Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   10   ...   154

 

20

səbəbdən  də onların  dəqiq  xarakteristikasını  vermək  çox  çətindir 



(Анохин,  1924,  с.  4).  Müxtəlif  mifik  süjetlərdə  onlar  antropo-

morfik, dəmir başlı, qara rəngli təsvir edilir bə bildirilir ki, onların 

hər biri öz xanlıqlarını – ailini (aulunu) idarə edirlər. Bu xanlıqla-

rın  arasında  çox  sayda  kiçik  çay  və  göllər  yerləşir  və  onlarda 

müxtəlif bədheybət məxluqlar yaşayır (Анохин, 1924, с. 4, 7). 

Belə hesab olunur ki, zərurət yarandığı hallarda Erlik oğul-

larını insanlar arasında münasibətləri tənzimləmək və qayda-qa-

nun  yaratmaq üçün  yer üzünə göndərir.  Bu halda  onlar  insanla-

rın  qoruyucuları  kimi  çıxış  edirlər  (Анохин,  1924,  с.  7).  Onlar 

eyni zamanda, pis niyyətlə ailə (aula) daxil olan adamları ovlayır 

və onları qır tiyanlarına atırlar (Алексеев, 1984, с. 54). Altaylı-

lar inanırdılar ki, hər bir ailin keşiyini Erliyin bir oğlu çəkir. On-

lar  bu oğullara  hörmətlə  yanaşsalar da, onların qəzəbindən qor-

xurlar.  Eyni  zamanda,  Erliyin  oğulları  şamanların  köməkçiləri 

hesab edilirlər (Анохин, 1924, с. 7). 

Altay türklərinin mifik təsəvvürlərinə görə, Erliyin bir neçə qızı 

var.  Bir  versiyaya  görə,  onların  sayı  ikidir,  adları  isə  Səgis  köstüü 

Kiştey ene (Səkkiz gözlü Kiştey ana) və Erke Soltondur. Digər versi-

yaya görə isə onların sayı doqquzdur (Анохин, 1924, с. 8). Dua və 

ovsunlarda onlar son dərəcə eybəcər və utanmaz kimi vəsf edilirlər: 

Dizləri qapaqsız, ayaqları dalğalanan, 

Tumansız gəzib, arxaları açıq olan, 

Sifətləri qır kimi qapqara olan, 

Pırtlaşıq saçları qapqara olan 

Beş hörükləri vardır, 

Onların həyası yox, utanmazdır. 

Amları yerdəki çatlara bənzər, 

Döşləri qoşa təpəyə bənzər. 

Arxaları böyükdür, hərəkətdən titrəyir, 

Gəzəndə döşləri sağa-sola yellənir. 

Bu doqquz çirkin qız Erliyin qızlarıdır.  

(Анохин, 1924, с. 9). 

Bu  qızlar  həmişə  bir  yerdə  olur,  işsiz-gücsüz  gəzir,  avara-

lanır,  əylənir  və  oynayırlar.  Şamanlar  iş  başında  ikən,  qızların 




 

21

yanından ötəndə onları yoldan çıxarmağa və öz yataqlarına çək-



məyə  çalışırlar.  Şamanları  inandırmağa  çalışırlar ki, onlara  yar-

dım edən ruhlar – tööslər özlərinə xidmət etməli, verilən qurban-

lar  da  bu  qızlara  çatmalıdır.  Qızların  hiyləsinə  uyan  və  onlara 

inanan şamanlar dərhal Erliyin qəzəbinə gəlir və onun tərəfindən 

ölümlə cəzalandırılırlar. 

Bu  və  digər  məlumatlar  A.V.Anoxin  və  V.M.Verbitskinin 

topladığı  materiallarda  əks  olunub.  L.E.Karunovskayanın  al-

taylıların  ən  böyük  boylarından (soy  birləşmələrindən) altay-ki-

jilərin nümayəndəsi olan şaman Mereyə istinadaən topladığı ma-

teriallardakı  məlumatlar  isə  onlardan  bir  qədər  fərqlənir.  Səbəb 

isə odur ki, ayrı-ayrı Altay soyları mövzuya bir qədər fərqli ya-

naşmış,  hər  soy  və  ya  boy  öz  əcdad  ruhlarını  daha  üstün  tut-

muşlar (Алексеев, 1984, с. 55). 

Şaman Mereyin təsvirinə görə, aşağı dünyada nə günəş var, 

nə də ay. Orada çox sayda dağlar, insanların göz yaşları və qan-

larından  yaranmış göllər, üstü lillə örtülü  bataqlıqlar, bir də bö-

yük bir qara göl var. Bu gölün üzərindən at qılından olan körpü 

vasitəsilə  keçmək  olar.  Körpü  Erliyin  ikinci  oğlu  Temir  xanın 

torpaqlarına aparır. Aşağı dünyada ölmüş qohumlarn ruhları ya-

şayırlar.  Onlar  çadırlarda  yaşayır,  maldarlıqla  məşğul  olurlar 

(Каруловская, 1935, с. 177-178). 

Şaman Mereyə görə, Erlikin altı oğlu var. O onların adların 

aşağıdakı kimi çəkmişdir: 

1. Erke Solton 

2. Temir xan 

3. Jalbak Temir Dırındu (Geniş, dəmir beli olan) 

4. Karaş 

5. Kakır 

6. Köös  Kara  (Qara  çuğuncuq)  (Каруловская,  1935,  с. 

178-182). 

Qeyd  edək  ki,  bu  adlardan  yalnız  ikisi  A.Anoxinin  topladığı 

materiallardakı  adlarla  üst-üstə  düşür:  Karaş  və  Temir  xan.  Erke 

Solton  isə  Anoxində  Erliyin  qızlarından  birinin  adıdır.  L.Ka-

runovskaya eyni zamanda  Altay soylarından  hansılarının  bu oğul-




 

22

lardan  hansını  daha  üstün  tutduğunu  və  ona  qurban  verdiyini  də 



müəyyənləşdirə  bilmişdir. Məlum olmuşdur ki, tanqdı, aara, olüp, 

modor,  munal  və  törböt  soyları  Erke  Soltonu,  todoş,  qıpçaq,  oocı 

və mundus soyları Temir xanı, todoş, qıpçaq, mundus, koojo, captı 

və tonqjoan soyları Jalbak Temir Dırındunu, irkit, kobolı, soyon və 

merkit  soyları  Karaşı,  koojo,  yetti-sarı,  üs  və  kör  saqqal  soyları 

Köös  Karanı,  köbök,  merkit  və  yetti-sarı  soyları  isə  Kakırı  öz 

himayəçiləri hesab etmişlər (Каруловская, 1935, с. 178-182). 

Alimin  bu  sözlərini  hər  bir  türk  soyunun  Erlikin  bir  və  ya 

iki oğlunu daha əziz tutduğununu söyləyən A.V.Anoxinin məlu-

matları  da  təsdiqləməkdədir.  Onun  yazdıqlarına  əsasən,  merkit-

lər  öz  himayəçiləri  kimi  Karaş  və  Kakırı,  yetti-sarılar  isə  Köös 

Kara və Jalbak Temir Dırındunu hesab edirdilər. L.Karunovska-

yanın  materiallarında  Erlikin  oğullarından  hansının  aşağı  dün-

yanın  hansı  yerində  yaşadığı  da  qeyd  edilmişdir.  Bu  qeydlərdə 

Erke Soltonun  yerin  ən aşağı-doqquzuncu qatında, Temir xanın 

yeddinci  qatda,  Karaşın  beşinci,  Jalbak  Temir  Dırındu  və  Köss 

Karanın  üçüncü,  Kakırın  isə  birinci  qatlarda  yaşadığı  bildirilir 

(Каруловская,  1935,  с.  178-182).  Alimin  qeydə  aldığı  bir  al-

qışda isə onların xarici görkəmləri təsvir edilir: 

Karas qırmancına bənzərsiniz, 

Boy-buxununuz şam ağacı kimi! 

Qanlı gözləriniz var, 

Qarğa tək qaradır mindiyiniz atlar! 

Qan çəkib gözlriniz, 

Qapqara kürklər geyibsiniz! 

Ən böyüyünüz Karas ruh, 

Qaranlıq dünyada yaşayırsınız! 

Karas kimi yeddi qalada qalırsız, 

Altı qatlı çəpəri düzəldilib çuğundan! 

Qanadlı doqquz qara atda göyə uçursunuz, 

Onlara qara dəmirdən qoşqular qoşursunuz, 

Onlara qara dəmirdən arabalar qoşursuz! 

Qara qılıncına söykənib, 

Qara tiyəsinə dirənib, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə