Layların sulaşma intervallarının təyini iki istiqamətlərdə öyrənilir: süzgəc açılmış və açılmamış hallarda. Süzgəc açılmış halda bu məqsədlə rütubətölçən, rezistivimetr, sıxlıqölçən kimi QGT üsulları tədbiq edilir. Rütubətölçənlə laydan quyu daxilinə axan mayenin tərkibindən asılı olaraq dielektrik xüsusiyyətini əks edən kəmiyyət ölçülür. Dielektrik sabiti su üçün 80-a, neft üçün isə 2-yə bərabərdir. Dielektrik sabitinin su və neft üçün bu qədər kəskin olması rütubətölçənlə alınmış əyridə onların asanlıqla bir-birindən ayrılmasına imkan verir. Şəkil 3.6-da rütubətölçənlə alınmış əyri verilmişdir.
Şəkil 3.6.
Əyridə ölçülmüş kəmiyyət nəmliyin (hidrogen doyumluq) 0 və 100% arasındakı qiymətlərilə verilir. Yəni, laydan təmiz neft çıxarsa və bu neft su ilə qarışmırsa -nin qiyməti 0%÷10% arasında
dəyişilir ki, bu da =3 qiymətinə bərabər olur. Əgər neft və su qarışırsa və bu qarışıqda hər biri 50% təşkil edirsə, bu zaman =11. Şəkildə istismar
quyusunda üç süzgəc
açılmış quyuda aparılmış rütubətölçənin diaqramı verilir. Şəkildə göründüyü kimi aşagıda
yerləşən lay qarşısında
2 bərabərdir ki, bu da laydan neftin axdığını göstərir. Aşağıda
yerləşən
süzgəcdən altda isə ε=80-dır ki, bu da quyu dibinin su ilə dolu olduğunu göstərir. Ortada yerləşən lay qarşısında dielektrik sabiti sürətlə artaraq
=11 olur.
Bu onu göstərir ki,
orta laydan su axır və nəticədə su ilə neft qarışığı yaranır, bu qarışıqda neft və su hər biri 50%
təşkil edir. Üst laya yaxınlaşdıqda bu lay qarşısında =4. Yəni, bu laydan təmiz neft çıxır və nəticədə qarışıqda neft 75%, su isə 25% təşkil edir. Beləliklə görünür ki, rütubətölçənlə layda axan mayenin tərkibini bu layın istənilən
hissəsində təyin etmək olur ki, nəticədə layın sulaşmış hissəsini dəqiqliklə göstərmək olar. Süzgəc açılmış laylar qarşısında sulaşma intervalını təyin etmək üçün rezistvimetrdən də istifadə edilir. Rezistvimetr mayenin elektrik keçiriciliyinə əsaslanır ki, nəticədə ölçu zamanı mayenin xüsusi müqaviməti qeyd edilir.
Şəkil 3.7.-də verildiyi kimi iki süzgəc açılmışdır.
Şəkil 3.7.