196
ilboyu açıq havada keçirilməsi məsləhətdir. Lakin küləkli və soyuq
havada isə məşğələni idman zalına və yaxud da geniş otaqların birinə
keçirmək olar. Ümumi fiziki hazırlıq məşğələlərini müəllimin aparması
məsləhətdir. Lakin həmin məşğələlərə rəhbərliyi sinif müəllimlərinə,
ictimai təlimatçılara və fəal valideynlərə də tapşırmaq olar. Bu şərtlə
ki, onlar bu sahədə təlimatlandırılmış və lazımi biliklərə yiyələnmiş
olsunlar.
Məşğələlər məktəbin idman bazasında, mənzil-istismar
idarəsinin nəzdində olan meydança və zallarda təşkil oluna bilər. Lakin
onun cədvəli dəqiq tədris planı olmalı və məktəb direktoru tərəfindən
təsdiq edilməlidir.
Dostları ilə paylaş: