L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

Dördüncü qrup:
1. İnsan nizamlı həyat tərzi sürməlidir.
2. Uğur qazanmaq üçün çox çalışmaq yox, planlı çalışmaq lazımdır.
3. Yalnız vaxtı düzgün bölmək bu işdə bizə kömək edə bilər.
Təqdimat zamanı müəllim şagirdlərə müxtəlif suallarla müraciət edə bilər:
1. Sizcə, nə üçün “Bu günün işini sabaha qoyma” atalar sözünə üstünlük veri -
lir? Həyatınızdan misal gətirməklə bu fikri əsaslandırın.
2. Mətndə nə üçün iki dahi şəxsiyyətdən söhbət açılmışdır? Müəllifin məqsədi
nədən ibarətdir?
3. Nə üçün müəllif çətin dərsi əvvələ salmağı, sevdiyiniz dərsi yorğun
vaxtınızda yerinə yetirməyi məsləhət görür? Dərslərə hazırlaşarkən bu
prinsipə əməl edirsinizmi?
4. “Vaxt oğruları” siyahısı ilə razısınızmı? Öz həyatınızda belə problemlərlə
qarşılaşmısınızmı? Bunu necə həll etmisiniz?
5. Planlı həyat tərzinə necə baxırsınız? Sizcə, həqiqətənmi, insan bu qədər
planlı həyat tərzi sürməlidir? “Pedant” kimə deyirlər?
Suallar ətrafında həm təqdimat edən qrup üzvləri, həm də digər şagirdlər fikir
yürüdə bilərlər. Müəllim çalışmalıdır ki, təkrar fikirlərə yol verilməsin, müzakirə
mədəniyyətinə riayət olunsun.
Müəllimin nəzərinə!
Pedant – xırda və formal tələblərin yerinə yetirilməsinə həddindən (lüzu-
mundan) artıq fikir verən adam; xırdaçı.
(St. 2.2.2)
Təqdimat və müzakirələr bitəndən sonra 2-ci tapşırıq yerinə yetirilir.
Təklif olunan başlıqlar mətnin ayrı-ayrı his sələrinə uyğun gəlir. Şagirdlər bu
uyğunluğu müəyyən etməlidirlər.
1-ci hissə – “Sürətlə axıb gedən zaman” 
2-ci hissə – “Zamandan səmərəli istifadə edək” 
3-cü hissə – “İş və zaman nisbətində keyfiyyəti üstün tutun” 
4-cü hissə – “Vaxt oğruları” 
5-ci hissə – “Robot olmayın” 
Bu tapşırığın məqsədi şagirdlərdə ümumiləşdirmə bacarığını inkişaf etdir -
məkdir. 
3-cü tapşırıqda şagird verilmiş məlumatı mətnin uyğun gələn hissəsinə əlavə
etməlidir. Verilmiş mətn beşinci hissənin birinci abzasından sonra əlavə
edilməlidir. 
Şifahi nitq
(St. 1.2.4) 
4-cü tapşırıq şifahi nitqin – fikri düzgün  ifadə etmək bacarığının
inkişafına yönəlmişdir. Belə ki, şagirdlər müzakirə zamanı aforizm lər də verilmiş
fikirləri açmalı, bu fikirlərə münasibət bildirməli və öz mü nasi bət lərini əsas -
94
IV 
BÖLMƏ
Çap üçün deyil


landırmalıdırlar. Müəllim diqqət yetirməlidir ki, şagirdlər həm orfoepik qaydalara
riayət etsinlər, həm cümlələri düzgün qursunlar, həm də münasibət bildirərkən
məntiqi ardıcıllığı gözləsinlər və əsaslı arqument gətirsinlər.
Yazı
(St. 3.1.1)
Müzakirələrdən sonra şagirdlərə cəld yazı üsulu ilə sinfin səviy -
yəsinə uyğun olaraq 5-10 dəqiqə müddətində 5-ci tapşırıqda verilmiş mövzu
əsasında esse yazmaq tapşırılır. 
Müəllimin nəzərinə!
Cəld yazı üsulu ilə şagirdlər VI sinifdən tanışdırlar. Bu zaman şa gird -
lərdən qısa və lakonik şəkildə fikir ifadə etmək tələb olunur. Yazının
orfoqrafiyası qiymətləndirməyə cəlb olunmur. Məqsəd az müddətdə çox,
dəqiq və aydın fikir söyləmək bacarığını forma laş dırmaqdır.
Dil qaydaları
(St. 4.1.2)
6-7-ci tapşırıqlar yeni dil qaydası üçün motivasiya xarakteri
daşıyır, şagirdlərdə qoşmanın funksiyası haqqında təsəvvür yaradır. “Yadda
saxla” rubrikasında verilmiş nümunələr də, bir nitq hissəsi kimi, qoşmanın
mahiy yətinin dərkinə xidmət edir: iki eyni cümlə daxilində yalnız qoşmaları
dəyişməklə məna da dəyişir. 
Nəzəri materialdan sonra verilmiş tapşırıqlara keçməzdən əvvəl şa gird -
lərə dəftərlərində belə bir cədvəl çəkmək tövsiyə olunur. Şagirdlər tapşırıqları
yerinə yetirdikcə cədvəli doldururlar.
8-9-cu tapşırıqlar da qoşmanın qrammatik xüsusiyyətlərini daha dərindən
anlamağa kömək edir.
10-cu və 12-ci tapşırıqların əsas məqsədi şagirdlərdə qoşmaları məna
çalarına görə  fərqləndirmək bacarığı formalaşdırmaqdan ibarətdir. 
11-ci tapşırığı yerinə yetirməklə şagirdlər qoşmaların ismin müxtəlif hal -
ların da olan sözlərə qo şulduğunu anlayırlar. İş elə aparılmalıdır ki, şagirdlər
sonda qoşmaların ismin hansı halları ilə işlənə biləcəyi haqqında nəticə
çıxartsınlar. Tapşırığın sonunda müəllim bu nəticəni şa gird lərdən soruşmalıdır. 
Çətinlik səviyyəsi yüksək olan 14-cü tapşırıq şagirddən qrammatik qayda -
la rı ümumiləşdirmək və nəticə çıxarmaq bacarığı tələb edir. Bundan əvvəlki
çalışmalar üzərindəki iş və cədvəldə etdiyi qeydlər şagirdə bu tapşırığın
öhdəsindən gəlməyə kömək edəcək. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Birgəlik
İstiqamət
Məsafə
Aidlik 
Səbəb-məqsəd
Zaman 
95
KAMİLLİYƏ DOĞRU
Çap üçün deyil


Dərs 21. UĞURA GEDƏN YOL (3 saat)
Motivasiya
Gənc oğlan bir müdrikin yanına gəlib soruşur:
– Mən gecə-gündüz çalışıram, amma nə işimdə, nə də həyatımda bir dəyi -
şik lik edə bilmirəm.
– Sən nə kimi dəyişiklik istəyirsən?
– Nəsə bir yenilik.
– Nə yenilik?
– Bilmirəm. Nə olursa olsun, yenilik və dəyişiklik olsun.
Sual: – Sizcə, cavan nə üçün heç bir dəyişikliyə nail ola bilmirdi?
Müdrik dedi:
– Əvvəlcə hara gedəcəyini müəyyənləşdir, sonra yola çıx.
Tapşırıq: – Qocanın cavabını izah edin. 
Oxu
(St. 2.2.3; 2.1.1)
(Fəndaxili şaquli
in teq  rasiya. VI sinif. 2.2.1. Mətn də ki
əsas fikri nəzərə çarpdırmaq məq sədi
ilə mühüm məqamları vur 
ğulayır).
Cütlükdə oxu – cüt 
lükdə ümumi 
-
ləşdirmə. Mətni oxumaq üçün şa gird -
lərə vaxt qoyulur (vaxt hər sinfin
sə   viyyəsinə uyğun olaraq qoyul ma lı 
və 8 dəqiqədən çox olma malıdır). 
Daha sonra mətn 10 hissəyə bö -
lünür və hər hissə bir cütlüyə verilir.
Sinifdə şagirdlərin sayı çox ol duq da
eyni hissəni 2 cütlüyə də vermək olar.
Cütlər öz hissələrini oxu yub mü za kirə
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fikrə münasibətini əla -
və fakt və məlumatlarla əsas lan dırır.
Mühakimə xarakterli mətndəki fikirləri
təsdiq edən aforizmlər seçir.
2.1.1. Tanış olmadığı sözlərin kon teks -
tə uyğun mənasını dəqiqləşdirir.
Müxtəlif kontekstlərdən çıxış edərək
sözün mənasını izah edir. 
1.2.2. Fikrini məntiqi ardıcıllıqla ifadə
edir.
Müzakirə və ya debat zamanı fik rini əsas   -
lan dı rarkən fakt və məlumatlardan mən -
tiqi ardı cıl lıqla istifadə edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı
qaydalara əməl edir.
Qoşmaların yazılışında orfoqrafiya qay -
da larına ria yət edir.
96
IV 
BÖLMƏ
1
2
3
4
5
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə