154
Maneələri dəf etməklə estafet
. Eni 3m və uzunluğu 80m yolda
araları ölçülərək müxtəlif maneələr qurulur. Xətt çəkməklə eni 30sm
uzunluğu 5m zolaq işarə edilir (zolağı taxta ilə əvəz etmək olar),
hündürlüyü 1,5m tir qurulur, dayaqlardan hündürlüyü 60sm ip çəkilir,
zolaq çəkməklə «xətdən» işarə edilir. Zolağın eni 1,5sm). xəndəkdən o
tərəfdə üç dairə çəkilir və onların hərəsinin içinə bir bayraqcıq qoyulur.
Üç komanda «II» şəklində cərgəyə düzülürlər.
Hər komandanın birinci oyunçuları qaçışa
başlama xəttinə
çıxaraq uzanılı vəziyyətdə startda dayanırlar. Müəllimin «Marş!»
komandası ilə onlar qabağa qaçırlar, ikinci nömrələr isə start xəttində
uzanaraq onların yerlərini tuturlar. Qaçanlar zolaqların (taxtaların) üstü
ilə qaçırlar (onların üstündən düşməməyə çalışaraq), tirin üstündən
aşırlar, ipin altından sürünürlər (toxunmaq olmaz), xəndəkdən
hoppanırlar, öz bayraqcığına çataraq onu yuxarı qaldırıb yenə öz yerinə
qoyurlar. Yuxarı qaldırılmış bayraqcıqlar öz komandasının
növbəti
oyunçusunun qaçması üçün işarədir. Bayrağı geriyə, öz yerinə qoyan
oyunçu maneələri sakitcə keçərək geriyə öz cərgəsinə qayıdır. Növbəti
oyunçular birinci nömrələrin etdiklərini təkrar edirlər. Sıra nömrəsilə
axırıncı oyunçunun bayraqcığı qaldırması onun komandasının estafeti
qurtarmasını bildirir. Yarışda komandaların yerləri dəqiqliyə və qaçıb-
qayıtmanın tezliyinə görə müəyyən olunur.
Dostları ilə paylaş: