L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


partada uzunmüddət düzgün əyləşməsinə imkan yaratsın. Bədən



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə112/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   227
Muteherrik ve eylenceli oyunlar


partada uzunmüddət düzgün əyləşməsinə imkan yaratsın. Bədən 
tərbiyəsi dəqiqələrində böyük amplitudalı hərəkətləri də icra etmək 
olar. Belə hərəkətlər əsasən ana dili; riyaziyyat fənlərində tətbiq 
olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun müddət 
statik vəziyyətdə olurlar. Həmin hərəkətləri də parta arxasında və 
partaların arasında duraraq icra etmək olar. Bu vəziyyətlərdə qol, ayaq 
və gövdə üçün hərəkətləri icra etmək əlverişlidir. Oxu, təbiətşünaslıq 
dərslərində isə şagirdlər o qədər də gərgin vəziyyətdə olmurlar. Bu 
zaman arxa parta arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar 
fiziki hərəkətlər yerinə yetirilməlidir. Yoxlama yazı işlərində 
hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir. 
Bədən tərbiyəsi dəqiqələrini nəğmə, təsviri incəsənət, əmək 
dərslərində icra etmək lazımdır. O, 3 – 4 hərəkət birləşməsindən ibarət 
olub, 2 – 3 dəqiqə müdddətində keçirilməli, 4 – 6 dəfə 
təkrarlanmalıdır. 
I hərəkət kompleksi dartınma xarakterli olmaqla bərabər, 
gövdəni düzləndirməli, müxtəlif çıxış vəziyyətlərindən başlanılmalı, əl 
hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli; 
II kompleks–gövdənin yanlara, qabağa, arxaya əyilməsinə onun 
müxtəlif tərəflərə dairəvi hərəkətilə sağdan sola, soldan sağa 
istiqamətləndirilməli; 
III kompleks ayaq əzələlərinin əzələ qüvvəsini artırmalı, bunun 
üçün də qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya 
aparılması (diz bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət 
sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir göstərməlidir. 
Bədən tərbiyəsi dəqiqələrinin musiqinin müşayiəti ilə 
dəqiq, çevik, düzgün və cəldliklə yerinə yetirilməsi hərəkətlərin icrası 
üçün daha faydalı olardı. Hərəkətin gözəl, musiqinin müşayiəti ilə 
icrası tənəffüslə uzlaşdırılaraq yerinə yetirilməsi çox böyük təlim-
tərbiyəvi əhəmiyyət kəsb edir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə