L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə115/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   227
Muteherrik ve eylenceli oyunlar

Bayrağı dəyişdirək 
 
Meydançanın bir tərəfində bir-birindən bir addım aralı 4-5 dairə 
çəkilir, hər dairədə bir bayraq qoyulur (bayraqlar bir rəngdə olmalıdır). 
Meydançanın o biri tərəfində düz xətt çəkilir. Uşaqlar həmin xəttin 
dalında qarşı-qarşıya 4-5 cərgə düzülürlər. Cərgədə birinci dayanan 
uşaqlara bir rəngdə (məsələn, qırmızı rəngli) bayraqlar verilir. 
Tərbiyəçinin: «Bir, iki, üç, qaç» işarəsi ilə əllərində bayraqlar 
olan uşaqlar dairələrə doğru qaçaraq, əllərindəki bayraqları dairədəki 
göy rəngli bayraqlarla dəyişdirib geri qayıdır və öz yerlərində duraraq 
bayraqları yuxarı qaldırırlar. Bayrağı tez gətirib qaldıran uşaq oyunda 
udmuş hesab olunur. Həmin uşaqlar bayraqları sonrakı yoldaşlarına 
verib, özləri cərgənin axırında dayanırlar. Beləliklə, bütün uşaqların 
iştirakı ilə oyun davam etdirilir. 


181 
Kəpənəyin tutulması 
 
Tərbiyəçi oynayan uşaqlardan 4 nəfərini seçib ayırır. Bunlar 
topla kəpənək tutan uşaqları, qalan uşaqlar isə «kəpənəkləri» təmsil 
edirlər. Əllərində tor olan uşaqlar bir tərəfə (meydançanın kənarına) 
çəkilirlər. Tərbiyəçi onların yanında dördbucaq bir yer – «qutu» cızır. 
Tutulmuş «kəpənəkləri» uşaqlar ora toplamalıdırlar. 
Tərbiyəçi «uçun» dedikdə «kəpənəklər»in hamısı meydançada 
uçur. «M» işarəsi üzrə ayrılmış 4 uşaqdan ikisi «kəpənəkləri» vurmağa 
çalışır. 
Onlar kəpənəklərin yanında əllərini bir-biirinə vuraraq 
«kəpənəkləri» tuturlar, sonra onları «qutuya» - cizgi çəkilmiş yerə 
aparırlar. 
Uşaqlar tutduqları «kəpənəkləri» apararkən, o biri «kəpənəklər» 
cəld «gülün» üstünə qonub durduqları yerdə hərəkətsiz dayanırlar. Bu 
zaman otaqda – meydançada sakitlik olur. 
Tərbiyəçinin yenidən «tutun» işarəsi ilə qalan 2 uşaq «kəpənək» 
tutmağa gedir. 
3-5 «kəpənək» tutduqdan sonra hər uşağın neçə «kəpənək» 
tutduğu qeyd olunur. Sonra «kəpənək» tutmaq üçün başqa uşaqlar 
seçilir və oyun yenidən başlanır. 
Oyunu 6-8 dəfə təkrar etmək olar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə