Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

 

35

Bay Ülgenin kumandılar tərəfindən sevilən qızlarından yal-



nız Üç çiçektiq Çayım kanın (Üç çiçəkli Çayım xan) adı məlum-

dur. O, toon soyunun himayəçisi hesab edilirdi (Сатлаев, 1974, 

с. 147-148).  

Kumandıların inanclarına görə, yuxarı dünyanın sakinlərindən 

biri də şamana göylərə yüksəlişi zaman yardımçı olan Kıday kandır 

(Сатлаев,  1974,  с.  157).  Maraqlıdır  ki,  kumandılardan  toplanan 

miflərdən  birində  şamanın  Ülgenin  qızlarından  biri  ilə  evlənməsi 

barədə süjet də var. Bu süjetdə böyük şaman Kamenekin Bay Ül-

genin  qızlarından  birini  qaçırması  və  onunla  birlikdə  yerə  enməsi 

təsvir edilir. Burada onlar evlənirlər. Qızının bəni-adəmdən hamilə 

qaldığını görən Bay Ülgen bərk qəzəblənir və qızını üç dəfə vurur. 

Nəticədə o, üç oğlan doğur. Bunlardan birincisi Keley pəltək, ikin-

cisi  Koço  həddən  artıq  nəhəng,  üçüncüsü  Kurultay  isə  axsaq  do-

ğulur. Bunlardan üçüncüsü Ülgenin əmri ilə kumandıların içərisin-

dən  onlar  üçün  dəmirçilər  və  şamanlar  seçir  (АГАИ,  ф.  АМ, 

д.216, л. 125-126, 176). N.Alekseyevin fikrincə, bu süjet mif yara-

dıcılığının ən son mərhələsinə aiddir (Алексеев, 1984, с. 37-38). 

Altay türklərinin şimal boylarından olan tubaların orta dün-

ya ilə bağl təsəvvürləri barədə məlumat daha azdır. S. Tokarevin 

fikrincə,  bu  etnik  qrupa  dar  çərçivəli  soy  ruhlarına  inam  daha 

çox xarakterikdir. Bu boya daxil olan soylardan komdoşlar Yajil 

xan və Pırça xanı, kuzen soyu Pırça xan və Kirqis xanı, üs soyu 

Paxtuqan  və  Uraqanı,  tiber  və  türgeş  soyları  Aba  Yayiki  daha 

üstün tuturdular (Токарев, 1947, с. 157). A. Anoxinin qeydləri-

nə  əsasən,  Yajil  xan,  Pırça  xan  (Burça  xan),  Paxtuqan  Ülgenin 

oğullarıdır (Токарев, 1947, с. 148). 

N.Alekseyev  Kirqis  xanın adının  “qırğız” etnonimi  il  bağlı 

olduğu ehtimalını irəli sürmüşdür (Алексеев, 1984, с. 38). 

Altay türklərinin  şimal  boylarından olan çelekanların  inanc 

sistemi barədə məlumat tubalarınkından da azdır. V. Dioseqi və 

F.Satlayevin  yazdıqlarına  görə  çelkanlar  Sulay  kanı  daha  əziz 

tutmuşlar (АГАИ, ф. АМ, д. 216, с. 136). 

Sibir türklərinin köklü etnik qruplarndan olan xakaslara gə-

lincə,  bütün  xakas  boyları  dünyanın,  insanların  və  heyvanların 




 

36

yaradıcısı kimi Kuday xana tapınırdılar. O yuxarı dünyann işıqlı 



varlıqlarının  başçısı  hesab  edilirdi  (Островских,  1895,  с.  336). 

Bu  işıqlı  varlqlar  isə öz dünyalarında dinc oturmur, tez-tez orta 

dünyaya enir, insanların işlərinə qarışır, onların və heyvanlarının 

qutlarını oğurlayırdılar (Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20, 

л. 44). Xakasların inanc sistemini tədqiq etmiş alimlər, çox təəs-

süf ki, onların nə göydəki mövqelərini, nə də xarakteristikalarını 

qeydə  almamışlar.  Bu  baxımdan  Kuday  xan  da  istisna  deyil. 

Onun  dünyanı  və  Erliki  yaratdıqdan  sonra  gördüyü  işlər  və  Er-

liklə  düşmənə  çevrilməsi  barədə  miflər  də  dövrümüzədək  gəlib 

çıxmamışdır.  Maraqlıdır  ki,  bu  məsələdə  P.  Ostrovskixin  infor-

matoru  olmuş  müəllim  M.Raykov  (kaçin  soyundan  idi)  xakas-

larda  təktanrıçılıqla  bağlı  hər  hansı  bir  təfəkkür  və  təsəvvürün 

olduğunu bütünlüklə inkar etmişdir (Островских, 1895, с. 336). 

Lakin bu fikri təsdiq edəcək heç bir başqa tutarlı mənbə yoxdur. 

Odur ki, bu mövzuda dəqiq bir söz söyləmək çox çətindir. 

Qeyd etmək lazımdr ki, N.Katanov və P.Ostrovskix Xakasi-

yaya  XlX  əsrin  sonlarında  səyahət  etmişdilər  və  o  vaxt  bu türk 

xalqı  artıq  xristianlığı  qəbul  etmişdi  və  əski  inanclarını,  demək 

olar ki, unutmuşdu. Bununla belə onların arasında günəş, ay  və 

ulduzlarla bağlı  bəzi kosmoqonik  miflər hələ də  yaşamaqda  idi. 

Xakaslar  bu  göy  cisimlərini  ilahiləşdirilmişdilər  və  onların  in-

sanların  həyatına  təsir  etmək  gücündə  olduqlarına  inanırdılar 

(Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20, л. 44). 

Xakasların  aparıcı  soylarından  olan  kaçinlərə  (kaçanlara) 

gəlincə, onlar arasında onqonçuluq daha yayğın olmuşdur. Onlar 

quşların  hamisi  olan  ruha  inanmış,  yuxarı  dünya  sakinlərini  də 

quş  kimi  təsəvvür  etmişlər.  Bu  səbəbdən  də  kaçin  şamanlarına 

aid əldə olan ovsun və alqışlarda sohbət 40 quş nəslindən gedir 

(Катанов, 1907, с. 569-570). 

Əldə olan azsaylı materiallardan belə aydın olur ki, xakaslar 

da xristian olmamışdan öncə digər türk soyları kimi əcdad ruhla-

rına  (tööslərə)  sitayiş  etmiş,  onların  ayrı  –  ayrı  soyları  himayə 

etdiklərinə,  insanları  güdərək  onların  qutlarını  zəbt  etdiklərinə 

inanmışlar (Архив ХНИИЯЛИ, ф. 545, оп. 1, д.20, л. 61). Belə 




 

37

ruhlardan biri də, çox güman ki, kaçinlərin “göy (boz) atların ha-



misi”  adlandırdıqları  tanrıça  olmuşdur.  Ona  həsr  edilmiş  bir  al-

qışda belə deyilirdi: 

Sütül, dırnaqları daşa dəyməyən boz ata minib çapırsan! 

Sən qara heyvanların, mal qaranın himayədarısan! 

Bura oyrat və qırğızların ölkəsindən gəlmisən, 

Ağ və mavi çələnglərlə bürünüb, bəzənmisən! 

Abakan yüksəkliklərindəki qarlı dağları gəzirsən, 

Altun yarpaqlı qayın ağacının kölgəsində dincəlirsən! 

Ayaqların ağappaq buludlara çatır, 

Ağ və mavi çələnglərin ardınca dalğalanır. 

Atan Arkaydır, anansa Purkan, 

İçdiyin ağ süd daha ağdır qardan. 

Evin, yaşadığın kənd pambq buludlar üstündə tapmış qərar, 

Var orada ay işığından bərq vuran altun, qızıl qayalar. 

Günəşdən bərq vuran gümüşü qayalar da var, 

Günəşin altında gümüş ulduz, ayın altında qızıl şəfəq parlar. 

Onlara müraciət edib yalvarıram mən, 

Altun yarpaqlı qayından yan keçirsən sən!  

(Катанов, 1907, с. 572-573). 

Kaçinlərin yuxarı dünya sakinlərindən hesab etdikləri mifik 

varlıqlardan biri də “xozan töös”dür. “Xozan töös” xakas türkcə-

sində  “dovşan  əcdad”,  “dovşan  dədə”  anlamlarına  gəlir.  Ona 

həsr edilmiş bir alqış da qeydə alınmışdır: 

Ağ Tanrı tərəfindən yaradıldın sən, 

Ağappaq bir dovşan oldun sən! 

Xumar rəngli dayçan altı yaşnda. 

Hilala bənzər ağ, qırmızı donda, 

Aydın səmaları gəzirsən sən, 

Ağappaq dağ zirvəsində durursan sən! 

Ağ qayın ağaçı altda kölgələnirsən, 

Ağ buludlar üstündə evə sahibsən. 

Yaşadığn kənd də buludlar qoynundadır, 

Aydan altda yerləşən altı ulduzun altındadır. 

Ağ muncuqlar kimi qoy düzülsün sapa, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə