L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə127/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   227
Muteherrik ve eylenceli oyunlar

İdman Bölmələri 
 
Atletika bölməsi 
 
Yüngül atletika əsas idman növlərindən biri olub, təbii 
elementlərlə zəngindir. Yüngül atletika məşğələlərini digər idman 
növləri üzrə olan məşğələlərə nisbətən asan təşkil etmək olar. Ona görə 
ki, bu idman növü akrobatika, üzgüçülük və s. kimi xüsusi şərait tələb 
etmir. Kənd məktəblərinin demək olar ki, hamısında yüngül atletika 
bölməsi təşkil etmək mümkündür. Burada əsas məsələ kələ-kötür 
sahələri düzəltmək, sahəni daş-kəsəkdən təmizləmək, çalalar qazmaq, 
habelə xətləmə işləri aparmaqdan ibarətdir. Lakin bu məşğələlərdə 
şagirdləri cəlb etmək üçün bəzi hazırlıq işləri aparmaq lazımdır. Hər 
şeydən əvvəl nədən başlamaq lazımdır. Təbliğat-təşkilati işləri 
gücləndirilməlidir.
Xətai rayonundakı 88 saylı məktəbin baş bədən tərbiyəsi 
müəllimi Telman Mirzəyev idman bölmələrinin təşkili də təbliğati 
məsələlərinə xüsusi diqqət yetirir. Bunun üçün də şagirdlərə yüngül 
atletika üzrə Olimpiya və ölkə çempionları, Azərbaycan rekordçuları 
haqqında və onların çətin yarışlarda qələbə çalmaları barədə məlumat 
verir.
Yüngül atletikanın məktəbdə və rayonda vəziyyətinə aid
söhbət aparır. Bundan sonra yüngül atletikanın sağlamlıq
əhəmiyyətini şagirdlərə çatdırır bu növ üzrə aparılan yarışlara dair, 
onun texnikası barədə kinofilm nümayiş etdirir. Bundan əlavə ən 


197 
görkəmli yüngül atletlərin şəkilləri, tərcümeyi-halı, göstərdiyi 
nəticələri məktəbin idman guşəsində nümayiş etdirir. Məktəb 
kitabxanasında isə yüngül atletika kitabları ayrı-ayrı məqalələr və s. 
müəyyən bir guşədə toplanır, şüarlar yazılıb görkəmli yerlərdən asılır. 
Sentyabr ayında şagirdlərin bölməyə yazılması məsləhətdir. 
Məşğələlər həftədə 2 dəfə keçirilməlidir. İlk məşğələlərdə xüsusən 
ehtiyatlı olmalıdır. Şgirdlərə birdən-birə ağır fiziki yük verilməməli, 
qaçış məsafələri qısa olmalı, daha uzağa tullanma tələb olunmamalıdır. 
Bir sıra yüngül atletika məşğələləri nə gərgin, nə də ki, az fiziki 
hərəkətli olmalıdır. 
Yüngül atletika məşğələlərini müəllim özü keçməyə də bilər. 
Fəal idmançılardan, digər fənn müəllimlərindən bu işə cəlb etmək 
lazımdır. Məşğələlərin yüksək səviyyədə keçməsi məqsədilə dərs ilinin 
əvəlində ictimai məşqçilər hazırlayan seminarlar təşkil edilməlidir. 
Həmin seminar da müəllimlə yanaşı məşhur yüngül atletika 
mütəxəssisləri, görkmli idmançılar çıxış etməli və öz təcrübələrindən, 
çətinliklərdən və yüngül atletikanın texnika və taktikasından 
danışmalıdır. Yaxşı olardı ki, ictimai – məşqçilərə yüngül atletikaya 
dair jurnal və təlimati- metodiki kitab və vəsaitlər verilsin. 
Yüngül atletika məşğələlərinin səmərəli təşkilində onun 
xarakterinə uyğun yerlərin düzəldilməsi vacibdir. Xüsusilə qaçış 
cığırları, cismi atmaq yeri, uzununa və hündürlüyə tullanmaq üçün 
çuxurlar, təkan nöqtələri və s. sahələrin xətlənməsi, səliqə-səhmanda 
və təmiz saxlanması şagirdlərin yüngül atletika məşğələsinə həvəsini 
artırır, estetik zövqünü inkişaf etdirir. Meydançalar yaradılarkən 
şagirdlərin, ictimaiyyətin və valideynlərin qüvvəsindən istifadə 
etməlidir. 
Yüngül atletika məşğələsinin lazımi nəticə verməsində tədris
planına uyğun ləvazimat və avadanlıqların əldə edilməsi mühüm 
şərtdir. Ləvazimat və avadanlıqlar məktəb hesabına əldə edilməlidir. 
Lakin yeri gəldikcə sadə avadanlıqların məktəb emalatxanasında 
şagirdlərin gücü ilə düzəltmək lazımdır. Bu şagirdlərin mənəvi 
tərbiyəsində xüsusi rol oynayır. Onlar idman əşyalarına şüurlu 
münasibət göstərir, onun tezliklə sıradan çıxmasının qarşısını almağa 
səy göstərir, bu məqsədlə ona ziyan yetirmirlər. 
Yüngül atletika məşğələləri ibtidai siniflər üçün son illərdə tətbiq 
olunan normativlərin əsasında təşkil edilməlidir. Aparılan bütün işlər 


198 
ilk pillənin norma və tələblərinə hazırlığa və ödənilməsinə tam şəkildə 
istiqamətləndirilməlidir. 
Yüngül atletika idman məşğələlərini ləvazimat və avadanlıqla 
təmin etmək üçün məktəb rayon və şəhərin uşaq-gənclər idman 
məktəbi ilə daha sıx əlaqədə olmalıdır. Uşaq-gənclər idman məktəbi 
ümumtəhsil məktəbinə 2 cəhətdən kömək etmək imkanı vardır. 
İşlədilən avadanlıq və ləvazimatların müəyyən hissəsini və yaxud da 
köhnəlmiş, sıradan çıxmış idman əşyalarını onlara verməklə. Əlbəttə, 
məktəb ictimaiyyətinin köməyi ilə yararsız idman əşyalarını təmir edə 
və yararlı hala da sala bilər. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə