L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə110/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   227
Muteherrik ve eylenceli oyunlar

Bədii gimnastika
üzrə o qədər avadanlıq və ləvazimata ehtiyac 
yoxdur. İlk məşğələlər ümuminkişafetdirici hərəkətlər, sonra isə 
lentlər, iplərlə bağlıdır. O 1 saat ərzində keçirilməli, hər qrupda 15 – 20 
şagird olmalıdır.
İlk məşğələlərdə şagirdlərin nəyə qabil olmalarını aşkara 
çıxartmalı və növbəti məşğələləri həmin göstəricilər (fiziki hazırlıq, 
sürət, qüvvə, cəldlik və s.) əsasında qurmalıdır. Çalışmaq lazımdır ki, 
fiziki cəhətdən eyni hazırlıqlı qızlar eyni qrupda cəmləşdirilsin. 
Qızların çevikliyini «körpü» hərəkətləri, bu və ya digər maneələr 
üzərindən hoppanmalar yolu ilə aşkara çıxarmaq olar. 
Bədii 
gimnastika 
məşğələlərinin 
müntəzəm 
həyata 
keçirilməsində valideynlərin rolu çox böyükdür. Ona görə də qruplar 
komplektləşdirilən zaman valideynlər məktəbə dəvət olunmalı, 
gimnastikanın qızlar üçün vacibliyindən danışmalı, onları məşğələnin 
cədvəli ilə tanış etməli, idman formasının, iplərin və topların əldə 
edilməsi yollarını izah etməlidir. İclasda həkimin çıxışını təşkil etməli, 
o, 
qızların inkişafında bədii gimnastikanın əhəmiyyətindən 
danışmalıdır. 
İlk mərhələdə ümuminkişafetdirici hərəkətlər elementlərinin, 
bədii gimnastikanın və elementlərinin, rəqs addımları və akrobatika 
hərəkətlərinin öyrədilməsi məsləhət görülür. Ümumiyyətlə, əsas diqqət 
qamətin düzgün tərbiyəsinə, ayaq əzələlərinin inkişafına, düzgün 
yerişə, hərəkətlərində incə və çevik olmağa verilməlidir.Qeyd 
etməliyik ki, bədii gimnastika məşğələlərində mütəhərrik oyunlardan 
geniş istifadə etmək lazımdır. Hərəkətli oyunlar qızların çevikliyini 
artırır. Məşğələnin əsas hissəsində əşyalı və əşyasız oyunların 
təşkilinin özü də öyrənilmiş hərəkətlərin vərdiş halına keçməsinə 
müsbət təsir göstərir. Tamamlayıcı hissədə isə əl və qolların yumşaq 
hərəkətlərinə, sakit oyunlara, sakitləşdirici hərəkətlərə fikir verilir. 
Müqavimət hərəkətləri icra edilərkən hərəkətlər yoldaşın köməyi 
ilə yavaş tempdə və düzgün olaraq icra olunmalıdır. Bu hərəkətlərin 
icrası zamanı şagirdlərə nəzarəti və köməyi bir qədər də artırmaq 
lazımdır. 
Çevikliyin inkişafı üçün hərəkətlər isə birdən-birə, yavaş və 
cəldliklə yerinə yetirilməlidir. Bədii gimnastika üzrə fiziki yük 
hərəkətlərin miqdarından və mürəkkəbliyindən, temp və onun yerinə 
yetirilmə ritmindən və sayından asılıdır. Fiziki yük tədricən 
artırılmalıdır. Fiziki yük qızlara nisbətən oğlanlarda xeyli ağır 


170 
olmalıdır. Qızlar üçün kompleks hərəkətlər seçərkən qarın əzələlərini, 
cəldliyi, elastikliyi inkişaf etdirən hərəkətlərə xüsusi diqqət yetirmək
vacibdir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə