182
Sonra həmin uşaqlar bayraqları yerinə qoyaraq halqaları tutan
yoldaşlarını əvəz edirlər. Onlar isə qaçıb öz manqasının axırında
dayanırlar. Yenə də birinci dayanmış uşaqlar tərbiyəçinin: «Bir, iki, üç,
qaç» işarəsi ilə bayraqlara tərəf qaçırlar. Hər dəfə manqadakı birinci
uşaq bayrağı götürməyə qaçdıqda, o biriləri manqa xəttinə doğru irəli
gəlirlər. Bayrağı yuxarı qaldıran uşaqların sayı çox olan manqa oyunu
udmuş olur.
Halqanı tut
İki uşaq kiçik məsafə, iki-üç metrlik məsafədə qarşı-qarşıya
dayanırlar. Onlardan biri əlindəki kiçik halqanı atır, o biri isə tutur
(əvvəllər əl ilə, sonralar ağacla tutur). Bu bacarıqlara yiyələndikdən
sonra uşaqlar oyun variantının öhdəsindən asanlıqla gəlir və onu
həvəslə oynayırlar.
Uşaqlar cüt-cüt ayrılaraq 3 – 4 metr məsafədə qarşı-qarşıya
dayanırlar. Onlardan birində (şərtə görə) əlində ağac, digərində isə
ağac və bir neçə halqa olur (əvvəllər 2, sonra 3-4), axırıncı halqanı
ağacın ucuna keçirib onlar bir-bir öz yoldaşlarına tərəf atır, o da öz
ağacı ilə halqanı tutur, halqaların hamısı atıldıqda tutulan halqalar
sayılır, bundan sonra uşaqlar rollarını dəyişirlər.
Çoxlu halqa tutmuş uşaq oyunda qalib hesab olunur.
Dostları ilə paylaş: