Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

 

23

Qara-qara fikirlər edirsən! 



Papağında – qara kalbanda 

Dolaşır qara – qara ruhların, 

Qara qarğadır sənin elçin, yalmacın! 

Qara samur dərisindəndir yatağın sənin, 

Taeltoy – alqışlanan ey qara ruh!  

(Каруловская, 1935, с. 181). 

Altay türkləri də eynən saxa-yakut türkləri kimi hesab edir-

dilər ki, ruhlar təkcə yuxarı və aşağı dünyalarda yox, həm də or-

ta dünyada məskundurlar. Yəni orta dünyanın da öz ruhları var. 

Yer  üzündəki  mal-qaranın  artıb-çoxalması  və  insanların  rifah 

halı onlardan asılıdır. Bu qüdrətli ruhlar insanları şər ruhlarından 

qorumaq iqtidarındadırlar (Анохин, 1924, с. 141). 

XlX əsrin  sonları – XX əsrin əvvəllərində  Altayda toplanmış 

folklor  materiallarından  belə  aydın  olur  ki,  altaylıların  inanclarına 

görə, yerin, dağın, meşənin, çayın, suyun və c. də öz ruhları var və 

onlarla  yalnız  şamanlar  əlaqə  yarada  və  təmas  saxlaya  bilirlər. 

Onları  isə  insanlar  içindən  Abukan,  Adıkan, Calmenkü, Çaptiqan, 

Kara-Kaya, Üyman, Bubarqan kimi dağların ruhları seçirlər (ФИЭ 

ФТ СССР (ЛО), ф. 11, оп. 1, д.101, л. 29, об.-30). Şamanlar qam-

lama  (göydən  qut  alma  və  şaman  olma)  vaxtı  kömək  üçün  yerli 

ruhlara, yəni orta dünyanın ruhlarına – odun ağasına, eşik ağasına, 

məhəllə ağasına və s. müraciət edirdilər. Öz mistik səyahətləri za-

manı  isə  bütün  bu  ruhlar  üçün  “ziyafətlər”  təşkil  edirdilər.  Digər 

şamanlarla “mübarizə” zaman isə öz dağlarının və göllərinin ruhla-

rını-ağalarını yardıma çağırırdılar. Məsələn, altay – kijilərdən qey-

də alınmş mifik rəvayətlərin birində düşmənlərindən qaçaraq Teles 

gölünün  sahibi  olan  ruha  sığınan  və  onun  yanında  gizlənən  bir 

şamandan söhbət açılır (Алексеев, 1984, 67). 

A.Anoxinin bildirdiyinə görə, Altay şamanizmi ölülər kultu ilə 

sıx bağlı olmuşdur. Onlar inanırdılar ki, insanın ruhu – sünə ölüm-

dən sonra bədəndən ayrılr və “sünəiznin üzüdə” adlanan şəffaf bu-

xara və ya sadəcə üzütə çevrilir. Həyatla vidalaşdıqdan sonra onlar 

altaylıların “paşka der” (başqa yer) dedikləri başqa dünyaya köçür-

lər.  Orada  onları  Erliyin  nümayəndəsi  –  aldaçı  (ölüm  ruhu)  qarşı-




 

24

layır.  Aldaçı  daha  öncə  ölmüş  insanın,  yeni  ölənin  qohumlarından 



birinin  ruhudur  (Анохин,  1924,  с.  21).  Sünə  və  aldaçı  40  gün  bir 

yerdə,  ölənin  çadırının  yaxınlığında  qalırlar.  40  günün  tamamında 

aldaçı yenidən aşağı dünyaya qayıdır. Əgər o qayıtmaq istəmirsə, o 

zaman  ölənin  qohumları  şamana  müraciət  edir,  şaman  da  onu  öz 

dünyasına qaytmağa məcbur edir (Анохин, 1924, с. 20-21). 

A.Anoxinin qeydə aldığı miflərdə ziddiyyətlər də az deyil. Bu 

mifoloji süjetlərin birindən belə məlum olur ki, ölən bütün adamla-

rın ruhu mütləq aşağı dünyaya köçməlidir (Анохин, 1924, с. 261-

267). Başqa bir materialın məntiqindən isə belə çıxır ki, ölən ada-

mın ruhu orta dünyada qalır və bu dünyanın nemətlərindən fayda-

lanır. Aşağı dünyaya isə yalnız pis adamların ruhları köçür və onlar 

orada Erliyin xidmətçilərinə çevrilirlər (Анохин, 1924, с. 21). 

Altaylılar  onları  ölmüş  qohumlarının  ruhlarının  qoruduqlarna 

inanırlar. Şübhəsiz ki, bu ruhlar içərisində onları bəd ruhlardan qo-

rumaq  iqtidarında  olan  ən  “qüdrətli”lərinə  üstünlük  verilir,  onlara 

tapınılır və qurbanlar verilirdi. Altaylılar onların gil, daş və ya ağac-

dan kiçik fiqurlarını hazırlayır və onlara xristianlar ikonalara sitayiş 

etdikləri  kimi  sitayiş  edirdilər.  Fiqurların  sayı  ayrı-ayrı  evlərdə 

bəzən yüzü keçirdi. Evin bir tərəfinə ərin ölmüş qohumlarını, digər 

tərəfinə isə arvadın qohumlarnı simvolizə edən fiqurlar düzülərmiş. 

Beləcə,  hər  ailə  iki  nəslin  ruhlarna  sitayiş  edərmiş.  Bu  ruhlar  kör-

mös adlanırdı (Анохин, 1924, с. 23). Lakin onların içində elələrinə 

rast gəlinirdi ki, onlara  bütöv soy  və  böylar hörmətlə  yanaşardılar. 

Bunlar  böyük  ruhlar  –  ulu  körmöslər  hesab  edilərdilər.  Kiçiklərin 

isə xüsusi adı yox idi. Yalnız ana tərəfdən olan taydalar, kan adalar 

və ata tərəfdən olan ozoqı adalar (keçmiş atalar) istisnadır. 

Altay-kiji  və  mayma-kiji soyları ulu körmöslərdən  Kürmü-

şü, tubalar Ülgenin yeddinci oğlu hesab edilən Kanımı daha üs-

tün tuturdular  (Анохин,  1924,  с.  20-21).  Onların  inancına  görə 

Ülgen Dayıkı insanlara qut vermək və onları qorumaq məqsədi-

lən  yer  üzünə  göndərmişdir.  Bu  üzdən  də  onun  fiquruna  bütün 

evlərdə rast gəlinirdi (Анохин, 1924, с. 12). 

Altay boylarından altay – kijilərin inanclar sistemi L. Karu-

novskaya  tərəfindən  çox  ətraflı  tədqiq  edilmişdir.  Onun  xahişi 




 

25

ilə  şaman  Kondrati  Tanaşev  üç  dünyann  müfssəl  sxemini  cız-



mışdır. Şamanın çəkdiyi planın tam  mrkəzində  Ak Tojon  Altay 

Sını dağı yerləşir. Burada Der-Su ölmüş ovçularn ruhları ilə gö-

rüşür. Bu ruhların hər biri orta dünyanın, yəni yer üzünün bir sa-

həsinin  ağasıdır.  Qeyd  edək  ki,  burada  haqqında  söhbət  gedən 

Der-Sunun  adına  Orxon-Yenisey  abidələrində  və  manixey 

mətlərində “Yer-Su” şəklində rast gəlinir. 

Kondrati  Tanaşevin  çəkdiyi  dağın  tam  başında  sehirli  Süd 

gölü  təsvir  edilib.  Şamanlar  yuxarı  dünyaya  qalxmamışdan  öncə 

bu göldə yuyunub təmizlənirlər. Elə oradaca, yəni dağın tam ba-

şında  Altın  Bürlü  Bay  terek (altun  qabıqlı  qovaq) ağacı  bitir. O, 

yerlə göyün tam ortasında yerləşir və orta dünya ilə yuxarı dünya-

nı bir-birinə bağlayır. Belə ki, onun gövdəsi və alt budaqları orta 

dünyada,  üst  budaqları  isə  yuxarı  dünyadadr.  Bu  ağac  şamanlar 

üçün Ülgenin və Gök Mönkönün yaşadıqları yuxarı dünyaya keç-

məkdə nərdivan rolunu oynayır. Der-Sunun (Yer-Sunun) yaşadığı 

yerdə daha bir göl də var. Bu, Qırmızı göldür. Həmin gölün sahibi 

“Ker-balık” adlanan balıqdır. Bu balıq Der-Sunun ölkəsindəki bü-

tün dağları öz çiynində saxlayır. Balığın qarnında insan və heyvan 

rüşeymləri var. O, öz nəfəsi ilə bu rüşüymləri Der-Suya ötürür, o 

da öz növbəsində onlara can və ruh verir. 

Ker-balıkın gölünün arxasında Daka-Budak adlı dağ zirvəsi 

ucalır. Onun torpağı və daşları qrmızı rəngdədir. Bu zirvənin ya-

macında  Der-Sunun  qızları  öz  çadırlarında  yaşayırlar  (Кару-

ловская, 1935, с. 161-163). Onlardan başqa burada şaman qadın 

Merkit Qam və şaman Qam Mürküt Toroy da yaşayırlar, bunlar-

dan  birincisi  bir  sıra  xəstəliklərin  yayıcısı  hesab  edilirdi  (Кару-

ловская, 1935, с. 164). 

Altay  türkləri  orta  dünyada  da  bəzi  fövqaltəbii  məxluqların 

yaşadıqlarına  inanmışlar.  Bunlardan  Aara  ləqəbli  Kamaqas  Qam 

adlı ruh da insanlar arasında xəstəliklər yaymaqla məşğul imiş və 

çox  təhlükəli  hesab  edilirmiş.  O,  uca  və  qarlı  bir  dağ  zirvəsində 

yaşayırmş.  O  zirvədən  yerə  soyuq,  dondurucu  külək  şəklində 

enərmiş. Bu ruha bütün altay-kiji soyları sitayiş edərmişlər. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə