Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

 

29

Bu  xalqın  mifik  təsəvvürlərinə  görə  orta  dünyanın  ruhları 



müəyyən bir yerdə yaşasalar da yerlərini dəyişə və köçə də bilər-

lər. Məsələn, miflərin birində ər evinə gəlin köçən qızla birlikdə 

onun  mənsub  olduğu  soyun  hami  ruhunun  da  onunla  birlikdə 

köçdüyündən söz açılır (Катанов, 1907, с. 492). Belə hesab edi-

lirdi ki, həm yuxarı həm də aşağı dünyanın ruhları da zaman-za-

man orta dünyaya keçirlər. Onlar əsasən axşam və ya gecə gəlir-

lər, ilk xoruzun banlaması ilə isə orta dünyanı tərk edirlər. Am-

ma onları adi gözlə görmək imkan xaricindədir. Lakin əgər onlar 

istərsə,  insana  müəyyən  bir  heyvan,  daha  çox  ilan  formasında 

görünə bilirlər (Островских, 1895, с. 341). 

Orta  dünya  barədəki  təsəvvürləri  Altay  və  Sibirin  digər  türk 

xalqlarından,  demək  olar  ki,  heç  nə  ilə  fərqlənməyən  koyballar 

müxtəlif  xəstəliklərdən  qoruna  bilmək  üçün,  bu  xəstəlikləri  törət-

diyinə inandıqları ruhları bir – birilərindən fərqləndikləri kimi, onlar 

üçün kəsdikləri atları da bir-birindən rənglərinə görə fərqləndirirdi-

lər. Məsələn ailəni baş ağrısı və göz xəstəliklərindən qorumaq üçün 

“ızık”  adlandırdıqları  kürən  at  kəsərdilər.  Boz  və  qəhvəyi  rəngli 

atlar  isə  müqabil  olaraq  sinə  xəstəliklərindən  və  qarın  ağrısından 

qorunmaq üçün qurban verilirdi (Катанов, 1907, с. 290). Koyballar 

bu  xəstəlikləri  törədən  ruhların  orta  dünyada  yaşadıqlarına  inanır, 

onların  başçsının  18  taskılın  (daşlı  təpənin)  arxasında  məskun 

olduğunu hesab edirdilər. Onların torpaqlarında  Altun göl  yerləşir, 

bu  gölə  qızıl  bulaq  axır,  onun  yanında  qızıldan  dirək  ucalır.  Bu 

ruhların hər birinin öz qoruyucuları və köpəkləri var. Onların həyatı 

insanlarn həyatından qətiyyən fərqlənmir (Алексеев, 1984, с. 76). 

Şor türkləri hesab edirdilər ki, insanların ruhlarını dağ və su 

ruhları  oğurlaya  bilərlər.  Lakin  bu  halda  söhbət  eynən  saqay 

miflərində  olduğu  kimi,  dağın  qadın  sahibəsinin  kişi  ruhlarını 

ovlamasından gedir ki, bunda da məqsəd onu özünə ər etmək is-

təməsidir.  Şorların  mifik  təsəvvürlərinə  görə,  sular  donduqda 

göllərin,  çayların  sahibələrini  gözlə  görmək  olur.  Onlar  qara, 

buynuzlu  heyvana  bənzəyirlər,  üzə  çıxır  və  kişilərin  ruhlarını 

ovlamağa çalışırlar. Ovladıqları ruhları dağ ətəklərində əsir edir-

lər.  Bu  baş  verməsin  deyə,  müxtəlif  ovsunlar  mövcuddur  ki, 




 

30

bunlardan  biri  də  içində  su  olan  fincanın  yerə  çırpılıb  sındırıl-



masdır.  Bu  halda  su  ruhları  insanı  rahat  buraxır  (Дыренкова, 

1940, с. 257). Şorların təsəvvüründə orta dünyada sakin olan bir 

neçə ruh daha böyük hesab edilirdilər. Bunlardan birincisi və ən 

böyüyü Camqıraktu Cajızın sayılırdı. Ondan sonra üç  ən böyük 

nəslin himayəçi ruhları gəlirdi: Sarı Çalıq tezi, Tooçı san və Ka-

nım  tezi.  Bunlardan  birinci  və  üçüncüsü  ovçuluqla  bağlı  idilər 

və  ovçularn  himayəçisi  hessab  edilirdilər  (ФИЭ  АН  СССР 

(ЛО), ф. 11, оп. 1, д.101, л. 22). 

Tıvalıların baxşları da Altay və Sibirin digər türk xalqlarının 

baxışlarından çox az şeylə fərqlənir. Onlar da hər bir yerin öz hi-

mayəçi ruhu olduğuna, ruhların bir qisminin orta dünyada yaşadı-

ğına inanmışlar (Дьяконова, 1981 б, с. 143). F. Konun topladığı 

materiallara  əsasən,  orta  dünyanın  ruhları  sırasına  Kaybın-ku  və 

Puk  ruhları  daxildirlər.  Kaybın-ku  ruhları  xəstələrə  ağrı  vermək 

və  onların  huşlarnı  itirməsinə  səbəb  olmaqla  məşğuldurlar.  Puk 

adlandırılan  ruhlara  gəlincə,  onların  bir  neçə  növünün  olduğuna 

inanılırdı. Onların bir qisminin insan bədənində məskunlaşdıqları 

və ondan kənarda yaşamadıqları hesab edilirdi (Кон, 1934, с. 23). 

Tıvalıların inancına görə, əgər bir ailədə bütün ailə üzvləri ard-ar-

da ölürlərsə, bu, pukların işidir. Digər puklar isə ətrafda yaşayrlar. 

Onlar bayquş kimi səs çxarır, bəzənsə quzu kimi mələyirlər. Əgər 

itlər aramsız olaraq hürüşürsə, bu o deməkdir ki, puklar yaxında-

dırlar (Вчерашняя, 1955, с. 45). 

Tıva  türkləri  orta  dünyanın  mifik  varlıqlarından  danışarkən 

Albıs və Şulbusun da adını xüsusi çəkirlər. Onlar Albısı su pərisi 

kimi  təsəvvür  etmiş,  onun  ərinin  və  qızının  olduğuna,  keçi  kimi 

çığırdığına və istədikdə göyə qalxa bildiyinə inanırdılar. Təpəsin-

də  sadəcə  bir  gözü  və  kiçicik  burnu  olduğuna  inanılan  Şulbusa 

gəlincə, o  mağarada  yaşayır. Şulbuslar  erkək  və  dişi olmaqla  iki 

yerə bölünürlər. Albıs və şulbuslarn öhdəsindən ancaq bacarqlı və 

təcrübəli şamanlar gələ bilirlər (Катанов, 1907, с. 31). 

Teleutların  animistik  baxışları  barədə  geniş  məlumatverən 

N.Dırenkovanın qeydlərindən belə məlum olur ki, teleut şaman-

ları aşağıdakı kimi sıralamışlar: 




 

31

1. Göyün yeddinci qatında yaşayan Ay ata; 



2. Göyün beşinci qatında yaşayan Gün ana; 

3. Poqoş ana; 

4. Göyün üçüncü qatnda yaşayan Kayrakan; 

5. Göylərin  yaradıcısı,  göyün  dördüncü  qatnda  məskunlaş-

mış Dayuççı Tenqere; 

6. Göyün yeddinci qatnda yaşayan Mergen ana; 

7. Göyün səkkizinci qatında  yaşayan, Çaqır-Kan adlandırı-

lan Bura ana; 

8. Göyün doqquzuncu qatında yaşayan Abayoş ata; 

9. Göyün doqquzuncu qatnda yaşayan Kızıqan ata; 

10. Göyün onuncu qatnda yaşayan Tumat ata; 

11. Göyün on birinci qatında yaşayan üçdişli Xan-Kayrakan ata; 

12.  Göyün on ikinci qatında oturan Qara Samur ata; 

13.  Havanı  dəyişmək,  yağış  yağdırmaq  iqtidarında  olan, 

göyün on ikinci qatında oturan Yada ata; 

14.  Göyün on üçüncü qatında oturan Eksey-Meksey ata; 

15.  Xan  Mustaydan  ayrılan  və  göyün  on  dördüncü  qatında 

yaşayan iki bakirə qız; 

16.  Göyün on beşinci qatında yaşayan təmiz, bakirə qızlar; 

17.  Göyün  on  altıncı  qatında  oturan  Bay  Ülgen  ana  (Ды-

ренкова, 1949, с. 138-145). 

N.Dırenkovanın  yazdığına  görə,  teleut  şamanları  öz  alqış  və 

ovcunlarnda  12  göy  sakininə  müraciət  etsələr  də,  nədənsə  həmişə 

faktiki  olaraq,  16  mifik  varlığın  adını  çəkmişlər.  Maraqlıdır  ki, 

teleutların miflərində və şaman ovsunlarında Bay Ülgen qadın kimi 

təsəvvür  edilir  və  ana  adlandırılır.  Dualarda  Gün,  Kayrakan,  Da-

yuççı, Mergrn  və Bura obrazları da  ana kimi təqdim edilir. Ümu-

miyyətlə “ana” epiteti xeyirxah ruhlar üçün işlənir. Bunlardan Da-

yuççı  şamanla  Ülgen  arasındakı  vasitəçidir.  Bura  ana  isə  A.Ano-

xinin  topladığı  materiallarda  kişi  kimi  təqdim  edilir  və  Ülgenin 

oğulları  sırasında  göstərilir.  L.Karunovskayanın  şaman  Mereydən 

topladığı  materiallarda  isə  o,  Bura  kan  adı  ilə  Göqö  Mönkönün 

oğullarından biri kimi çıxış edir. Bundan başqa, şaman Merey onun 

insan  ruhlarının  yaradıcısı  olduğunu  söyləmişdir.  N.Dırenkovanın 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə