186
onlar tərəfindən müstəqil icra edilməsinə icazə verin, bu şərtlə ki,
uşaqlar nəzarətdən kənarda qalmasınlar.
Yeni səhər gimnastikası kompleks hərəkətləri tətbiq
olunarkən hərəkətləri əvvəlcə özünüz göstərin, sonra isə yerinə
yetirilmə texnikasını izah edin. Bundan əlavə, hərəkət komplekslərinin
dəyişdirilməsinin səbəblərini onların nəzərinə çatdırın. Çünki bu yaşda
olan uşaqlar hər şeylə maraqlanırlar və hər nə varsa hamısını
öyrənməyə ciddi səy göstərirlər. Yaxşı olar ki, səhər gimnastikasını
oyun formasında və yarış şəklində təşkil edəsiniz. Bu uşaqların hərəkət
fəallığını yüksəldir və səhər gimnastikasını icra etməyə həvəsi artır.
Buna «Kim hərəkəti daha tez icra edə bilər?», «Kim hərəkəti daha
dəqiq yerinə yetirə bilər?» və s. oyunları misal göstərmək olar.
Söhbətin axırında müəllim valideynlərin suallarına cavab verir.
Qeyd etməliyik ki, səhər gigiyenik gimnastikasının ailə
şəraitində daha səmərəli nətğicə verməsində, uşaqların səhhətinə
müsbət təsir göstərməsini və hərəkət fəallığının yüksəldilməsində
hərəkət kompleksinin fizioloji yük əyriliyi prinsipində qurulmasının,
hərəkətlərin xarakterindən asılı olaraq ardıcıl surətdə növbələşdirərək
yerinə yetirilməsinin, həmçinin onların ümumi həcmi və miqdarının
təkrarlanmasının böyük əhəmiyyəti vardır. Bu baxımdan valideynlər
ailədə uşaqlarla səhər gimnastikasını təşkil edərkən, onun aşağıdakı
sxemdə qurulmasına çalışmalıdırlar.
Kompleksin
Dostları ilə paylaş: