Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

 

74

Hələ  1960-cı  illlərdə  40  belə  «ibadət  evi»  qazılaraq  aşkar  edil-



mişdir.  Buradan  tapılan  «ilahələr»  əsasən  üç  vəziyyətdə  təsvir 

olunur.  Bunlardan  bir  qismi  gənc  qadın,  digərləri  insan  və  ya 

öküz  doğan orta  yaşlarda  olan  qadın,  başqa  bir  qismi  isə  bəzən 

yırtıcı quş tərəfindən müşaiyət edilən, bəzənsə tək olan qoca qarı 

şəklində təsvir edilirdi (James Mellaart, 1967, p. 181).  

Kişi  «tanrı»lar  bəzən  uşaq,  bəzən  yeniyetmə  (ilahənin  sev-

gilisi) bəzənsə saqqallı kişi şəklində düzəldilirdi. Saqqallı kişilər 

bir sıra hallarda hansısa mifoloji heyvanın və ya öküzün belində 

oturulmuş vəziyyətdə olurdu. 

Ana ilhəsinin barelyefləri bəzən iki metrə çatır və aslanların 

arasında  oturmuş  vəziyyətdə  təsvir  olunurdu.  Bəzən  müxtəlif 

simvolların  birləşdirildiyi,  məsələn, qadın döşü  ilə öküz buynu-

zunun  birlikdə  təsvir  edildiyi  də  maşahidə  edilmişdir  (James 

Mellaart, 1967, p.181).  

E.ə. 6200-ci ilə aid edilən bir «ibadətxana»da öküz başları-

nın və onların da arxasında insan ayaqlı qrifonlar tərəfindən hü-

cuma məruz qalan insan başlarının barelyeflərinə rast gəlinmidir. 

Çox  sayda  «ibadətxana»nın aşkarlanmasına rəğmən,  mütəxə-

ssislərin fikrincə, Çatal-Höyük cəmiyyətində sosial bərabərsizliyin 

mövcudluğunu  iddia  etmək  üçün  heç  bir  əsas  yoxdur.  Gəlinən 

ümumi qərar belədir ki, sözügedən cəmiyyətdə nə anaxanlıq (mat-

riarxat), nə də ataxanlıq (patriarxat) mövcud olmamışdır. Qadınlar-

la kişilərin statusu da eyni idi (A Global .., 1991p.9-13; Christine 

Fielder and Chris King, 2004; Michael Balter, 2005, c.127). 

Alimlərin  bəzisi  qadın  heykəllərinin  ümumiyyətlə  sitayiş 

obyekti  olmadığını,  hansısa  başqa  funksiya  daşıdığını  ehtimal 

edirlər  (Hodder I.,  2005).  Amma  bunun  əksini  düşünənlər  daha 

çoxdur.  C.  Mellartdan  başqa  M.  Gimbutas  da  Çatal-Höyükdən 

çıxan  kök  qadın  heykəllərinin  ana  ilahəsi  olduğu  fikrini  söylə-

miş və öz fikrində daha da irəli gedərək, Çatal-Höyük mədəniy-

yətində anaxanlığın hakim olduğunu iddia etmişdir. M. Balter də 

onun fikrinə şərik çıxmışdır (Michael Balter., 2005). 

Yuxarıda qeyd edildiyi kimi, Çatal-Höyükdə insan və öküz 

doğan  ana  ilahə  obrazlarına  da  rast  gəlinmişdir.  Maraqlıdır  ki, 




 

75

bunlardan  birincisi  türk  mifologiyasındakı  Umay  ana  obrazına, 



digəri isə Ay kağan obrazına uyğun gəlməkdədir. 

Öküz doğan ilahə obrazının izlərinə zamanla bir qədər dəyiş-

miş  formada  «Oğuznamə»də  rast  gəlirik.  Maraqlıdır  ki,  Tolstov, 

Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların 

ən  qədim  zamanlarda  öküzə  totem  munasibəti  bəslədiklərini 

söyləmişlər. Bu alimlər bu halda «Oğuznamə»də yer alan aşağıdakı 

sözlərə  və  «Oğuzun  anqağusu»  kimi  təsvir  edilən  öküz  rəsminə 

istinad etmişlər: «Olsun dedilər. Onun anqağusu budur». 

Daha  sonra  öküz  şəklində  təqdim  edilən  Oğuzun  doğuşu 

təsvir olunur:  

«Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu 

oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, 

saçları,  qaşları  qara  idi.  Gözəllikdə  mələkdən  də  gözəl  idi...» 

(Bayat, 1993, s. 124). 

Alimlərin  bir çoxu bu fikirdədir ki, ana  ilahəsinə  baş Tanrı 

kimi sitayişin kökləri Paleolitə qədər uzanır. Bəziləri bu inancın 

qaynağını ana bətnini xatırladan mağaralarla, su stixiyası ilə, bit-

kilər  aləmi  ilə  (Горшунова  О.В.,  2008,  с.71-82),  başqa  biriləri 

astral obyektlərlə (Горшунова О.В., 2001. с.219-231) bağlama-

ğa çalışırlar. Alimlər onu müxtəlif xalqların mifologiyasında rast 

gəlinən Anahid, Geya, Afrodita və s. bu kimi qadın ilahə obraz-

ları  ilə  müqayisə  etmişlər.  Lakin  müqayisəyə  çəkilən  ilahələrin 

heç  biri  öz  panteonunda  ən  başda,  yəni  baş  Tanrı  məqamında 

durmur. Bu hala sədəcə Ağ Ana (Ana yaradıcı) ilə bağlı türk mi-

fik mətnlərində rast gəlinir: 

«Ana  yaradıcı  artıq  bir  dünya  yaratmağa  qərara  almışdı. 

Amma nə ilə yarada idi, əlində bir şey yox idi. Buna görə qırmzı 

boyunlu balıqcılla bir çöl ördəyini yanına çağırdı və onlara dedi: 

-  Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin! 

Quşlar  dənizin  dibinə  daldılar,  az  sonra  çöl  ördəyi  dimdi-

yində bir parça çamurla  suyun üzündə göründü. Amma  balıqcıl 

orada yox idi. Yaradıcıı “bu balıqcıl harada qaldı” deyə düşünər-

kən, o da suyun üzünə çıxdı. Amma ağzında nə çamur, nədə baş-

qa bir şey vardı. Yaradıcı soruşdu: 




 

76

- Hanı sənin torpağın? 



Balıqcıl boynunu bükdü və cavab verdi: 

- Dənizin  dibində  mən  torpaq  tapmadım.  Onun  üçün  də 

torpaq gətirmədim. 

Yaradıcı bunu eşitdikdə çox hirsləndi və belə dedi: 

-  Ey  hiyləgər  quş!  Mən  sənə  çöl  ördəyindən  daha  qısa  və 

daha  az  qüvvətli  bir  dimdikmi  vermişdim?  Bu  olan  şeydir?  Sə-

ninki  onunkindən  həm  qüvvətli,  həm  də  uzundur,  necə  olur  ki, 

çöl ördəyi dənizin dibindən çamur tapır, sən tapmrsan? Mən səni 

cəzalandıracağam  və  sən  yer  üzündə  yaşamayacaqsan.  Gəz,  uç, 

nə  istəyirsən elə, amma dənizin üstündə elə. Cum dənizə,  yiyə-

cəyini orada axtar. Orada yat, orada qalx. Nə edəcəksənsə, orada 

et, amma yer üzünə gəlmə! 

Ana yaradıcı çöl ördəyinin gətirdiyi çamurla dunyanı yarat-

dı. Çamuru əlinə aldı, dənizin üstünə qoydu. Nə cür oldusa, pal-

çıq dənizin dibinə  batmadı. Nə dalğalar, nə də külək onu yerin-

dən  tərpədə  bilmdi.  Eyni  ilə  bir  adacıq  kimi  dənizin  ortasında 

dayanb  qaldı.  Az  sonra  da  böyüməyə  başladı.  Elə  böyüdü,  elə 

böyüdü ki, bugünkü dünya oldu» (Ögəl, 2006, səh. 445).  

Başqa bir süjet isə belədir: 

«Bir Ağ Ana var idi, yaşardı su içində, 

Göründü su üzündə, Ülgenə belə dedi:  

“Yaratmaq istəyirsən sən də bir şeylər, Ülgen, 

Yaradan olmaq üçün bu qutsal sözü öyrən. 

De ki, mən etdim, oldu. Başqa bir şey söyləmə, 

Hələ yaradan ikən “etdim, olmadı!” demə!” 

Ağ Ana bunu dedi, qeyb oldu, çıxıb getdi, 

Dənizə dalıb getdi, bilinməz hara getdi»  

(Ögəl, 2006, səh. 228-229). 

Daha bir süjet: 

«Böyük Ağ yaradan Ürünğ Ayığ Toyon lap əvvəldən böyük 

dənizin  üzərində  yüksəklərdə  dayanıb-durarkən  suyun  üstündə 

üzən bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu: 

- Sən kimsən? 

Köpük Tanrıya baxıb dedi: 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə