Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

 

44

yaşadığına inanmışlar. A.Anoxinin topladığı materiallardan belə 



aydın  olur  ki,  teleut  türkləri  üç  dünya  –  yuxarı,  orta  və  aşağı 

dünya arasında heç bir ziddiyyət və əkslik görməmişlər. Belə he-

sab etmişlər ki, orta dünyanın tam kənarından 19 xanın  – 9 gö-

yün  və  8  yer  altının  xanlarına  yollar  ayrılır.  Onlar  Dayuççidən 

qut  almadıqda,  övlad  istəyi  ilə  məhz  Erlikə  müraciət  edirdilər. 

Elə bu üzdən də ona “ada” (ata) və ya “adam” (atam) deyə mü-

raciət  edər,  onu  özlərinin  ulu  babalarından  biri  hesab  edərdilər 

(ААН СССР (ЛО),  ф. 202, оп. 1, д.20, л. 6; Анохин, 1929, с. 

266). Eyni materiallarda aşağı dünyanın daha üç sakininin də ad-

larına  rast  gəlinir.  Bunlar  Arbıs  xan,  Aldıs  xan  və  Kundus  xan 

adlı ruhlardır (Анохин, 1929, с. 262-263, 266-267). 

Telenqitlərin  aşağı  dünya  və  onun  sahibi  haqqında  təsəv-

vürləri  digər  türk  xalqlarının  təsəvvürlərindən,  demək  olar  ki, 

heç nə ilə fərqlənməmişdir. Deyilənləri Erlikə yönəlik aşağıdakı 

ovsun-dua mətni də təsdiqləməkdədir: 

İnsanları tilovu ilə ovlayan ey qəzəbli ruh, 

Sən dolmuş camları boşaltmağı sevirsən. 

Üzun hiss kimi qapqaradır sənin, 

Qara saçların didik-didikdir. 

Boyun çox-çox nəhəngdir. 

Öz dəhşət saçan yolunla irəli gedirsən, 

Bunu yalnız ay işığında edirsən. 

Əllərini tutub saxlaya bilməz kimsə, 

Ən güclü bahadır ayağını tərpədə bilməz yerindən. 

Gözlərin dünyaya kölgə salır, 

Dişlərin daraq kimi irəli çıxır. 

Sümüklərinlə dəriləri aşılamaq olar, 

Ovurlarndan dəmir kimi gurultulu səs çxar. 

Hər şeyi sən görürsən, 

Hər şeyi sən bilirsən (Калачев, 1896, с. 484). 

Kumandılar  da Erliyi  aşağı  dünyanın  sahibi  hesab  edirdilər. 

Lakin  onunla  birlikdə  Kaqır  xanı  da  eyni  səviyyədə  tuturdular. 

Sonuncunun  insanların  taleyini  müəyyən  etdiyinə  inanır,  Erliyə 

qarşı çıxaraq, ona orta dünyanın sakinlərinə – insan və heyvanlara 




 

45

pislik  etməsinə  mane  olduğunu  söyləyirdilər  (Сатлаев,  1974,  с. 



150; АГАИ, ф. АМ, оп. 1, д216, л. 31). Kumandılardan toplan-

mış bəzi miflərdə Kuday (Ülgen), Erlik və Kaqır xan qardaş kimi 

təqdim olunurlar. Həmin materiallara görə, Ülgen insanları yalnız 

bir  halda, ona  hörmətsizlik  etdikləri  halda  cəzalandrmaq  qərarna 

gəlir,  bu  qərara  gələr-gəlməz,  qərarını  Kaqır  xana  bildirir,  o  da 

qərarı yerinə yetirməyi Erliyə tapşırır (Сатлаев, 1974, с. 150). 

Artıq qeyd etdiyimiz kimi, altaylılar və altay – kijilər Kaqır 

kanı Erliyin oğlu olduğunu,  yerin  birinci qatında  yaşadığını  he-

sab  edirdilər.  Bu  baxımdan  kumandıların  təsəvvürləri  bir  qədər 

fərqlidir.  Onlar  eyni  zamanda  hesab  edirdilər  ki,  yerin  altında 

Erlik və Kaqır xandan başqa Tüşülü aza adlı daha bir ruh da ya-

şayır (Сатлаев, 1974, с. 150). 

F.Satlayevin topladığı  miflərin  birində  ilk  şamanla  Erliyin  sa-

vaşından söz açılır. Bu mifdə Erliyin öncələr orta dünyada yaşadığı, 

ağına-bozuna baxmadan, yəni Ülgenin qəzəbinə gələn və gəlməyən, 

bütün  insanları  ard-arda  yediyi,  beləcə  insan  soyunun  tükənmək 

üzrə olduğu, bunu görən şamanın bu hala son qoymaq məqsədi ilə 

Erliyi öldürmək qərarına gəldiyi bildirilir. O, Erlik üzərində qələbə 

qazansa  da  onun  od  kimi  alışıb-yanan  gözlərini  çıxara  bilmir.  Bu 

səbəbdən  də  deyir:  “Yaxşı,  indi  aşağı  dünyaya  en  və  orada  qal, 

amma  Ülgenin  qəzəbinə  gəlməyən  insanları  yemə!  Bundan  sonra 

qamlar  (şamanlar)  yanına  gələcək  və  hər  üç  qapından  sənə 

qurbanlar verəcəklər” (АГАИ, ф. АМ, оп. 1, д216, л. 134-135). 

Əslində,  Mandı  Şirənin  Erliylə  savaşndan  bəhs  edən  mifin 

fərqli  bir  variantı  olan  bu  mifdə  baş  qəhrəman  rolunda  Mandı 

Şirə  deyil,  şaman  çıxış  edir.  Məqsəd  isə  şamanların  qüdrətini 

diqqətə çatdırmaq, onlara olan inamı gücləndirmək idi. 

Xakas  türklərinə  gəlincə,  onların  aşağı  dünya  barədəki  tə-

səvvürlərinin  bütünlüklə  altaylılarn  inancları  il  üst-üstə  düşdü-

yünü  nəzərə  alaraq,  təkrarçılığa  yol  verməmək  məqsədi  ilə  bir-

başa kaçinlərin üzərinə keçməyi məqsədəuyğun hesab edirik. 

Kaçinlərin  miflərində  Erlik  dünyanın  yaradılışında  iştirak 

edən personajlardandır. Kuday Tanrı ona insanları yeməyə icazə 

vermişdir (Катанов, 1907, с.526-527). Kaçin şamanlarının təbil-




 

46

lərində  əksər  hallarda  aşağı  dünya  və  onun  mifik  varlqları  ilə 



bağlı təsvirlər  yer alırdı.  Antropomorf  formada (insan şəklində) 

təsəvvür edilən bu varlıqların həmin təbillərin sahibləri ilə təma-

sa  girdiyinə  və  onlara  yardım  etdiyinə  inanılırdı.  N.  F.  Katano-

vun  təsvir  etdiyi  təbillərin  birində  qızdırma  xəstəliyinə  tutulan 

xəstələrə  yardım  edən,  7  qara  atda oturmuş  7  qara  antropomorf 

ruh, dağa qalxaraq qonur atların  sahibinə qurban  verilən zaman 

insanlara  yardımçı olan 7 bakirə qız  və çadırırn  içində,  içi dolu 

kisələrin  yanında  durmuş  üç  insan  şəkli  çəkilmişdi.  Bu  3  nəfər 

şamanın  ruhlara  müraciəti  zamanı  onun  köməkçiləri  qismində 

çıxış edirdilər. Təbildə eyni zamanda qurd,  it, 2 qurbağa, durna 

balığı və ayı təsvirləri də vardı. Bunlardan birincisi şamanı baş-

qa dünyalara səyahət edərkən müşayiət edir və qoruyur, ikincisi 

isə  həmişə  onun  yanında  olur  .  Ayı  çadırın  keşiyini  çəkir.  Qur-

bağalara  isə  kiminsə  əli  və  ya  ayağı  ağrayanda  müraciət  edilir. 

Eyni rolu təbildə rəsm edilmiş ilan da oynayır. Təsvirdəki sığıra 

gəlincə, o, insanların atlarını himayə edir (Катанов, 1907, с. 580). 

Saqay türklərinin miflərində də yeraltı dünya digər türk soy 

və boylarının miflərindəki təsvirlərdən, demək olar ki, heç nə ilə 

fərqlənmir.  Fəqət  bu  miflərdə  verilən  təsvir  daha  rəngarəng  və 

zəngindir.  Onlardan  birində  deyilir:  «Yeraltı  xanlıqda  doqquz 

bahadır  yaşayır.  Bunlar  erlik-xanlardır.  Onlar  qırx  guşəli  evdə 

yaşayırlar. Bu erlik-xanların öz başçıları da var. Evin qarşısında 

böyük bir kol var. Atları bu kola bağlayırlar. Günahkar insanlar 

həmin  evin  doqquz  ayrı  guşəsində  öz  cəzalarını  alırlar» 

(Катанов, 1907, с. 219-220). 

Mifdən  də  göründüyü  kimi,  saqaylar  aşağı  dünyanın  bütün 

sakinlərini  “erlik”  adlandırmışlar.  Erlik  xan  isə  onların  başçsı 

hesab  edilirdi.  Saqayların  təsəvvürlərinə  görə,  aşağı  dünyanın 

ruhları  Kuday  xanın  əmrinə  tabedirlər  və  onun  iradəsinə  uyğun 

olaraq günahkar adamları təqib edir, tutur, öz dünyalarına aparır 

və orada cəzalandırırlar. Saqay miflərinin birində aşağı dünyanın 

17  qatı  olduğu  və  Erlik  xanın  da  bu  qatlardan  birində  yaşadığı 

bildirilir (Катанов, 1907, с. 216; 1897, c. 26). 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə