L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə122/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   227
Muteherrik ve eylenceli oyunlar

Bədən tərbiyəsi dəqiqələri 


190 
Bədən tərbiyəsi dəqiqəsinin hansı dərslərdə və nə vaxt 
keçirilməsi mübahisəli olduğundan bu barədə müxtəlif mülahizələr 
mövcuddur. Lakin metodist və müəllimlərin əksəriyyəti bədən 
tərbiyəsi dəqiqəsinin I növbədə III – IV dərslərdə II növbədə isə II – III 
dərslərdə keçirilməsini məsləhət görürlər. Biz deyilənlərin 
tərəfindəyik. 
Lakin həmin fikrə onu da əlavə etmək istərdik ki, bədən 
tərbiyəsi dəqiqəsini keçirərkən dərsin zehni xarakter daşımasını, 
şagirdlərin əhval-ruhiyyəsini, yorulma dərəcəsini, emosiyasını da 
nəzərə almaq faydalı olardı. Bəzi müəllimlər göstərirlər ki, bədən 
tərbiyəsi dəqiqəsi dərsin qurtarmasına 15-20 dəqiqə qalmış 
keçirilməlidir. Fikrimizcə, bədən tərbiyəsi dəqiqəsinin keçirilməsini 
resept kimi göstərmək o qədər də doğru deyildir. O şagirdin növbəti 
tədris fəaliyyətinə nə dərəcədə də hazır olmasından asılıdır. Bədən 
tərbiyəsi dəqiqəsinin dərsin hansı hissəsində keçirilməsini 
müəyyənləşdirilməlidir. Burada fənn müəlliminin pedaqoji ustalığı, 
məharəti və müşahidə qabiliyyəti həlledici rol oynayır. 
Qeyd etməliyik ki, bədən tərbiyəsi dəqiqəsi üçün mürəkkəb 
hərəkətlərdən istifadə etmək lazımi effekt vermir. Buna görə də 3-5 
elementdən ibarət olan sadə, maraqlı və diqqəti cəlbedici hərəkətlər 
seçməli və onu 3-4 dəfədən artıq olmamaq şərti ilə təkrar etməlidir. 
Həmin hərəkətlər əl, qol, kürək və qıç əzələlərinin və çiyin qurşağının 
hərəkət 
qüvvəsinin 
artmasına 
yönəldilməli, 
zehni 
fəallığı 
yüksəltməlidir. 
Bədən tərbiyəsi hərəkətlərinin seçilməsinə ixtisas müəllimləri 
kömək göstərməlidirlər. Hərəkətləri fənn müəlliminin özü də yaxud 
yaxşı hazırlıqlı şagirdlərdə apara bilər. Təşkilati və intizam 
məsələlərinə bilavasitə, fənn müəllimləri cavabdehdir. Eyni zamanda 
məktəb direktoru və həkimi bu tədbirlərin nəticəsini qiymətləndirməyə 
borcludurlar. Xüsusən, tədris əhəmiyyəti göstərilməlidir. 
Hərəkətlər parta arxasında oturulu və yaxud partalararası 
qabaqcadan müəyyənləşdirilmiş yerdə icra oluna bilər. Bu dövrdə 
küləksiz havada pəncərə açılmalı, şagirdlərə ani sərbəstlik verilməlidir. 
Hərəkətin icrası zamanı şagirdlərə yaxasını açmaq məsləhət görülür. 
Hərəkətin icrası yüngül olmalı, orqanizmə ümuminkişaf etdirici təsir 
göstərməli və cəmi bir neçə dəqiqə davam etməlidir. 
Bədən tərbiyəsi hərəkətləri əvvəlcə əl əzələlərinə, ikinci çiyin 
qurşağı və kürək əzələlərinə, üçüncü gövdə əzələlərinə və dördüncü 


191 
ayaq əzələlərinə təsir göstərməli və onların hərəkət fəallığını 
artırmalıdır. Hərəkətlər ən azı həftədə bir dəfə, ən çoxu isə iki həftədə 
bir dəfə dəyişməlidir. Hərəkətlər seçilərkən pedaqoji ardıcıllığı, 
sadədən mürəkkəbə doğru prinsipinə riayət edilməsi məqsədyönlüdür. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə