L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə128/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   227
Muteherrik ve eylenceli oyunlar

Stolüstü tennis 
 
 
İbtidai sinif şagirdləri üçün ən maraqlı və cəlbedici idman 
növlərindən biri stolüstü tennisdir. Stolüstü tennis idman növünün 
özünəməxsus qaydaları hərəkət texnikası və taktikası vardır. Bu idman 
oyunu zamanı sürətlə hücuma keçmək, cəldliklə və çevikliklə müdafiə 
olunmaq, həmçinin müxtəlif əyilmələrə, topu (şarı) qəbul etmək
nəhayət, rəqibin sahəsinə güclü zərbələr endirmək elementləri 
mövcuddur. Yaxşı tennis oynamaq üçün birinci növbədə şagirdlərin 
cəldliyini, çevikliyini, qüvvəsini və dözümlülüyünü inkişaf etdirməli 
və 
iradəsini 
möhkəmləndirməlidir. 
Bu 
məqsədlə 

ümuminkişafetdirici əşyalı və əşyasız hərəkətlərdən istifadə etmək 
faydalıdır. 
Stolüstü tennis oyunu üçün xüsusi top, 2 ədə raket və şar 
olmalıdır. Stolüstü tennis oyununu keçirməkdən ötrü oyun keçirən 
sahənin eni 4 m., uzunluğu isə 7,75 m x 4,5, 5x3 m ölçülü sahədə də 
stolüstü oyununu təşkil etmək olar. Məktəbin stolu yoxdursa, 
emalatxanada möhkəm taxtadan həmin stollardan düzəltmək 
mümkündür. Bu zaman stolu rəngləmək və xətləri çəkməyi 
unutmamalı. İbtidai siniflərdə stolun ölçüləri 152, 5x274 sm olmalıdır, 
yerdən isə 76 sm hündürlükdə durmalıdır. 
Stolüstü tennis üzrə məşğələyə də şagirdlərin cəlb olunması üçün 
onlarla müxtəlif mövzularda söhbətlər aparmalı, idman kinofilmləri 
göstərməli, güşələr düzəltməli, yaxşı idmançıların çıxışlarını təşkil 
etməlidir. Bu işə məşhur idmançıları da cəlb etmək lazımdır. 


199 
Stolüstü tennis oyununda əvvəlcə duruşlar, raketləri tutmaq 
qaydaları, sonra isə müdafiə və hücumetmə priyomları öyrədilməlidir. 
Stolüstü tennis oyununun səmərəli təşkili qaydalarını bilmək üçün 
aşağıdakı kitabları oxumağı məsləhət görürük: «Pravila sorevnovaniy 
po nastolnomu tennisu» (izd.FiS, 1975), V.S.İvanovun «Tennis na 
stole» tədris vəsaiti (izd.FiS, 1970 q.), «Fiziçeskaya kulğtura v şkole» 
jurnalından başlayaraq müxtəlif illərdə 1975-ci ildə dərc olunmuş 
materiallar və s. Eyni zamanda «Məktəbdə bədən tərbiyəsi» 
məcmuəsində dərc olunmuş məqalələrdən istifadə etmək olar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə