2.2. Ümumi orta təhsil pilləsində şagirdlərin psixoloji
xüsusiyyətləri onların fiziki tərbiyənin təlimində nəzərə alınması
Şagirdlər ümumi orta təhsil yaş dövründən başlayaraq
ümumtəhsil fənlərindən elmlərin əsaslarını öyrəndiyi kimi, fiziki
tərbiyənin elmi əsaslarını onun həm nəzəri, həm də təcrübi məsələlərini
də mənimsəməyə başlayırlar. Bu isə onlardan möhkəm iradəyə malik
olmasını, mücərrəd təfəkkürün inkişafını, diqqətin idarə olunmasını və
fəaliyyətində müstəqil olmağı tələb edir. Bu o deməkdir ki, həmin yaş
49
dövründə təlim prosesi zamanı şagirdlərin psixoloji fəaliyyətləri inkişaf
etdirilməli və formalaşdırılmalıdır. Həmin vəzifələrin yerinə
yetirilməsində bədən tərbiyəsinin qarşısında mühüm tələblər qoyulur
və bunların lazımi səviyyədə həyata keçirilməsində fiziki tərbiyənin
təlimi prosesinin optimallaşdırılması xüsusi zərurət kimi meydana
çıxır.
Təlim prosesinin optimal təşkili üçün başlıca şərtlərdən biri də
həmin yaşda olan şagirdlərin psixomotor fəaliyyətlərini və fiziki
iərbiyə prosesində onun imkanlarını nəzərə almaq olduqca vacibdir.
Əks təqdirdə hərəki bilik və bacarıqların öyrədilməsində, hərəki
vərdişdərin aşılanmasında ciddi psixoloji maneələr qarşıya çıxacaq,
nəzərdə tutulan pedaqoji-metodik cəhətlərin həll olunması bir o qədər
də asan olmayıb çətinləşəcəkdir.
Burada başlıca vəzifələr nədən ibarətdir? Fiziki hərəkətlər və
oyunların təlimi zamanı ehtiyac duyulan psixomotor fəaliyyət üçün
zəruri olan hansı psixoloji şərtləri, mexanizmləri nəzərə almaq
lazımdır?
Ümumi orta təhsil yaşlı şagirdlərin psixoloji fəaliyyətləri kiçik
yaşlı uşaqların psixoloji fəaliyətinə nə qədər yaxın olsa da banlar bir-
birindən əsaslı surətdə fərqlənir. Qeyd etməliyik ki, ümumtəhsil yaşlı
şagirdlər bədən tərbiyəsi dərslərində bir çox vacib hərəki vərdişlərə
daha tez yiyələnə bilirlər. Bu bir tərəfdən onunla izah olunur ki, bu
yaşda olan şagirdlərin sümük-bağ aparatında müsbət dəyişikliklər olur,
sümükləşmə prosesi xeyli güclənir, sümüklər sürətlə uzanmağa doğru
inkişaf edir, ürək qan-damar, əzələ və tənəffüs sistemləri və sair
möhkəmlənir, maddalər mübadiləsi daha da yaxşılaşır.
Digər tərəfdən də şagirdlərin sinir sistemi öz funksional
fəaliyyətini normal şəkildə icra edir. Xüsusən, orqanizmin üzv və
sistemlərinin inkişafına təkan verir, möhkəmləndirir. Bu isə
orqanizmin fəaliyyətinin ayrı-ayrılıqda və ya bütövlükdə ümumi
məqsədə doğru yönəldilməsini təmin edir. Digər cəhətdən də
oyanma prosesi ləngimə prosesinə nisbətən müəyyən üstünlük təşkil
edir.
Bunlar isə mütəhərrikliyin yüksəlməsi, diqqətin möhkəm
olmaması, fəaliyyətin və əhval-ruhiyyənin tez-tez dəyişməsi, çoxlu
planların meydana gəlməsi, eləcə də arzuların artması ilə, sonsuz və
tükənməz olması ilə müşahidə edilir, öz əksini real həyatda tapır.
Həmin yaş dövrünü cinsi yetişkənlik dövrü adlandırırlar. Bu da istər-
50
istəməz sinir sisteminin özündə müəyyən dəyişikliklər yaradır, onun
funksiyasını bir qədər də təkmilləşdirir. Bütün bunlar cinsindən asılı
olmayaraq şagirdlərin psixomotor fəaliyyətinə müsbət təsir göstərir.
Şagirdlərdə müntəzəm və mütəşəkkil qavrama, müşahidəçilik
qabiliyyətinin daha da yüksək olmasına zəmin yaradır. Beləliklə,
onların ətraf mühitdəki əşya və hadisələrlə əlaqə və ona qarşı
münasibəti get-gedə xeyli genişlənir. Orta məktəbyaşlı şagirdlərdə
tədris edilən materiala maraq və meyl səthi deyil, daha dərin və uzun
müddətli olur. O, ətrafdakı cisim və hadisələri bütövlükdə deyil,
olduğu kimi, hər bir hərəkət elementini ayrı-ayrılıqda bir-birindən
fərqləndirməklə, müqayisə etməklə öyrənməyə müvafiq surətdə çalışır.
Göründüyü kimi, şagirdlərin bu yaş dövründə hərəki və oyun
vərdişlərinə qısa müddətdə yiyələnməsi nə qədər əhəmiyyətli olsada
bunun zərərli tərəfləri də mövcuddur. Burada 2 pedaqoji-psixoloji
amilə xüsusi diqqət yetirmək lazımdır.
Birinci
növbədə fiziki
hərəkətlərin və oyunların təlimində şagirdlərin anatomik-fizioloji
funksional fəaliyyətinin imkanlarını nəzərə almaq zəruridirsə, eyni
zamanda onların cinsi yetişkənlik yaş dövründə orqanizmdə, sinir
sistemində və sairədə gedən cinsi inkişaf fərqləri, tədris fəaliyyətləri
prosesində baş verən psixoloji dəyişiklikləri də yaddan çıxarmaq
olmaz. Bunu həm fiziki tərbiyə üzrə tədris proqramları tərtib edərkən
materalların seçilməsində və həm də təlim zamanı nəzərə almaq
mühüm əhəmiyyətə malikdir.
İkinci
pedaqoji-psixoloji cəhət ondan ibarətdir ki, həmin yaşda
şagirdlər tez öyrənmələrinə baxmayaraq hərəkəti bir çox hallarda
lazımınca icra edə bilmir, tezliklə unudurlar. Bu səbəbdən də
şagirdlərdə hərəkət koordinasiyaları düzgün inkişaf etmir və beləliklə
qamət əyrilikləri yaranır. Üzv və sistemlər funksiyaların ınormal
şəkildə yerinə yetirmirlər. Bunun nəticəsində də şagirdlərdə əsəbi hal
meydana gəlir, əhval-ruhiyyə pisləşir, özündən asılı olmayaraq
mexaniki olaraq yersiz və artıq hərəkətlərə yol verirlər. Və beləliklə də
onlarda hərəki təlim dövründə xoşa gəlməz adətlər yaranır ki, bunu da
təlimin sonrakı mərhələlərində aradan qaldırmaq mümkün olmur. Bu
təhsil və tərbiyəvi baxımdan özünü biruzə verir və ümumtəlimin
nəticəsinə ağır zərbə vurur.
Müşahidələr göstərir ki, respublika məktəblərinin ibtidai
siniflərində əksəriyyət hallarda fiziki tərbiyə dərslərini sinif
müəllimləri aparır, bir çox hallarda isə bu məktəb yaş dövründə fiziki
51
tərbiyənin təliminə lazımi diqqət yetirilmir. Hətta bir çox təhsil idarə
və müəssisələrində, məktəblərdə, ictimaiyyət arasında belə bir zərərli
ümumi rəyin olduğunu da qeyd etmək istərdik. «uşaqlar böyüyərlər
onda da idman keçərlər, indi onların nə yaşları var ki, idman
keçsinlər». Buna görə də məktəb yaş dövrünə qədəm qoyana qədər
şagirdlər nəinki oyun və hərəkətləri öyrənə bilirlər, hətta onlarda təbii
olaraq və həm də təlim dövründə düzgün olmayan hərəki vərdişlər də
yaranır və möhkəmlənir. Fiziki hərəkətlərlə müəyyən bədən
qüsurlarının aradan qaldırılması əvəzinə, təlim zamanı yeni-yeni bədən
qüsurları da yaranır. Buna qamətin düzgün inkişaf etməməsi (bu əsasən
hündür boylu qızlarda daha tez-tez özünü biruzə verir), müvazinətin
düzgün saxlanılmaması, döş qəfəsinin «batması»-qeyri normal onurğa
əyriliklərinin əmələ gəlməsi, yastıayaqlılıq və sairəni göstərmək olar.
Belə bədən qüsurları əsasən tənəffüs və qamət hərəkətlərinin, müxtəlif
növ hərəkətlərin yerinə yetirilməməsi və səlist icra olunmaması
nəticəsində meydana çıxır, formalaşır. Buna görə də fiziki tərbiyyəyə
diqqət artırılmalıdır.
Fiziki təlim dövründə düzgün olmayan hərəki vərdişlərin
yaranmasına şagirdlərin hərəkətləri bəzən də müstəqil olaraq (özləri
istədiyi kimi nəzərdə tutulur), yerinə yetirməsi də səbəb olur. Çünki, bu
yaşda olan şagirdlər belə təsəvvür edirlər ki, artıq onlar böyümüşlər,
orqanizmləri hər cür işin öhdəsindən gələ bilər. Müəllimin göstərişinə
və öyrətməsinə ehtiyac yoxdur. Şagirdlər bir növ də sinif uşaqları
qarşısında nümayiş etdirmək istəyirlər ki, baxın o nəyə qadirdir. Artıq
yetişmiş və «kişi» kimi hərəkət etməlidir. Qız və oğlan yarımqrupları
da bir-birinə yaxındırsa, onlar bir-birlərinin hərəkəti necə icra etməsini
müşahidə edirlərsə, bu da tədris prosesinə öz mənfi təsirini göstərir.
Əvvəla şagirdlərin diqqətləri yayınır, ikinci oğlanlar həmin
vəziyyətdən yararlanaraq özlərini qızlara daha «mədəni» şəkildə
«göstərməyə» çalışır, qızlar isə özlərini «gizlətməyə» səy göstərirlər.
Bu belə olur: bəzi qızlar oğlanlara görə hoppanma, dartınma,
akrobatika (mayallaq aşmalar, alətlərdə bədəni gərginləşdirici və s.
gimnastika hərəkətlərini) yaxud atletika hərəkətlərini icra etməkdən
imtina edirlər. Onlar belə düşünürlər ki, olmadı elə, oldu belə – yəni
birdən yıxıldı, hərəkəti icra edə bilmədi, yaxud da onu düzgün yerinə
yetirə bilmədi, bəs onda necə olsun? Bu biabırçılıqdır. Buna görə də
belə düşünən qızlar tay-tuşları yanında pərt olmamaq üçün hərəkətləri
52
yerinə yetirməyi imtina edir. Min cür bəhanələr gətirməklə dərsdən
yaxasını qurtarmağa çalışır və nail olurlar.
Bəs, onda nə etməli? Biz yuxarıda qavrama haqqında bəzi
fikirlərimizi qısa da olsa demişik. Lakin fiziki təlimin
optimallaşdırılması ilə əlaqədar qarşıya çıxan çətinlikləri aradan
qaldırmaq məqsədilə yenə də qavrama və şagirdlərin müşahidəçilik
qabiliyyətlərinin bir cəhətinə müraciət etmək istəyirik. Qeyd etdiyimiz
kimi, ümumi orta təhsil yaşlı şagirdlərdə ardıcıl təlim nəticəsində onlar
əşyaları və hadisələri hissə-hissə və bütövlükdə qavrama qabiliyyətinə
yaxşı yiyələnirlər. Bu isə idrak fəaliyyətində mühüm rol oynayan
müşahidə etmə qabiliyyətinin inkişafına səbəb olur. Lakin unutmaq
olmaz ki, uşaqlarda müşahidə etmə, hərtərəfli dərin, bəzən də səthi və
ya aldadıcı da ola bilər. Qavrama və müşahidə etmək olar ki, bu yaş da
bir növü yaranma-qurulmalar mərhələsindədir.
Fiziki tərbiyənin təlimi zamanı qavrama və müşahidəçilik
qabiliyyətinin yenicə inkişaf etməyə başlaması ərəfəsində, onun inkişaf
etdirliməsinə çox böyük ehtiyacı vardır. Bura da ayrı-ayrı idman
növləri üzrə texniki fəndlərin yerinə yetirilməsinin qavranılması
məqsədilə müəllimin həmin texniki fəndlərin icra olunmasını izah etmə
yolu ilə şərhi və bunların üzərində şagirdlərin fəal müşahidələrini təşkil
etməsi, diqqətlərini ümumi məqsədə cəmləşdirməsi olduqca zəruridir.
Fiziki tərbiyə təliminin göstərilən qaydada təşkili şagirdlərin qavrama
və
müşahidə
etmə
qabiliyyətlərini
inkişaf
etdirmək
və
möhkəmləndirməklə yanaşı, texniki fəndlərində lazımi səviyyədə icra
olunmasına kömək göstərir.
Ümumi orta təhsil yaşlı uşaqlar diqqəti toplayıb əsas məqsədə
yönəldə bilirlər. Hərəkətlər və təşkil olunan oyunlar mürəkkəb olsa da
şagirdlərin onları mənimsəmə imkanları genişdir. Çünki, həmin yaşda
uşaqların texniki fəndləri və taktiki variantları görmə və qavramaq
imkanları yüksək olur, səsin isə hansı tərəfdən gəlməsini müəyyən
etməklə bunun fəndlərin düzgün icrasındakı mahiyyətini də dərk
edirlər. Xüsusi ilə hərəkətlərin müəyyən bir ahənglə musiqinin sədaları
altında yerinə yetirilməsi şagirdlərin əhval-ruhiyyəsini yaxşılaşdırır,
dərsə marağını və diqqətini xeyli yüksəldir. Bütün bunlarda fiziki
təlimin optimal qurulmasında mühüm rol oynayır. Lakin qıcıqlandırıcı
səslər, ritm ilə və müvafiq templə yerinə yetirilməyən hərəkətlər
şagirdləri əsəbiləşdirir, diqqətini dərsdən yayındırır və tez yorulmaya
şərait yaradır.
53
Fiziki tərbiyə təliminin optimal təşkili uşaqların yaddaşı ilə də
sıx əlaqədardır. Buna görə də onlar yeni fəndlərin icrasını və taktiki
variantların mənimsənilməsini əvvəllər öyrənilmişləri yada salmaqla
yerinə yetirilmələri təlimə müsbət təsir göstərir. Burada başlıca şərt
vaxtı ilə keçilmiş materialları təhlil və müqayisə etmək, tutuşdurmaq,
fərqli cəhətlərini aşkara çıxarıb onların gözləri qarşısında
canlandırmaq, habelə keçmiş təsəvvürləri bərpa etmək, yeni materiallar
ilə əvvəllər mənimsənilmiş materiallar arasında əlaqə yaratmaq və
bunların birliyini möhkəmlətməkdən ibarətdir. Təlimin göstərilən
qaydada təşkili şagirdlərin hərəki fəallığının artmasına, ayrı-ayrı
hərəkətlərin yerinə yetirilmə mexanizminin yada düşməsinə və fəal
işləməsinə səbəb olur. Beləliklə, şagirdlərdə qarşıda duran vəzifələrin
həyata keçirilməsinə düşüncəli, məqsədyönlü yanaşmağın imkanları
xeyli genişlənir, ümumtəlim nəticələrinə müvəffəq olmağı sürətləndirir
və fiziki hərəkət normativlərinin verilməsini asanlaşdırır.
Ümumtəhsil fənlərinin tədrisi nəticəsində məktəbyaşlı uşaqlar
hər bir hərəkətə hörmətlə yanaşmaqla bərabər, həm də müəllimə və
özünə tələbkar olur. Bu sahədə sərbəst olmağa ciddi səy göstərirlər.
Onların hərəkətlərin yerinə yetirilməsi barədə özlərinə məxsus fikirləri
də olur. Buna görə də fiziki tərbiyənin təlimi vaxtı müxtəlif
vasitələrdən o cümlədən idrakın fəallaşdırılması yolu ilə uşaqların
hərəki fəallığını yüksəltmək mümkündür. Burada fiziki hərəkətlər
yerinə yetirildikdən sonra yəni müşahidələri başa çatdıqdan sonra
hərəkətlərin icrası texnikasını, taktiki variantlarını şagirdlərin özlərinin
söz vasitəsi ilə izah etməsinə, nümayiş etdirməsinə şərait yaratmalıdır.
Bu prosesdə uşaqlar izahatında səhvlərə də yol verə bilərlər. Həmin
səhvlər və onların aradan qaldırılması yolları bədən tərbiyəsi müəllimi
tərəfindən səbirlə, peşəkarlıqla aradan qaldırılmalıdır.
Şagirdlərin idrak fəallığının yüksəltməkdə mövzu ətrafında
problem situasiyanın yaradılması da vacib pedaqoji amillərdən biri
hesab olunur. Burada öyrədilən hərəkətlərlə bağlı şagirlərin qarşısında
sualların qoyulması və suallara cavab vermələrini tələb etməkdə
problem situasiyanın müəyyən elementlərindən sayılır. Buna aid belə
bir misal göstərək. Turnikdə dartınaraq dayağa qalxmaq öyrədilirsə,
əvvəllər öyrədilmiş dayaga qalxmalarla əlaqədar uşaqlara belə sual
vermək mümkündür: Siz əvvəllər dayağa qalxmanı necə icra
etmişsiniz? Hazırda yerinə yetirdiyiniz dayağa qalxma hərəkətinin
əvvəllər öyrəndiyiniz hərəkətlə fərqi vardırmı? Əgər vardırsa həmin
54
fərqli cəhətləri söyləyin. Başqa bir misal, əgər hər hansı bir qaçış növü
öyrədilirsə qaçış üzrə də problem situasiya yaratmaq olar. Qaçışın
növləri hansılardır? İndi öyrəndiyiniz qaçışın əvvəlkilərdən fərqləri
hansılardır?
Fiziki tərbiyə təliminin optimal qurulması uşaqların möhkəm
iradəyə malik olmalarından da asılıdır. Müşahidə olunur ki, bəzən
hərəkətlərin düzgün icrası uşaqlarda alınmır, bəzən də hərəkətlər
onlarda çox çətinliklə alınır, bəzən də hərəkətin mürəkkəbliyindən
qorxaraq onu icra etməkdən çəkinirlər. Uşaqlar belə hesab edirlər ki,
həmin hərəkətlər onlarda alınmaz, hərəkətin icrası zamanı onlar yıxılar
və zədələnə bilərlər. Bu zaman müəllim uşaqları dilə tutmalı və əyani
surətdə sübut etməlidir ki, onlar həmin hərəkəti icra etmək iqtidarına
malikdirlər. Bu, uşaqların hərəkəti yerinə yetirmək üçün ruhlandırır,
onların psixoloji fəaliyyətini hərəkətə gətirməklə, eyni zamanda
diqqətini cəmləşdirir və iradələrini həmin hərəkətin məqsədyönlü
icrasına istiqamətləndirir. İradənin möhkəmləndirilməsi və istənilən
səmtə yönəldilməsində görkəmli idmançıların həyatından, onlara
nümunələr göstərmək lazımdır. Xüsusən, idmanda böyük nailiyyətlər
qazanmaq yolunda onların qarşısına çıxmış çətinliklərdən, bunları
aradan qaldırılması məqsədilə yüksək iradə nümayiş etdirib bu
maneyələri dəf etmələrindən söhbət açmaq lazımdır. Məktəbyaşlı
uşaqlar hər hansı maneəni keçmək üçün tələsikliyə yol verir, öz qüvvə
və enerjisindən həmin fiziki işin görülməsində düzgün istifadə edə
bilmir, bəzən dərsin əvvəlində və yaxud axırında çox və ya az güc sərf
edirlər.
Məsafələr üzrə (atletika dərslərində) yaxud hərəkətin
(gimnastika) bütövlükdə tam icra olunub başa çatdırılması məqsədilə
gücün düzgün bölünməməsi orqanizmdə birdən-birə yükün artmasına,
yada azalmasına səbəb olur.
Bunlar isə məsafənin az vaxt içərisində dəf edilməsinə,
gimnastika hərəkətlərinin tələb olunan səviyyədə yerinə yetirilməsinə
mənfi təsir göstərir. Buna görə də müəllim dərs və yarış zamanı
uşaqların artıq fiziki yük sərf etməsinə imkan verməməli, təlim
prosesində yüklərin mərhələlər üzrə düzgün bölünməsinə çalışmalı və
lazımi nəzarət etməyi yaddan çıxartmamalıdır.
Yuxarıda söylənilənlərdən belə qənaətə gəlmək olar: Ümumi
orta təhsil yaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasında
onların əvvəlcə hərəki fəaliyyət imkanlarını yəni fiziki hazırlıq və
55
fiziki
inkişafını,
hərəki
qabiliyyətlərini,
nəhayət
psixoloji
xüsusiyyətlərini nəzərə alınması mühüm şərtdir. Həmin yaşda olan
uşaqlar hərəki fəaliyyət imkanlarını daha geniş hesab edirlər ki, bu da
həqiqətə uyğun gəlmir. Uşaqlar bir çox hallarda hərəkətləri yerinə
yetirərkən ciddi səhvlərə yol verir, təlimdə uğursuzluqlarla qarşılaşır.
Bütün bunlarda ümumtəlim nəticələrinə öz mənfi təsirini göstərir,
şagirdlərin fiziki tərbiyə dərslərinə marağını azaldır. Müəllimin
uşaqlara qarşı düzgün münasibətdə olmaması isə onun özünə və həm
də tədris etdiyi fənnə laqeyidliyin yaranmasına səbəb olur. Belə olduğu
halda uşaqların öz qüvvəsini (onun özünün nəyə qadir olmasını) real
qiymətləndirməsi həlledici əhəmiyyətə malikdir. Bunun üçün də
müəllim, hər şeydən əvvəl, hərəkət icra olunmazdan qabaq uşaqlarda
bu hərəkətlər haqqında dəqiq və düzgün təsəvvür yaratmalı və onu
formalaşdırmalıdır. Bu fiziki tərbiyənin təliminə düşüncəli yanaşmağı
tərbiyə edir, uşaqlar hərəkət və oyunların nə məqsədlə yerinə
yetirilməsini anlayırlar. Bundan əlavə, müntəzəm və ardıcıl olaraq
təlim priyomlarından optimal istifadə etməklə uşaqların fəallığının
artmasını, dərsə marağının yüksəlməsini, təlim prosesinə məsuliyyətlə
yanaşmasını təmin etmək mümkündür. Həmin məqsədlə də
aşağıdakıların nəzərə alınması məqsədəuyğun hesab olunur.
1. Fiziki hərəkətlər və oyunlar ilk dəfə yerinə yetirilən andan
etibarən və yaxud bu sahədə kobud səhvlər buraxılan zaman onların
sözlə izahının daha dəqiq və konkret olmasına xüsusi diqqət
yetirməlidir. Oyun və hərəkət texnikasının qüsurlu şəkildə vərdiş
halına keçməsinə imkan verməməli, nöqsanlar tezliklə aradan
qaldırılmalı;
2. Əvvəllər öyrədilmiş hərəkət və oyunlar deyil, yalnız yeni
təlim olunan hərəkət və oyunların yerinə yetirilmə texnikasının
detallarını hissə-hissə öyrətməli və təhlil etməli;
3. Hər hansı bir hərəkətin icra olunma texnikasının
qiymətləndirilməsi və təhlili müəllim və şagirdlər tərəfindən
aparılmalı, qənaətə gəlmək üçün fəaliyyətlər tənzimlənməli və
uzlaşdırılmalı;
4. Fiziki hərəkət və oyunlar təkrar olunarkən bunların öyrədilmiş
ayrı-ayrı elementləri bir daha izah edilməli və canlı surətdə
göstərilməli və texniki vasitələrin yaxından köməyi ilə nümayiş
etdirilməlidir.
|