda,  yuxarı  dünyanın 

digər sakinlərinin də adlarını qeydə almışdır. Bunlar Damqıraktu 

Dajızı  kan,  Sarı  Çalıq  Töös,  Tooçi  xan  və  Kanım  töös  idilər 

(АИЭ АН СССР (ЛО), ф. 11, д.101, л. 22, 41-42). Bunlardan bi-

rincisinə aşağı kumandı soyları da sitayiş edir, onu Ülgenin oğul-

larından biri hesab edirdilər ki, bu barədə yuxarıda məlumat ver-

mişik. Sarı Çalıq töös kumandılarda “Şalıq” adı altında yad edilir 

və ovçuluq tanrıçası  kimi  qəbul  edilir.  Kumandılar  Kanım  töösü 

isə meşənin sahibi hesab etmişlər (Сатлаев, 1974, с. 147-148). 

Şorlar Ülgenin oğlunu “Şor Teqri” (Şorların Tanrısı) adlan-

dırırdılar.  O,  şor  şamanlarının  əsas  köməkçisi  hesab  edilirdi 

(АИЭ АН СССР (ЛО), ф. 11, д.101, л. 43-44). Bəzi şaman ov-

sun-dualarından  isə  belə  məlum  olur  ki,  şamanların  göyün  hər 

bir qatnda bir köməkçisi varmış. Bunlardan aşağı qatlarda olan-

lar zəif,  yuxarı qatlarda olanlar  isə güclü köməkçilər hesab edi-

lirdilər.  N.  P.  Dırenkovanın  topladığı  materiallardan  belə  aydın 

olur ki, Ülgen şamanlara təkcə təbil  verməklə  yetinməmiş, eyni 

zamanda, hansı şamanın  neçə təbilə  sahib olmalı  olduğunu, on-

lardan neçə müddət istifadə edə biləcəyini də müəyyənləşdirmiş-

dir (АИЭ АН СССР (ЛО), ф. 11, д.101, л. 8, 16). 

N.Katanovun tıvalılardan topladığı variantlarda göylərin sayı 

fərqlidir. Onun məlumatlandırıcılarından (informator) biri bu sayı 

33,  digəri  isə  99  kimi  göstərmişdir  (Катанов,  1907,  с.  16,  31). 

Tuva türklərinin inanclarına görə, yuxarı dünyada Burxan (Tanrı) 

yaşayr. O hər şeyin yaradıcısı və sahibidir. İnsanların övladları və 

mal-dövləti ondan qaynaqlanır (Катанов, 1907, с. 47). 

Tıva türkləri ölən yaxşı adamım ruhunun 49 günə Burxanın 

dərgahına  yüksəldiyinə  inanırdılar. Orada o yenidən doğulmalı-

dırsa, yerdə yeni doğulan bir uşağın bədəninə göndərilir, ölməli-

dirsə, ölür (Катанов, 1907, с. 15). Burxan orta dünyanı daim nə-

zarəti altında saxlayır və insanları onlara pislik etmək üçün aşağı 

dünyanın yer üzünə qalxmış bədxah ruhlardan ildırım və şimşək 

çaxdırmaqla qoruyur (Катанов, 1907, с. 31). 



 

43

Q.Potanin  qeydlərindən  isə  tıvalıların  göylərdə  yaşayan  ildı-



rımlar  və  şimşəklər  tanrıçasına  da  sitayiş  etdikləri  məlum  olur. 

Onun topladığı materiallarda bu mifik varlıq Kuday-Kayrakan və ya 

Ulu Kayrakan adlanır (Потанин, 1883, с. 186). Buradakı “Kuday” 

termini  Altay-xakas  miflərində  yuxarı  dünyanın  başçısı  kimi  çıxış 

edən  Kudayın  adının  eynisidir.  Maraqlıdır  ki,  tıvalılar  şimşəyin 

mənşəyini  təkcə  yuxarı  dünyanın  başçısı  ilə  bağlamamışlar.  Eyni 

zamanda hesab etmişlər ki, uçan və uçarkən quyruğunu bərk- bərk 

yelləyən əjdaha da ildırım saçır. Göy gurultusu onun qışqırığından 

yaranır. Bu əjdaha saçdığı şimşəklə insanları və heyvanları öldürür. 

Amma  o  insan  və  heyvanları  öldürür  ki,  onlar  ona  göydə  lazım-

dırlar. Onun oxu insan ürəyinə bənzəyir (Катанов, 1907, с. 31, 82). 

Əjdaha haqqında məlumatlara V. Dyakonovanın da qeydlə-

rində  rast  gəlinir.  Onun  topladığı  materiallarda  tıvalılar  həmin 

əjdahaya “Luu” deyirdilər (Дьяконова, 1976, с. 287). 

Tıvalıların  inanclarna  görə,  qüdrət  sahibi  olan  şamanlar  öz 

vergilərini  göydən  alır.  Şaman  “xəstəliyinə”  isə  üzərlərinə  göy 

qurşağı düşdükdə tutulurlar (Кон, 1934,  с. 24; Дьяконова, 1981 

б, с. 133). Bu isə o zaman baş verir ki, insan Oran əəzi (kainatın 

sahibi)  ilə  təmasda  olur  (Дьяконова,  1981  б,  с.  133).  Tuva  şa-

manları  iddia  edirdilər  ki,  onlara  yuxarı  dünyaya  qalxmağa  göy 

qurşağının sahibləri yardımçı olurlar (Дьяконова, 1981 б, с. 147). 

Şamanların kömkçilərindən biri də  Ak Əərən (ağ ərən)  idi. 

Şamanlar  bu  mifik  varlığa  böyük  hörmətlə  yanaşır  və  yuxarı 

dünya sakinləri ilə onun vasitəsilə əlaqə saxlayırdılar. Onun rəs-

mi  Tıva  və  Altay  şamanlarının  əsas  simvollarından  biri  hesab 

edilirdi  (Дьяконова,1981  a,  с.  143).  N.  Alekseyevin  fikrincə, 

Ak  Əərən  altaylıların  Dayıkı  ilə  eyni  şey  olmuşdur  (Алексеев, 

1984, с. 45). V. Dyakonovanın topladığ materiallardan şamanla-

rın daha bir köməkçisinin də adı məlum olur. Bu, Kırqız Ərəndir 

(Дьяконова, 1981 б, с. 147). 

Teleutların da inanclarna görə, aşağı dünyanın sahibi Erlik-

dir.  Onlar  bu  mifik  varlığı  “Adam”  (mənim  atam)  da  adlandrır 

və  ona  böyük  hörmətlə  yanaşırdılar.  Onun  “çin  der”də  (gerçək 

yer),  “tenqer  tezi”nin  (göyün  yerə  dirəndiyi  məkan)  arxasında 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə