L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə100/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   227
Muteherrik ve eylenceli oyunlar

VII sinif 
 
Ümuminkişaf hərəkətlərinin elementlərilə
oyunlar 
Sıralarda dartınma
. İki komanda üz-üzə cərgəyə düzülürlər. 
Cərgələr arasından xətt çəkilir. Siqnal verilən kimi qabaq-qabağa 
dayanıb əl-ələ tutan oyunçular bir-birini dartıb xəttdən çıxartmağa cəhd 
edirlər. Müəllim hər cərgədən dartınıb çıxarılmış oyunçuları sayır. 
Oyunçuları daha çox rəqib dartıb xətdən çıxartmış komanda qalib gəlir. 
İtələyib dairədən çıxartma. 
Meydançada hərəsinin diametri 3m 
olan 5-6 dairə çəkilir. Kapitanlar hər dairəyə bir oyunçu göndərirlər. 
Dairədə olan hər iki oyunçuya bir gimnastika çubuğu verilir. Hər iki 
oyunçu çubuqdan möhkəm yapışaraq onun uclarını sağ dirsəkləri ilə 
bədənlərinə sıxırlar. Hər dairənin yanında hakim dayanır. Siqnal 
verilən kimi oyunçular çubuqla basıb bir-birini dairədən çıxartmağa 
cəhd edirlər. İtələnib dairədən çıxarılmış oyunçuya yenidən dairəyə 
qayıtmaq imkanı verilir. Bundan sonra oyun müəllimin siqnalına qədər 
davam edir. İtələnib dairədən çıxarılmış hər oyunçuya görə qalib gələn 
oyunçuya bir xal verilir, çox xal toplamış komanda qalib gəlir. 
Sürətli qaçışla oyunlar 
 
Böyük dairəvi estafet
. Tərəflərinin uzunu 10-15m olan 
dördbucağın hər gücünə bir bayraqcıq, ortaya isə bir böyük bayraq 
qoyulur. Sinif dörd komandaya bölünür. Hər komanda sıra nömrəsini 
sayaraq özünün start xəttinin yaxınlığında sərbəst dayanırlar. 


153 
Birinci nömrələr əllərində estafet çlingi tutaraq start xəttində 
dayanırlar. Müəllimin siqnalı ilə onlar qaçıb bayraqların başından 
hərlənərək öz finiş xəttinə çatdıqda estafet çilingini birinci nömrələr 
qaçan kimi dərhal start xəttinə çıxan ikinci nömrələrə ötürürlər və i.a. 
Komandanın axırıncı oyunçusu qaçış yolu ilə dövrə vuraraq öz 
komandasının bayrağının başına dolanmalı, mərkəzdəki bayrağa çatan 
kimi estafet çilingi ilə üç dəfə bayrağın ağacını taqqıldatmalıdır. 
Axırıncı oyunçuların mərkəzdəki bayrağa çatmalarından asılı olaraq 
komandalar müvafiq (1, 2, 3 və 4-cü) yerləri tuturlar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə