L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə114/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
Günüuzadılmış qruplarda idman «saatı» 
 
 
Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli 
inkişafı üçün daha əlverişli şərait yaratmaq və uşaqların tərbiyəsində 
ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda 
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və 
siniflər yaradılır. Ölkəmizdə həmin iş böyüməkdə olan gənc nəslin 
təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində 
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş 
elmi-praktik konfransda bu məktəb və qrupların məktəblilərin təliminə, 
tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də 
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif 
Nazirliyi və SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən təşkil 
olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin 
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə 


177 
şagird kontingentin sabit qalmasına müsbət təsir göstərmişdir (Bax: 
«Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral). 
Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və 
səmərəli təşkili şagirdlərin bilik, bacarıq və vərdişlərinin daha da 
inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı 
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə 
məktəblərdə məşğələlərin rəngarəng olması, şagirdlərin yaşına, 
psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb 
etməklə yanaşı, eyni zamanda valideynlərin ailədə işini yüngülləşdirir, 
səmərəli istirahətini təmin edir. Bütün bunlar isə istehsalatda çalışan 
ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və 
idarədə fəallığını artırır. 
Günüuzadılmış məktəb və qruplar şagirdləri ictimai-faydalı 
əməyə, dərnək və bölmələrə cəlb etməklə, onların mədəni istirahətini 
təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə 
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir. 
Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və 
Bakı şəhərinin günüuzadılmış məktəblərində, qrup və siniflərində 
şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin 
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər 
də diqqəti özünə cəlb etmir, zəif təşkil olunur, hələ də bir sıra gənc 
tərbiyəçilər qruplarda yazılı və şifahi ev tapşırıqlarını, texniki 
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün 
tələbləri səviyyəsinə hələ də çatdıra bilməmişlər. Bu sahədə çoxlu 
səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə 
oturmaqla, bir qrup tərbiyəçilər isə şagirdləri məktəbyanı sahəyə 
çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq lazımdır ki, təbii hərəkət 
vərdişlərinin formalaşması hərəkət sürətinin, gücün, cəldliyin və 
davamlığın inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli 
təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır. 
Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar 
üçün ayrılmış idman saatı müxtəlif mütəhərrik və idman oyunları, 
ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır. 
Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən 
tərbiyəsi müəlliminin köməyindən və göstərişindən həmişə istifadə 
etməlidir.
Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət 
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi 


178 
dərslərindən xeyli fərqlənməlidir. Lakin gün qruplarında keçirilən 
bədən tərbiyəsi məşğələləri başlı-başına buraxılmamalı, bilavasitə 
tərbiyəçinin rəhbərliyi altında keçirilməlidir. Qruplara bacarıqla 
rəhbərlik 
etmək, 
şagird 
kollektivinin 
fəaliyyətini 
düzgün 
istiqamətləndirmək və onların səylərini (düzgün) rəğbətləndirməyə 
ciddi səy göstərilməlidir. Bunun üçün məşğələlərin forma və 
məzmununu tez-tez rəngarəngləşdirmək və şagirdlərin marağını nəzərə 
alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir 
vermək lazımdır. Uzadılmış gün rejimindəki bədən tərbiyəsi 
məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası təmiz və 
dəyişilmiş otaqda keçirmək lazımdır. 
I-IV sinif şagirdlərinin məşğələlərinin əsasını mütəhərrik oyunlar 
təşkil etməlidir. Bu oyunların içərisində dərsdən uşaqlara tanış olan və 
onların daha həvəslə oynadıqları oyunların olması məqsədəuyğundur. 
Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır. 
Oyun uşağın sağlamlığını, orqanizmin həyat fəaliyyətini artıran 
mühüm vasitələrdəndir. Oyun fiziki hazırlıqla yanaşı, uşağın estetik 
zövqünün yaranmasına, hisslərin inkişafına, baş beyin ali hissələrinin 
fəaliyyətinin güclənməsinə müsbət təsir göstərir. O, eləcə də uşağın 
əhval-ruhiyyəsini yaxşılaşdırır, emosionallığını artırır. 
Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət 
verərək yazmışdır ki, yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə 
kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib 
və əhəmiyyətlidir. 
Bundan 
əlavə, oyun uşaqlarda kollektivçilik, dostluq, 
təşəbbüskarlıq, 
qoçaqlıq, 
dözümlülük, 
beynəlmiləlçilik 
və 
vətənpərvərlik kimi ən yüksək əxlaqi keyfiyyətləri aşılayır. Oyun 
müəllimin rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun 
keçirilməsi uşaqlar üçün cansıxıcı olmamalıdır. Müəllim məzmunlu, 
rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona 
rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı 
şagirdlər arasında vəzifə bölgüsü apararkən onların fərdi 
xüsusiyyətlərini, hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. 
Təkcə qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb 
olunmalıdır. 
Bakı şəhərinin günüuzadılmış məktəb və qruplarında idman 
saatının necə qurulduğunu öyrənmək məqsədilə bir sıra məktəblərdə 
müşahidələr apardıq. Məlum oldu ki, Xətai rayonundakı 254 saylı 


179 
məktəbdə bu iş digər məktəblərə nisbətən daha yaxşı təşkil 
olunmuşdur. Elə buna görə də həmin məktəbin iş təcrübəsinə istinad 
etməyi lazım bildik. 
Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına 
xüsusi diqqət yetirilir, məşğələlər qış fəslində məktəbin böyük idman 
salonunda, payız və yaz fəslində isə məktəbyanı bağda meydançada 
keçirilir. Yazda məktəbyanı sahə daha da gözəl görünür. Məktəb hər 
tərəfdən yaşıllığa bürünür. Uşaqlar idman saatında bu yaşıllıqlarda 
oynamaqdan doymur, hey onyamaq istəyirlər. 
Tərbiyəçi M.Mikayılova 11
b
sinfində apardığı məşğələni 
müşahidə etdik. İdman saatında uşaqlar hamısı idman geyimində 
(trusi, mayka və idman ayaqqabısında) məktəbyanı sahəyə çıxıb 
düzüldü və tərbiyəçinin göstərişini dinlədilər. Tərbiyəçi idman 
saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi. «… Bu gün həm də 
«Gəlin gəzməyə gedək» oyununa keçək» sözünü bitirə-bitirməz 
şagirdlərin əhval-ruhiyyəsi yüksəldi və üzlərində xoş bir təbəssüm 
yarandı. Məsmə müəllimə oyunun əhəmiyyəti haqqında qısa məlumat 
verdikdən sonra onun məzmunundan, təşkili və keçirilməsi 
qaydalarından danışdı. Bundan əlavə, müəllim oyunun qaydalarına 
hamının bir nəfər kimi riayət etməsini tapşırdı. Oyun başlandı: 
oyunçular meydançanın müxtəlif yerlərindən kiçik dairə çəkib onun 
içərisində durdular (aparıcıdan başqa). 
Aparıcı şagird istədiyi oyunçuya yaxınlaşıb deyirdi: «Gəzməyə 
gedək». Dəvət olunan oyunçu bir cərgəyə düzülüb aparıcının arxasınca 
gedirdilər. Bütün oyunçular öz yerlərindən çıxan kimi aparıcı onları 
dairədən bir qədər aralı məsafəyə aparıb, işarə və ya siqnal verirdi. 
Aparıcı, hərə öz yerinə deyən kimi bütün oyunçular qaçıb öz dairəsini 
tuturdu. Dairəsini tuta bilməyən oyunçu növbəti oyunda aparıcı rolunu 
oynayırdı. Aparıcı rolunda bir dəfə də olsun çıxış etməyən şagirdlər 
oyunun qalibi hesab olunur və oyunçular qarşısında tərbiyəçi müəllim 
tərəfindən rəəğbətləndirilirdi. 
Oyun maraqlı və yüksək intizamlı keçirildi. Məsmə müəllimə 
məşğələnin axırında oyun haqqında uşaqların nə kimi təəssüratda 
olduqlarını və növbəti məşğələdə hansı oyunları keçməyi 
arzuladıqlarını soruşdu. İdman saatında uşaqlar ancaq oyunla 
kifayətlənməyib, Azərbaycana həsr olunmuş şeir söyləyir, Azərbaycan 
xalq rəqslərini ifa edirlər. Rəqslər nağara və qarmonun müşayiəti ilə 
keçirildi. Çox gözəl haldır ki, rəqs edənlər də, musiqiçilər də 


180 
şagirdlərin özü idi.Bütün bunlar da məşğələnin rəngarəngliyinə, 
effektliyinə, xüsusən qrup uşaqlarının istirahətinin səmərəli keçməsinə 
müsbət təsir göstərirdi. 
287 saylı «Gələcək zəkalar» məktəbinin tərbiyəçi-müəllimi 
M.Qardaşəliyeva 
və 264 saylı məktəbin tərbiyəçi-müəllimi
E.Mirzəbəyova da idman saatını şagirdlərin yaş 
xüsusiyyətlərinə, estetik zövqünə uyğun qurur və əsas məqsədin həyata 
keçirilməsinə yönəldir. Mətanət müəllimə valideynlər qarşısında da 
çıxış edir, qruplarda idman saatının təşkili xüsusiyyətlərindən, fiziki 
tərbiyə məşğələlərindən, mütəhərrik oyunlara geniş yer verilməsinin 
əhəmiyyətindən söhbət açmışdır. Mətanət müəllimin bir «idman 
satını» müşahidə etdik. O, «Ovçular və dovşanlar» oyununu keçirdi. 
Oyunda aparıcı rolunu müəllim özü oynayırdı. Müəllim «Dovşanlar 
meşəyə qaçdı» elan edən kimi, bütün uşaqlar məktəbin bağçasına 
qaçıışdılar. Müəllimin «Ovçu gəldi» komandasından sonra isə 
«dovşanlar» öz yuvasına qaçırdılar, pusquda dayanmış «ovçular» isə 
yerindən tərpənmədən «dovşanları» topla vurmağa başladılar. Oyun üç 
dəfə təkrar olundu. Tutulan dovşanlar hesablandı və yeni ovçu seçildi. 
Oyun şagirdlərin hərəkət fəallığı və böyük ruh yüksəkliyi şəraitində 
keçdi. İndii də günüuzadılmış məktəb, qrup və siniflərdə tərbiyəçi 
işləyən müəllimlərin ehtiyacını nəzərə alıb onlara kömək məqsədilə bir 
neçə oyunnun məzmununu verək: 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə