Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

 

38

O üç ulduz ki, Günəşdən altda! 



Mavi sapa düzülün sıra-sıra, 

Kəndlərinin sayı sığmr hesaba. 

Aydın səmaları gəzirsən sən, 

Ağappaq dağ zirvəsində durursan sən!  

    (Катанов, 1907, с. 492-493). 

K.Pataçakovun yazdığna görə, bu mifik varlığa kaçin boyuna 

daxil  olan  türküt  və  xasxa  soyları  tapınmışlar.  Qadınlar  da  uşaq 

sahibi olmaq üçün ona  yalvarmışlar (Архив ХНИИЯЛИ, ф. 545, 

оп. 1, д.20, л. 59). Belə çıxır ki, kaçinlr qutu verənin təkcə Kuday 

olmadığına, bunu əcdad ruhlarından da almağın mümkün olduğuna 

inanmışlar. Bu fakt altaylıların Dayıkdan qut istəmələrini xatırladır. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  ağ  dovşan  dərisi  Altayda  Dayıkın 

ikonoqrafik təsviri kimi qəbul edilirdi (Алексеев, 1984, с. 40). 

Kaçinlərin  inanclarına görə, şamanların köməkçilri qismin-

də çıxış edən ruhlar da yuxarı dünya sakinləridirlər. Onlar şaman 

təbillərinin  üz tərəfində  təsvir  edilirdilər.  Bunlar  bir  ququ  quşu, 

iki  qartal,  at  üzərində  oturmuş  insan  formalı  ruh  və  iki  ağ  quş 

idilər.  Ququ  quşu  şamana  vəcdə  gələrək,  yuxarı  dünyanın  dağ, 

çay və göllərini təsvir edərkən kömək edir, onun sirrli-sehrli ver-

gisini gücləndirirdi. Əgər təbildə bu quşun təsviri yox idisə, bu o 

anlama gəlirdi ki, onun sahibi yuxarı dünya sakinlərinə dua edə 

və onlardan nə isə istəyə bilməz. 

Qartallar şamana öskürək xəstəliyinə tutulmuş adamları sa-

ğaltmaqda yardımçı olurdular. İki ağ quş isə göz xəstəliyin tutul-

muşlara  şəfa  verməkdə  yardım  edirdilər.  At  üzərində  oturmuş 

ruh  isə  xəstəliyin  mənbəyini  tapmada  şamanın  köməkçisi  kimi 

çıxış edirdi (Катанов, 1907, с. 570-580). 

Bütün  bunlardan  başqa  təbilin  üz  tərəfində  kaçinlər  günəşin, 

ayın,  doqquz  ulduzun  –  böyük  ayı  bürcünə  daxil  olan  yeddi  ul-

duzun, gecə və sübh tezdən peyda olan iki ən parlaq ulduzun şək-

lini, eləcə də qoşa qayın ağaçının rəsmini də çəkirdilər. Ağaclardan 

birinin  yanında  təbilin  sahibi  olan  şaman  təsvir  edilərdi.  Bu  təs-

virdə  şaman  ayaq  üstə,  əlində  mərasim  zamanı  istifadə  ediyi  əski 

parçalarnı tutmuş vəziyyətdə olurdu (Катанов, 1907, с. 579). 




 

39

N.Katanovun  saqay  tüklərindən  topladığı  materiallar  da  bö-



yük maraq doğurur. Bu tədqiqatçnn məlumatlandırıcılarından (in-

formatorlarından) birinin bildirdiyinə görə, saqaylar Kudayı bütün 

varlıqların yaradıcısı saymaqla yanaşı, bir çox miflərdən də görün-

düyü kimi, onun iblislə, yəni Erlik ilə bilavasitə özünün mübarizə 

apardığına  inanmışlar.  Belə  ki,  eposlarda  Tanrı  Kuday  Erliyi  şa-

manların, nağıllarda isə bahadırların vasitəçiliyi ilə təqib edir. Erli-

yi təqib edən Tanrı onu odlu oxlar və şimşəklə vurmağa çalışır. Er-

lik  isə  onlardan  qorunmaq  üçün  gah  ağacların,  gah  mal-qaranın, 

gah  da  insanların  arxasında  gizlənir.  Nəticədə  isə  Tanrının  oxları 

və şimşəyi ağaclara dəyir. Bu zərbələrə tuş gələn ağacların böyü-

məsi və inkişafı dayanır. Saqay miflərində Kuday öz iradəsini ya-

zılı formada bildirir. Bunun üçün o, ya kağız vərəqdən, ya da mək-

tubdan  istifadə  edir.  Bəzi  miflərdə  isə  Tanrı  buludların  üzərində 

oturaraq,  oradan  bahadırların  aşağı  dünyanın  bədxah  ruhları  ilə 

mübarizəsini seyr edir (Катанов, 1907, с. 217-218). 

N. Katanovun topladığı  materiallardan  belə  məlum olur ki, 

saqaylar Kudaya xallı atları qurban kəsirmişlər (Катанов, 1907, 

с.  597).  Bu  xalqın  inanclarına  görə,  yuxarı  dünyada  Kudaydan 

başqa qara atlara sahib olan digər bir mifik varlq da yaşamaqda-

dır. Saqaylar ona aşağıdakı dua ilə müraciət edirdilər: 

Nəmli buludları özünə döşək etmisən, 

Ağ, yumşaq buludlara dirsəklənirsən! 

Xalqlar başçsı bahadır Kaplaya bənzəyirsən, 

On minlərin ağası bahadır Tüpleyə bənzəyirsən! 

Gəzib dolaşırsan sən ən seçmə qara atda, 

Əlindən düşməyir qayın ağcından olan çomağın da! 

İpək yunlu çəpiş qurban edirik sənə, 

Bir atın çəkə bilməyəcəyi çəllək veririk sənə! 

(Катанов, 1907, с. 555). 

Saqay  mifologiyasında  göy  sakinlərindən  biri  kimi  Kuba 

adlı bir ilahədən də söz edilməkdədir. Ona həsr edilən ovsun-du-

ada isə belə deyilir: 

Sən, ey bakirə Kuba, 

Doqquz ərdən daha güclü doğulmusan sən! 




 

40

Gümüş sırğalarını taxıb, 



Xalqınla birlikdə aya gedirsən sən! 

Ağ, yorğa atda gəzib-dolaşırsan, 

Özünü qayın ağacından çomaqla qoruyursan! 

Ey başı daim ağ ağamız, atamız Çalbart dağı, 

Yaşıl meşə donunun misilsizdir yaraşığı! 

Vətənin sarı uryanxaylar ölkəsi, 

Qurbanın kəsilmiş heyvanın ən böyük tikəsi! 

(Катанов, 1907, с. 555). 

N.Катанов  koybal  türklərinin  folkloruna  dair  də  bir  neçə 

maraqlı  material  dərc  etdirmişdir.  Bunlar  əsasən  yerli  türklərin 

“ızık” adlandırdıqları əcdad ruhlara həsr edilmiş ovsun və alqış-

lardır.  Koybalların  mifik  təsəvvürlərinə  ızıklar  bir-birilərindən 

sahib olduqları atların rənglərinə görə fərqləndirilir. Ovsun-dua-

ların birində deyilir: 

Atmayan və hədəfdən yayınmayan ey solaxay ağa, 

Döşəyin olan nəmişli ağ buludlar bənzəyir dağa! 

Masmavi göylərə çatan başın kölgəlik yerdədir, 

Ağ göylərdə ağ bulud, Solban (Çolpan, Venra) zirvədə, dik-

dədir! 

Ey sarı-qırmızı rənglərə boyanmış ayğır at, 



Tükləri yorğa ayğırımın tükünə bənzəyən at! 

Sarı göldür susuzluğunu yatızdırdığın yer, 

Göy altında çapanda tirəyir bütün göy-yer! 

Doqquz zirvələri aşan, 

Doqquz barmağı olan! (Катанов, 1907, с. 252). 

Qızıl  türklərinə  gəlincə,  onların  mifləri  dövrümüzədək  yetiş-

məmişdir. Yalnız o məlumdur ki, onlar yuxarı dünya sakinlərindən 

Kudaya üstünlük vermişlər (Алексеев, 1984, с. 42). Onlardan fərq-

li olaraq, şor türkləri Ülgenə tapnırdılar. İ.Xlopina şorlardan Ülgen 

və Erliklə bağlı bir neçə mif toplaya bilmişdir (Хлопина, 1978, с. 

71-73). Bu  miflər, demək olar ki,  bütünlüklə  altaylıların  və  xakas 

türklərinin yaradılışla bağlı mifləri ilə üst-üstə düşür. Bu miflərdən 

belə  məlum  olur  ki,  Ülgenin  yaşadığı  yuxarı  dünya  doqquz  qat 

göydən  ibarətdir ki,  bunlardan  birincisi  “Koşka” adlanır. Bu qatın 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə