L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə119/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   227
Muteherrik ve eylenceli oyunlar

birinci hərəkəti
tənəffüsü qüvvətləndirməli, «yəni 
o «dartınma» xarakterli hərəkətlərdən ibarət olub yavaş tempdə icra 
olunmalı və 4-5 dəfə təkrarlanmalıdır. 
İkinci hərəkət
ayaq əzələləri 
üçün olmalıdır: bura ayaqların növbə ilə müxtəlif tərəflərə sürətli 
tempdə qaldırılması və əvvəlki vəziyyətə gətirilməsi, hərəkətin hər bir 
ayaqla 4-5 dəfə təkrarı və yaxud çöməlmələr daxildir. Çöməlmə 
hərəkətlərində yavaş və orta tempdə icra edilməli 6-8 dəfə təkrar 
edilməlidir. 
Üçüncü hərəkətlər
gövdənin sağ və sol tərəfindəki 
əzələlər üçün nəzərdə tutulmalıdır. Buna əyilmə hərəkətləridə daxildir. 
Həmin hərəkətlər hər bir tərəfə yavaş tempdə yerinə yetirilir. Həmin 
məqsədlə gövdənin dairəvi hərəkət etdirilməsi (sağdan sola və əksinə) 
hərəkətlərini də icra etmək olar. Bu hərəkətlər hər tərəfə 5-6 dəfə icra 
edilməklə orta və sürətli tempdə yerinə yetirilir. 
Dördüncü hərəkətlər
gövdənin düz əzələləri üçün verilməlidir. Bu vaxt gövdə irəli əyilməli 
və düzləndirilməlidir. Hərəkət 5-6 dəfə təkrarlanmalı və müxtəlif 
tempdə icra olunmalıdır. 
Beşinci kompleks
ümumiləşdirici 


187 
əhəmiyyətə malik olmalıdır. Bu məqsədlə də 30 saniyə müddətində və 
yaxud asta qaçış icra edilməlidir (1 dəqiqə ərzində). Bundan sonra isə 
sakitləşdirici fiziki hərəkətlər 1-2 dəqiqə müddətində yerinə 
yetirilməlidir.
1.2.Ümumi orta təhsil pilləsində fiziki tərbiyə sağlamlıq işləri 
Səhər gimnastikası və dərsəqədər gimnastika 
Bundan əvvəl ibtidai siniflərin nümunəsində şagirdlərin fiziki 
tərbiyə-sağlamlıq və idman tədbirlərinin əhəmiyyəti və mahiyyəti qısa 
şəkildə şərh edilmiş və işıqlandırılmışdır. Təkrar olmasın deyə və 
kitabın həcmini nəzərə alaraq V-VIII siniflər üçün həmin məsələləri 
spesifik cəhətləri nəzərə almaqla verməyi məqsədəuyğun hesab edirik.
Ümumiyyətlə, şagirdlərin sağlamlıq bədən tərbiyəsi işləri, 
kütləvi idman tədbirləri sinifdən xaric və məktəbdənkənar vaxtlarda 
həyata keçirilir. Bu işin aparılmasında başlıca məqsəd məktəbyaşlı 
uşaqların ümumi fiziki hazırlığını artırmaq, sağlamlıqlarını 
möhkəmləndirmək və fiziki inkişafını yüksəltməkdən ibarətdir. İbtidai 
siniflərdə olduğu kimi orta, yuxarı məktəbyaşlı şagirdlər üçün də 
həmin işin düzgün təşkili və həyata keçirilməsi günün vacib 
məsələlərindən biridir.
Orta və yuxarı yaşlı məktəblilər üçün gün rejimində bədən 
tərbiyəsi, sağlamlıq tədbirləri təşkil olunarkən aşağıdakı formalardan 
istifadə edilir: səhər gimnastikası, dərsəqədər səhər gimnastikası, bədən 
tərbiyəsi dəqiqələri, fasilələrdə oyunlar. İndi də söylənilənlərin qısa da 
olsa izahını verməyi məqsədyönlü hesab edirik. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə