Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

 

32

yazdığına görə, Bura kan eyni  zamanda, teleut soylarından birinin 



mifik əcdadı hesab edilir (Алексеев, 1984, с. 34). 

Maraqlıdır  ki,  N.Dırenkovanın  informatoru  olmuş  şaman 

yuxarı  dünyann  bir  çox  üzvlərini  öz  əcdadları  adlandırmışdır: 

Abayoş  ata,  Kazıqan  ata,  Tumat  ata,  Xan  Kayrakan,  Qara  Sa-

mur, Yada ata, Eksey-Meksey  və Totoy. Bunlardan sonuncusu-

na mundus və tölös soyları ildırım və yağış tanrıçası kimi sitayiş 

edirdilər (Вербицкий, 1893, с. 136-137). 

A.Anoxinin qeydlərindən məlum olur ki, teleut boyuna daxil 

olan soylardan munduslar xəstənin qarnında qərar tutmuş bədxah 

ruhu  “Ay  Tatay!”  çığıraraq  qovurmuş  (Анохин,  1929,  с.  254). 

Yəni  onlar  ildırım  tanrıçasınn  adını  çəkməklə  aşağı  dünyadan 

gəlmiş şər ruhları qova biləcəklərinə inanırmşlar. Bu inanc teleut-

ların miflərində də öz əksini tapıb. Həmin miflərdə yuxarı dünya 

ruhlarının  orta  dünyaya  enməsi  yer  üzünə  qalxmış  aşağı  dünya 

ruhlarının qaçmasına səbəb olur (Алексеев, 1980 б, с. 82-83, 86). 

N.Dırenkovanın  qeydə  aldığı  yuxarı  dünya  sakinləri  içəri-

sində  ikisi  diqqəti  xüsusi  cəlb  edir.  Bunlardan  biri  Qara  Samur 

atadır  ki,  N.Alekseyevanın  fikrincə,  bu  obraz  totemçiliyin  qalı-

ğıdır (Алексеев, 1984,  с. 35). Digəri  isə  yağış  yağdırmaq üçün 

istifadə edilən yada daşının yaradıcısı hesab edilən Yada atadır. 

Teleutların  animistik  təsəvvürləri  barədə  son  dərəcə  qiymətli 

materialların  toplanmasında  A.Anoxinin  fəaliyyəti  gerçəkdən  də 

misilsizdir.  Onun  topladığı  materiallardan  belə  aydın  olur  ki,  Bay 

Ülgendən  başqa digər ülgenlər də  mövcud olmuşdur. Məlum olur 

ki,  insanların  qutunun  yaradıcısı  Ülgen  olsa  da,  onları  insanlara 

paylayan yaradcı ana rolunda çıxış edən Enem Dayuççidir (Dayuç-

çi  anam).  Bu  mifik  varlığın  göyün  dördüncü  qatında  oturduğuna 

inanılmışdır.  İnsanların  sürlərinin  alınmasına  da  o  cavabdehdir. 

Bunun nəticəsində isə ölüm baş verir. Bu isə o deməkdir ki, o, eyni 

zamanda, həm də ölüm mələyidir. O, kimin həyatının sona yetməli 

olduğu qərarını öz kitabına yazır (Анохин, 1929, с. 253, 260). 

Teleutlar  övladı  olmayanların  Enem  Dayuççi  tərəfindən 

qutdan  məhrum  edildiklərinə  inanırdılar.  Odur  ki,  qut  almaq 

üçün başqa ülgen və ruhlara müraciət edirdilər. Bu məqsədlə da-




 

33

ha  çox  isə  Ada  (ata)  və  Doo-Kap  adlı  mifik  varlıqlara  yalvarır, 



onlara qurbanlar verirdilər (ААН СССР, ф. 202, оп. 1, д.20, л. 

5). Əgər bu mərasimdən sonra uşaq dünyaya gələrdisə, bu, sözü-

gedən  ruhların  hədiyyəsi  kimi  qəbul  edilərdi  (ААН  СССР,  ф. 

202, оп. 1, д.20, л. 6). 

Telutların inanclarına görə, Ülgenin qızları digər yuxarı dün-

ya sakinlərinə nisbətən insanlara qarşı daha mehribandırlar. Onlar 

qorxu keçirən  adamın  köməyinə  gəlməkdə  heç  vaxt  gecikmirlər. 

İnsanlar  onlara  yardım  üçün  dua  edər-etməz,  dərhal  göyün  on 

dördüncü qatından yerə enirlər (Анохин, 1929, с. 253, 256). 

Bütün  bu  faktlar  bir  daha  sübut  edir  ki,  teleutların  yuxarı 

dünya  barədə  təsəvvürləri  digər  Altay  soy  və  boylarının  təsəv-

vürlərindən az şeylə fərqlənmişdir. 

Eyni sözləri telenqitlər haqqında da söyləmək olar. 

Altay türklərinin üçüncü cənub qrupuna daxil olan telenqit-

lər yuxarı dünyanın bütün sakinləri içərisində Kudayı daha üstün 

tuturdular. Belə hesab edilirdi ki, Kudayın iki sifəti var; Ülgenə 

xas  xeyir  sifəti  və  Erlikə  xas  şər  sifəti.  Onun  bu  iki  sifəti  daim 

bir-biri  ilə  mübarizədədir və ölümlə  həyat bu  mübarizənin  nəti-

cəsidir (Калачaeв, 1896, с. 48). Telenqitlərdən toplanmış bir al-

qışda Ülgenə müraciətlə belə deyilir: 

Ey qüdrətli atamız Ülgen! 

Öz sirli papağında üç rəngli lent 

Gəzdirirsən sən. 

Sənin sarayına üç nərdivan aparır, 

Minmək üçün atı yaratdın, Ülgen, sən! 

Mənim mal-qaramı yaradan da sənsən, 

Uzun hörüklü qadını da yaratdın sən. 

Dünyada barışı yaradan da sənsən, 

Bizi xəstəlikdən qoruyursan sən. 

Güllənin yetmədiyi yerdən, 

Səsin çatmadığı yerdən, 

Dünyanı təhlükəsiz yerdə yaratdın, 

İnsanlara qutu da sən çatdırdın (Калачaeв, 1896, с. 484). 



 

34

Bu mətndən göründüyü kimi, telenqitlər Ülgenə ilahi əcdad 



kimi  yanaşmış,  onun  insanları  və  heyvanları  yaratdığına  və  in-

sanları qoruduğuna inanmışlar. 

Altay  türklərinin  şimal  boylarından  olan  kumandılar  inan-

mışlar ki, yuxarı dünyanın sakinləri ayrı-ayrı türk soy və boyla-

rının  əcdad  ruhlarıdır.  Onları  töös  adlandırırdılar.  Tööslərin  ən 

böyüyü üç guşəli müqəddəs papaq geyən Bay Ülgendir (Сатла-

ев, 1974, с. 147). Kumandılar onu mis  boyunluqlu geyimdə, ağ 

buludların  arasında  oturmuş  vəziyyətdə  təsvir  edir  və  onun  elə 

bu vəziyyətdə də hər şeyi və hər kəsi idarə və mühakimə etdiyi-

nə  inanırdılar.  İnanca  görə,  insanlara  şamanlıq  istedadını  bəxş 

edən də, onları bu missiya üçün seçən də məhz odur. Belə hesab 

edilirdi  ki,  onun  hüzuruna  qalxan  şaman  hər  birində  müxtəlif 

ruhların  yaşadığı  yeddi  mərtəbə  keçməli  olur  (АГАИ,  ф.  АМ, 

д.216, л. 120-122, 126, 127). 

Kumandı soylarından Ülgenə tapınanlar çeley, çadıber və ka-

lar soyları idi (Сатлаев, 1974, с. 147). Köklü kumandı soyları eyni 

zamanda Bay Ülgenin oğul və qızlarını da əziz tuturdular. Kuman-

dıların inancına görə Ülgenin yeddi və ya doqquz oğlu, bir o qədər 

də qızı olmuşdur. Onun  böyük oğlunun adı  Karçi  kayın  kestirbes 

kayır  köstü  Solta-kan  (Əyri  –  üyrü  qayın  ağacını  kəsməyi  yasaq 

edən gözü qəzəbli Solta xan) idi. O, örö kumandı və tastar soyla-

rının  himayəçisi  hesab  edilirdi.  Çoot  soyu  isə  Salu  kanı  ilahiləş-

dirmişdi.  Altınça  kumandı  soyu  öz  növbəsində  Nqanqmıraktıq 

Çajı  kanı (Yağış göndərərən  Çajı  xan), soolıq  soyu Ezir pulut al-

latıq Aba Yajını (Lopa-lopa buludlarda oturmuş Aba Yajın), tabıs-

ka soyu Paqdıq kanı, örö şabat və altına şabat soyları Külbiş biy və 

Suza kanı daha üstün tutmuşlar. Adı çəkilənlərdən başqa Bay Ül-

genin oğulları sırasında meşələrin hakimi Kanım Biy və və Kayır 

Kirqis Biyin də adları çəkilməkdədir. A. Anoxinin dərc edilməmiş 

materiallarına görə, orta dünyanın müqəddəslərindən hesab edilən 

Kanım  Biyə  kumandılardan  başqa  tuba  və  çelkan  boyları  da  ta-

pınmışlar  (АИЭ  АН  СССР (ЛО),  ф. 11, оп. 1, в.101,  л. 29.  об. 

30).  Kirqis  Biyə  gəlincə,  F.Satlayev  onun  adını  çəksə  də,  xarak-

teristikasını qeyd etməmişdir (Сатлаев, 1974, с. 147-148).  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə