Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   ...   154

 

14

Şər ruhlardan ibarət bu tip mifik soy və ailələrin sayı, yuxa-



rıda qeyd edildiyi kimi, bəzən  yeddi, bəzənsə  iyirmi  yeddi kimi 

göstərilir. Konkret olaraq bu ailəyə gəlincə, onun Bueruya Xarsa 

qəbiləsinə  mənsub  olduğu,  sözügedən  qəbilənin  Buxara  Doluo 

ulusunda  yaşadığı,  həmin  ulusa  çatmaq  üçün  şamanların  yolda 

yeddi  dəfə  ayaq  saxlayıb,  dincəlməli  olduqları  söylənilir.  Onla-

rın  ulusuna  çatmamış  Bueruya  Xarsa  ağa  və  arvadı  Burauya 

Xarsa  xanımın,  eləcə  də  oğulları  Buos  Baxaydaan  (sonsuz  Ba-

xaydaan) və qızları Buos Bəsirikin (Sonsuz Bəsirik) yaşadıqları 

geniş ulus  yerləşir. Buxara Doulo ulusundan sonrakı ulusun sa-

kinləri və onların yaşadıqları məkan belə təsvir edilir: 

Geniş yolları olan, 

Küp ağzına oxşayan, 

Çuğunu xatırladan 

Üfunətli çirkabda, 

Zığlı bataqlqda, 

Duolan Xarsa ağa yaşamaqda. 

Bir də Duolatı Xarsa xanım, 

Anası Bəsirik Atax oğlanın. 

Bəsirik Naarax adıdır qızının  

(АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 51). 

Saxa-yakut  miflərində  təkcə  yeraltı  dünya  sakinlərinin  yer 

üzünü ziyarət etməsindən deyil, eyni zamanda, bəzi hallarda in-

sanların da aşağı dünyaya səyahətləri təsvir edilir. Bu əsasən ki-

şilərdir.  Onlar  aşağı  dünyadakı  qızlarla  sevişir  və  bu  da onların 

xəstələnməsinə  səbəb  olur.  Bu  vaxt  özünü  yetirən  şaman  onları 

yer  üzünə  qaytarır  və  onlar  yalnız  bundan  sonra  sağalıb  ayağa 

qalxırlar (Эргис, 1974, с. 139). 

Saxa-yakutların  folklorunda  “şimal  qarıları”  adlandrılan 

məxluqlar da aşağı dünyanın şər ruhları sırasında yad edilir. Fə-

qət  bu,  folklora  müsair  zamanlarda  daxil  olan  tamam  yeni  ele-

mentdir.  Beləki,  “şimal  qarıları”  dedikdə,  uzaq  şimalda  ölmüş 

rus qadınlarının ruhları  nəzərdə tutulur (Ксенефонтов, 1929,  с. 

58). Elə bu səbəbdən də həmin elementi türk mifoloji sisteminin 

öyrənilməsi baxımından önəmli element saymaq mümkün deyil. 




 

15

Altay türklərinin də mifik təsəvvürlərinə görə göyün müxtə-



lif qatlarında çox sayda tanrıça və ruh yaşamaqdadır. S. Tokarev 

tərəfindən toplanmış  materiallardan göründüyü kimi, təktanrıçı-

lığın  ortaya  çıxışından  öncə  altaylıların  ən  çox  sitayiş  etdikləri 

mifik  varlıq  Ülgen  (Bay  Ülgen,  sonrakı  mərhələlərdə  Ülgen 

Tanrı) olmuşdur. N. Alekseeyev yazır ki, bu varlıq ilk dövrlərdə 

qıpçaq  və  todoş  (tarduş)  soy  bə  boylarının  himayəçisi  sayılmış, 

sonradan  bütün  Altay  soy  və  boyları  tərəfindən  də  əsas  tanrıça 

kimi qəbul edilərək, ümumaltay tanrıçasına çevrilmişdir (Алек-

сеев, 1984,  с. 32). S. Tokarevin  fikrincə də Ülgen  ilk öncə çox 

qədim zamanlardan Altaya gəlib burada məskunlaşan qıpçaq və 

ya  hansısa  başqa  türk  soy  və  ya  boyunun  tanrıçası  olmuş,  ayrı-

ayrı soy və boylar birləşərək, Altay türklərini meydana gətirdik-

də isə bu tanrıça bütün altaylılar tərəfindən əsas tanrıça kimi qə-

bul edilmişdir. Alimin fikrincə bu element Altaya kənardan gəl-

mə elementdir (ИЯЛИ ЯФ СО АН СССР, с.145-146). 

S.Tokarev eyni zamanda bir sıra digər Altay tanrıçalarının da 

ümumaltay  panteonuna  daxil  olmamışdan  öncə  ayrı-ayrı  soy  və 

boyların əcdad ruhu və himayəçisi kimi çxış etdiyini üzə çıxara və 

onlardan hansının məhz hansı soy və boya aid olduğunu dəqiqləş-

dirə  bilmişdir.  Məsələn,  Ülgenin  oğlu  olduğu  hesab  edilən  Karşit 

ümumaltay panteonuna daxil edilməmişdən öncə o, Altayın  cənu-

bunda  –  Onquday  oymağında  yaşayan  bir  sıra  türk  soylarının  – 

maymanların,  todoşların,  kerqillərin,  çaaptıların,  tonqjoanların,  və 

ülütlərin soy babası və himayəçi ruhu olmuşdur. Altayın şimalında 

məskunlaşmış  soylar  isə  ona  biganə  idilər.  Telenqitlərin  isə  onun 

barədə heç xəbərləri belə yox idi. A.Anoxinin qeydlərindən isə belə 

məlum olur ki,  Ülgenin  digər oğlu Pırça  xana  isə güney soyların-

dan  yalnız  çaaptılar,  quzey  soylarından  isə  yalnız  komdoş  və  ku-

zenlər tapınırdılar (ИЯЛИ ЯФ СО АН СССР, с.145-146). 

A.Anoxinin yazdığna görə, Ülgenin digər bir oğlu Paxtuqan 

(Paxtıqan)  idi.  Şvetsov  bildirir  ki,  o,  yəni  Paxtuqan  köbök  və 

almat soylarının tanrıçası və himayəçi ruhu hesab edilirdi (Шве-

цов,  1900,  с.  75).  Bu  soylar  isə  Çuysk  bölgəsində  yaşayan  te-

lenqit boyuna daxil idilər (Токарев, 1947, с. 147). 




 

16

S.Tokarev  Onqudat  oymağnda  tədqiqatlar  apararkən  öyrən-



mişdir ki, Paxtıqan (Paxtuqan) tölöslərin tanrıçasıdır. Ona eyni za-

manda  məlumat vermişlər ki, tuba soylarından  üslər də ona Tanrı 

kimi sitayiş etmişlər. N.Alekseyevin Borsuk Belekovdan topladığı 

materiallardan  isə  bu  mifik varlığın altaylıların köbök soyunun da 

tanrıçası olduğu məlum olur. Onun bu məlumatı S.Şvetsovun mə-

lumatları ilə üst-üst düşür (Алексеев, 1984, с. 32). Lakin S.Toka-

rev onları şübhə ilə qarşılayaraq bu məlumatların həqiqət kimi qar-

şılanmasının mümkün olmadığı fikrindədir (Токарев, 1947, с. 147). 

S.Tokarev  ondan  daha  öncə  Ülgenin  oğlanlarından  Karaquş 

və Yajil xan haqqında materiallar toplamış A.Anoxinin məlumatını 

gücləndirən  başqa  materiallar  da  toplayaraq  müəyyən  etmişdir  ki, 

onlara  şimalda  yaşayan  Altay soyları tapınmışlar (Токарев, 1947, 

с.  147-148).  Alim  apardığı  tədqiqatların  nəticələrini  ümumilşdirə-

rək  belə  bir  yekun  fikrə  gəlmişdir  ki,  Ülgen  ümumaltay  tanrıçası 

olsa  da,  onu  Sayan  mənşəli  soylar  –  ırkıt  və  sayanlar  da  uca  tut-

muşlar (Токарев, 1947, с. 156). O yazır ki, Karşit və Ülgenin digər 

oğulları  haqqndakı  təsəvvürlər  ayrı-ayrı  şamanların  bekar  vaxt-

larında,  düşüncəlrə  qapılarkən  uydurduqları  təsəvvürlərdən  başqa 

bir  şey  deyildir.  «Ayrı-ayrı  xalqların  dinlərinin  tarixi  əslində  bir-

birilərinə  yad  olan  tanrıçıların  mifoloji  spekulyasiyalar  yolu  ilə 

“qohumlaşdırılması”  faktları  ilə doludur. Şübhəsiz ki,  indiki  halda 

da eyni vəziyyətin şahidiyik» (Токарев, 1947, с. 150-151). 

L.Karunovskayanın altay-kiji boyunun tanqdı soyunun şama-

nı  Mereydən  topladığı  materialları  (Каруловская,  1935,  с.  160) 

tənqid edən S.Tokarev bildirir ki, bu materiallar ziddiyyətlidir və 

onları  bir-biri  ilə  əlaqələndirmək  çox çətindir (Токарев,  1947,  с. 

144).  Alimin  bu  mövqeyi  tam  başa  düşüləndir,  çünki  şaman 

Merey  digər  şamanlardan  fərqli  olaraq,  altaylıların  aparıcı  tan-

rıçasını  Ülgen  deyil,  “Göqö  Mönkö  adazı”  (Əbədi  göyün  atası, 

yaradıcısı)  adlandırmşdır.  Onun  sözlərinə  görə,  bu  mifik  varlıq 

günəş  şəfəqindən  al  rəngə  boyanmış  odlu  dağdakı  sarayında  ya-

şayır. Bu dağ isə göyün doqquzuncu qatında yerləşir. Göqö Mön-

kö adazı qəzəblənəndə istədiyini günəş şüaları və ildırımla vurub 

öldürür.  Şaman  Mereyə  istinad  edən  Karunovskaya  onu  bütün 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə