Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   ...   154

 

17

işıqlı  ülgenlərin  başçısı  adlandırmışdır  (Каруловская,  1935,  с. 



147).  S.Tokarev  isə  material  topladığı  zaman  bu  varlığın  adına 

rast  gəlmədiyini  söyləyir  (Токарев,  1947,  с.  150).  Lakin  Şvet-

sovun topladığı materiallarda da Göqö Mönkö adazı haqqnda çox 

sayda məlumat var. Bu alim eyni zamanda, sözügedən mifik var-

lığa ən çox sayqı göstərən və ona tapınan Altay soylarının da adı-

nı açıqlamışdır: aara, terbet və s (Швецов, 1900, с. 75). 

A.Alekseyev, haqlı olaraq, Göqö Mönkö adazını ümumtürk 

Gök Tenqri (Tanrı) ilə eyniləşdirir (Алексеев, 1984, 33). 

Şaman  Mereyin  sözlərindən  belə  məlum  olur  ki,  göyün  doq-

quzuncu qatında Göqö Mönkö adazı (Gök Tenqri, Tanrı) ilə yanaşı 

Dalkın  əəzi  (odun  yaradıcısı)  və  Ot  ene  (od  ana)  adlı  tanrıçalar 

(ülgenlər)  da  yaşamaqdadırlar.  Onlar  dovşan  dərisindən  qayrılmış 

yurtalarda (çadırlarda) yaşayırlar (Каруловская, 1935, с.171-172). 

Dalkın  əəzi  eynən  Göqö  Mönkö  adazı  kimi  istədiyini  ildırımla 

vurub öldürmək iqtidarındadır (Каруловская, 1935, с.175). 

Odlu dağdan solda, göyün üçüncü qatında bir-birindən bir az 

aralıda  Bay  Ülgen  və  onun  övladları  məskundurlar.  Ülgen  Göqö 

Mönkö  adazının  oğludur.  Göyün  ikinci  qatında  isə  Köqö  Mönkö 

adazının  qızı  Yajil  kan  (Yaşıl  xan)  yaşamaqdadır.  O,  ırkt,  kobolı, 

soyon  və  merkit  soylarının  himayəçisidir  (Каруловская,  1935,  с. 

175-176).  S.  Tokarevin  yazdığına  görə  ona  komdoşlar  (Токарев, 

1947, с. 148), S. Şvetsovun bildirdiyinə görə isə (Швецов, 1900, с. 

75) həm də sayan və digər Altay soyları da sitayiş etmişlər. 

Şaman Merey Köqö Mönkö adazının başqa bir oğlundan da 

söz açaraq onu “Bulut töözi Bura kan” adlandırmış və onun Ül-

gendən sağ tərəfdə yaşadığını bildirmişdir (Каруловская, 1935, 

с. 175). A.Anoxin onu Bay Ülgenin ikinci oğlu kimi qeyd etmiş-

dir (Анохин, 1924, с. 12). S.Tokarevin qeydlərindən isə Uraqan 

adlı daha bir tanrıçanın adı məlum olur (Токарев, 1947, с. 148). 

Altaylıların təsəvvürlərinə görə, yuxarı və orta dünyalardan 

başqa,  yerin  altında  aşağı  dünya,  başqa  sözlə,  “axirət  dünyası” 

yerləşir.  Buranın  öz  sakinləri  var.  Bunlar  bədxah  ruhlar  və  öl-

müş adamların ruhlarıdır. Altay türklərinin inancına görə, insan-

lar  öldükdən  sonra  şəffaf,  gözlə  görünməyən  ruhlara  –  üzütlərə 




 

18

çevrilirlər. Aşağı dünya da orta dünyaya bənzəyir. Orada da yer 



üzündə  olduğu  kimi  kəndlər  var  və  üzütlər  həmin  kəndlərdə  öz 

daha  əvvəl  ölmüş  qohumları  ilə  birlikdə  yaşayırlar.  İnsanlar  öl-

dükdən  sonra  da  öz  ailə  bağlarını  saxlayırlar.  Yəni  bu  dünyada 

kim kimin oğlu və ya qızıdırsa, o biri dünyada da həmin adamın 

oğlu və ya qızı kimi həyatlarn davam edirlər. Bu dünyada ər-ar-

vad olan adamlar üzütə çevrildikdən sonra da həmin bağları ey-

niylə qoruyurlar (Чанчибаева, 1970, с. 90). 

Altay türklərinin mifik təfəkkürünə görə, aşağı dünyada doq-

quz çay axır. Onlar axaraq, sonda böyük bir çaya birləşirlər. Onun 

adı “Toybadım”dır (Doymadım). Bu çay insanların göz yaşından 

əmələ  gəlib.  Bu  çayın  arxasında  aşağı  dünya  ruhlarının  başçısı 

Erlikin  xanlığı  başlayr  (Анохин,  1924,  с.  3).  Belə  hesab  edilirdi 

ki,  Erlik  Ülgenin  böyük  qardaşıdır  və  onunla  birlikdə  dünyanın 

yaradılmasında  iştirak  edib.  İnsanların  bədənini  Erlik  yaradıb, 

onlara can və ruh (qut) verən isə Ülgendir (Анохин, 1924, с. 3). 

Verbitskinin topladığı materiallardan belə aydın olur ki, Er-

lik və Ülgen bir-biri ilə sıx əlaqədə olan varlqlardır və insanları 

birlikdə  mühakimə  edirlər  (Вербицкий,  1893,  с.  41).  Belə  ki, 

süjetlərin  birində  uzun  müddətdən  bəri  qurbanlıq  ala  bilməyən 

Ülgen qurban verməkdən  imtina edən adamı  cəzalandırmaq qə-

rarına gəlir, fəqət cəzalandırmaq onun missiyasına daxil olmadı-

ğından  Erlikə  müraciət  edir.  Erlik  isə  qarşılğında  ondan  ikiqat 

qurban alır və yalnız bundan sonra həmin adamın canını alaraq, 

onu öz qaranlıq dünyasına aparır (Вербицкий, 1893, с. 44). 

Şamanlar öz alqış və ovsunlarında Erliyi atletik bədən qurulu-

şuna malik qoca kişi kimi vəsf edirlər. Onun göz-qaşı hiss kimi qara 

rəngdədir,  iki  yerə bölünən saqqalı dizinə qədər çatır. Azı dişlərini 

xatırladan  bığlar  burmadır  və  qulağının  arxasına  qədər  uzanr. 

Buynuzları ağac köklərini xatırladır. Saçları buruq-buruqdur. O, bir 

versiyaya görə qara palçıqdan tikilmiş sarayda, digər iki  versiyaya 

əsasən  isə  qara  dəmirdən  qayrılmış  çəpərləri  olan  sarayda  yaşayır. 

Bu saray Toybadım çayının  sahilində  yerləşir. Erlik bəzən avarları 

olmayan qara qayıqda, bəzən “kəlkə” (kəlçə) adlanan mifik heyva-

nın, bəzənsə keçəl öküzün belində gəzir (Алексеев, 1984, с. 53). 




 

19

Erliyin yeməyi qanlı insan əti, içdiyi şey isə insan ciyərinin 



qanıdır.  Onun  yemək  –  içmək  vaxtı  günəş  şəfəqinin  hər  yeri  al 

rəngə boyadığı vaxta təsadüf edir. Miflərin birində deyilir ki, Er-

lik əvvəllər ağ atda gəzərmiş. O bu atı Tanrıya onun tərəfindən 

qorunan  bir  bahadırın  canını  almaq  müqabilində  qurban  verir, 

fəqət Tanrı onu aldadır, atının əvəzinə isə ona qara kəl qaytarır. 

Kələ də tərsinə minməsini əmr edir. O da indi bu kəldə, üzərində 

tərsinə oturaraq, gəzməyə məcburdur (Анохин, 1924, с.3-4, 19). 

Altay türkləri hesab ediridlər ki, qəzəbli Erlik onlardan qur-

banlar tələb edir, ona qurban  verilmədikdə qəzəblənir və  xalqın 

üzərinə müxtəlif bədbəxtlik və xəstəliklər göndərir. Qurban ver-

məyənlərin ruhunu alan bu bədxah ruh onları öz nökərlərinə çe-

virir  və  insanlara  pislik  etmək  üçün  yer  üzünə  göndərir.  Altay 

türkləri inanırdılar ki, qurban verildiyi halda Erlik nəinki insane-

lara  toxunmur,  əksinə,  hətta  övladlarına  onları  şər  ruhlarından 

qorumağı tapşırır. Altaylılar öz dualarında onu insanların yaradı-

cısı və atası adlandırırdılar. Ona “Erlik ada” (Erlik ata) deyə mü-

raciət edirdilər (Анохин, 1924, с. 1-3). 

Altay türklərinin inanclarına görə, Erliyin, bir varianta görə 

yeddi, digər varianta görə isə doqquz oğlu var. A. Anoxin hər iki 

variantı  və  Erliyin  oğlanlarının  bu  variantlarda  çəkilən  adlarını 

dərc etdirmişdir. Variantlardan birincisinə görə, Erliyin oğlanları 

aşağıdakılardır: 

1. Taş biləktü Bay Maattır (Daş biləkli Bəy Bahadır); 

2. Karaş; 

3. Dəs biləktü Kerey Kaan (Mis biləkli Gəray Xan); 

4. Uçar Kaan; 

5. Yaabaşı Kaan; 

6. Kömür Kaan; 

7. Şəədəy Kaan (Анохин, 1924, с. 4). 

İkinci  siyahıda  Uçar  Kaan  və  Şəədəy  Kaanın  adlarına  rast 

gəlinmir. Onları əvəzinə Padış bay, Şinqay – Xay, Padış – Kerey 

və Temir – Xan adları göstərilir (Анохин, 1924, с. 4-5). 

A.Anoxin bu fərqin səbəbini ayrı-ayrı şamanların Erliyin bu 

və  ya  digər  oğlunu  fərqli  adlarla  adlandırmasında  görür.  Elə  bu 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə