L ü Ğ Ə t V ə e n s I k L o p e d I y a L a r



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə32/65
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67592
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

YAVAN -  YAĞLI
kimi  bulvarda  yava  qızlar  kimi  açıq  gozib 
onunla-bununla mırt vurub gülür (S.S. Axun­
dov); Əxlaqlı uşaqdır ("Azərbaycan qadım”).
YAVAN  -   YAĞLI  Kasıbın  dürmoyi 
yavan olsa da, dili yağlı olar (Ata. sözü).
YAVAŞ -  BƏRK Əvvol yavaş, sonradan 
bərk öskürdüm  (Mir Colal).
YAVAŞ  -   CƏLD  Qız yavaş  addımlarla 
onu  izləyir  (M.Hüseyn);  O  cəld xostolorin 
yanma qaçdı  (C.Mommodov).
YAVAŞ  -   SÜRƏTLİ  Bu  məktub  gecə­
yarısı  Hacı  Həsənin  içəri  otağında  yavaş 
səslə  oxundu  (Mir  Colal);  Şairin  iti  gözü, 
həssas ağlı,  həm do sürətli yerişi  var...
YAVAŞ -  TEZ Stəkanı  nəlbəkiyə yavaş 
qoy  (Mir  Cəlal);  Tez  əncir  ağacının  altına 
çəkildim  və  fikirləşdim (Y.Əzimzado).
YAVAŞ  -   TƏLƏSİK 
Ay  lələ,  yavaş 
sürün! (Mir Cəlal); Sürmə xala Əzizi hamam- 
xanaya  salıb  mətbəxə  qayıtdı  və  tələsik 
yemək hazırlamağa başladı  (S.Rəhimov).
YAVAŞCA  -   BƏRK  Bır  dəfə  axşam 
kim  isə  qapını  yavaşca  döydü  (C.Məm- 
mədov);  Əkbərin  baldırı  bərk göynədi  (Mir 
Colal).
YAVAŞDAN  -   BƏRKDƏN  Elə  belə 
çağırıb  oyada  bilməyəcəyini  görəndə  cəld 
onlara  yanaşdı,  hərəsinə  bir  dürtmə  iliş­
dirdi,  əlbəttə,  bərkdən  yox,  yavaşcadan 
(M. Hüseyn).
YAVAŞIMAQ -  GÜCLƏNM ƏK Yağış 
yağırdı,  gah  güclənir,  gah  da  yavaşıyırdı 
(“Ulduz").
YAVAŞIMAQ -  TƏLƏSMƏK At səhərə 
yaxın  lap  yavaşıdı  (İ.Şıxlı);  Gavur  malını 
yeməyə  tələsmək  gərəkdir,  tələsmək  (Mir 
Colal).
YAVAŞITMAQ  -   ARTIRMAQ  Bəbir 
bəy  səsini  yavaşıtdı,  nökərinə  xəlvəti 
danışdı  (Mir Cəlal);  Xasayın  iştahı  daha  da 
artdı (M.Hüseyn).
YAVAŞITMAQ  -   YEYİNLƏTMƏK
...Zeynal  təqib  etdiyi  düşmənin  yuvarlan­
dığını  görüncə atmı yavaşıtdı  (Ə.Əbülhosən); 
Salatın addımlarını yeyinlətdi (İ.Şıxlı).
________________YAZMAQ -  SİLMƏK
YAYĞIN  -   YIĞCAM  Otağın  döşəməsi 
yayğın  yox, yığcam  döşəməlidir.
YAYILMAQ  -   YIĞILMAQ  Su  kimi 
ürəyimə  yayılır,  sözün  düzü  (S.Rüstəm); 
Şah  yedi  doydu,  süfrə yığıldı (M.F.Axund- 
zado).
YAYLAQ  -   ARAN  Köçər  arandan  el, 
gedər;  Yavaş-yavaş yaylağa (A.Səhhət).
YAYMAQ  -   BÜKMƏK  Qadınlardan 
birisi  yuxa  yayır,  o  birisi  də  çevirirdi 
(Ə. Vəliyev);  Hədiyyə bir parça çörək götü­
rüb qəzetə bükdü (Mir Colal).
YAZ  -   QIŞ  Yazda  çalan,  qışda  oynar 
(Ata.  sözü).
YAZ -   POZ  Ey,  da  dığ olduq,  gah  deyir 
yaz, gah deyir poz (Anar).
YAZI -  POZU  Yazıya pozu yoxdur (Ata.
sözü).
YAZIQ  -   DƏLƏDUZ  Bu yazıq  qız  heç 
də satqın adama oxşamır (C.Əmirov); Yaxşı, 
ay dələduz!  Bir danış görək;  Neçəyə satmı­
san yox  vicdanını?  (S.Vurğun).
YAZIQLIQ -  DƏLƏDUZLUQ O bütün 
yazıqlığı,  kimsəsizliyi  ilə  göz önündə  can­
lanır  (Mir  Cəlal);  Mən  Mirzənin  də  dələ­
duzluğunu görmüşəm  (S.Rəhimov).
YAZILI  -   ŞİFAHİ  Bu  dediklərinizi 
yazılı  surətdə  təsdiq  cdirsinizmi?  (T.Kazı- 
mov);  Bu  nəticə hələlik həkimin şifahi rəyi 
idi (T.Kazımov).
YAZILIŞI -   POZULUŞU Məqalənin nə 
yazılışı,  nə  də pozuluşu  məni  açdı.  "Azər­
baycan  gəncləri”
YAZLAMAQ  -   QIŞLAMAQ  Çox  tez
yazlamısan  (“İzahlı  lüğət”);  Bizimlə  qışla- 
ytr fəqət dolaşa, sərçə, sağsağan (A.Səhhət).
YAZLIQ  -   QIŞLIQ  Yoxsa  biz  bostan 
üçün,  yazlıq  əkin  üçün  ayırdığımız  sahəyə 
su çatdıra bilməyəcəyik (Ə.Əbülhəson); Pəri 
nənə öz qışltq azuqəsini  yığmışdı.
YAZMAQ -   POZMAQ Önümdoki  dəf­
tərə bir çox şey yazdım, pozdum (S.Rüstəm).
YAZMAQ -  SİLM Ə K Qaz lələyi qanun 
yazar  (Ata.  sözü);  Zaman  silər  ürəklərdən 
naləni  (S.Rüstom).
136


YEZİD -   RƏHMLİ
YEZİD -  RƏHMLİ  Bunun yanında yezid 
adam  nr>  qəlot  cloyir  (S.Voliycv);  Rəhmli 
adamsan, yolunda can qurbun.
YƏQİN -  ŞÜBHƏ Bollidir yerimiz yəqin 
divana (H.K.Sanılı); Sonin davranışın mondo 
şübhə yaradır ("Azerbaycan").
YƏQİNLİK  -   ŞÜBHƏLİLİK  Bos  elo 
iso. bir balaca üzünü göstor ki, yəqinlik hasil 
olsun  (Ü.Hacıbəyov);  Şübhəliliyim  daha  da 
artdı.
YIĞINTI  -   DAĞINTI  Əjdor  bir  az  da 
uzaqlaşmalı, konardan, daş vo qum yığıntıla- 
rının  arası  ilə  getmoli  oldu  (S.Rəhman); 
Tağın o tərəfindəki  dağıntım  görmürsən?
YIĞMAQ -  BİÇMƏK Biçin do, yığın da 
oldon çıxdı  (Mir Cəlal).
YIĞMAQ  -   DAĞITMAQ  Allah  onu 
yığmağa yox, dağıtmağa yaratmışdı (M.İbra­
himov).
YIĞMAQ -  SÖKMƏK  Tüfəngin hissə­
lərini  yağlayıb,  bir-bir yerini yığdı  (“Azər­
baycan");  Tüfəngi  söküb  çula  bürüdülər, 
qatırların qamı altında gizlətdilər (Mir Cəlal).
YIĞMAQ -  TÖKM ƏK Böyük nə töksə, 
uşaq onu yığar (Ata. sözü).
YIĞNAQ -  DAĞINIQ Gündə bir qapıya 
salırlar yığnaq (Q.Zakir); Qədir atın üstündə 
dağınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal).
YIXMAQ -  QALDIRMAQ Uşağı vunıb 
yerə yıxdılar (“Ulduz"); Gərək siz qolundan 
tutub qaldırasınız (Mir Cəlal).
YIXMAQ  -   QURMAQ  Böyük  bir dün­
yanı  yıxmaq,  uçurmaq;  Yerində  başqa  bir 
dünya da qurmaql (S.Vurğun).
YIXMAQ  -   T İK M Ə K   Arvad  var,  ev 
tikər, arvad  var, ev yıxar (Ata.  sözü).
YIRTICI  -   MƏDƏNİ  Rəzil  düşmən 
yaralanmış;  Yırtıcı  bir canavardır (S.Vurğun); 
Onlar istəyir ki, biz də qabağa gedəkmədəni 
xalqlar cərgəsinə çıxaq (M.İbrahimov).
YIRTIQ -  TƏ ZƏ   Aslanın  köhnə, yırtıq 
çəkməsi təzə paltanna yaraşmırdı (S. Vəliyev); 
Təzə ayaqqabısını  geyinib getdi  (“Ulduz”).
YOĞUN -  ARIQ  Arabaçı yoğun  bir kişi 
idi  (Ə.Əbülhosən);  Onun  o  mehriban  kənd
Y Ö N D Ə M SİZ -B İÇ İM L İ
qızının arıq, düz, millor kimi cəlb edən bar­
maqlarını  aşkar görürdü (Mir Cəlal).
YOĞUN  -  NAZİK  Baldır, deyərmiş,  nə 
çox yoğun,
 
nə do nazik
 
ola,  ayaqlan elo ton 
gərək ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).
YOĞUNLAŞMAQ -  NAZİKLƏŞMƏK 
Səsi  bir 
üz
 yoğunlaşmışdı
 
(S.Voliycv);  Səsi 
nəsə nazikləşib.
YOX  -   BƏLİ  Almaz  mənim  deyilsə, 
səninmi  olmalıdır?  Yox  (C.Cabbarlı);  Qüd­
rət  İsmayılzadəni  tanıyırsanmı?  -   Bəli 
(M.Hüseyn).
YOXSUL  -   KALAN  Çox  yoxsulu 
qoparmış; Zalımın pəncəsindən  (A.Şaiq); -  
Həri, özü do kalandır (C.Əmirov).
YOXSULLAŞMAQ  -   VARLANMAQ 
Şamaxı  bazan  zəngin  bazardır;  Əfsus, yox- 
sallaşır
 
get-gedə bir az (M.Rahim); Baloğlan 
müvoqqoti  olaraq  varlanmaq
 
fikrindən  əl 
çəkdi  (C.Əmirov).
YOXSULLUQ  -   VARLILIQ  Varlılığa 
tələsən, yoxsulluğa tez düşər (Ata. sözü).
YOXUŞ -   ENİŞ  Enişi, yoxuşu,  düzü  bir 
olub;  Məramı,  məqsədi,  üzü  bir  olub 
(H. Hüseynzadə).
YOXUŞLU -  ENİŞLİ Enişli, yoxuşlu bu 
yollarda  bax!  Varmı  topuq  salıb  büdrə­
məyən  kos (H.Hüseynzadə).
YOXUŞLUQ -  ENİŞLİK Yolun enişliyi 
vo ya yoxuşluğu  yox,  sənin  hərəkətin  meni 
cana gətirdi (“Ulduz").
YOXUŞSUZ -   ENİŞSİZ  Yeri  uşaqlarla 
gəz,  dolan  bir az;  Bu dünya  enişsiz, yoxuş- 
suz olmaz (Z.Xolil).
YORULMAQ -  DİNCƏLMƏK Zəhmət 
çəkibsən, yorulubsan,  get  rahat  ol  (Ə.Haq- 
verdiyev);  Bir  az  yatıb  dincəlmək  istəyirəm 
(C.Əmirov).
YÖN  -   ARXA  Gah  yönümü  çevirirəm 
Şirvana;  Gah  üz  tutub  Gürcüstana  ağlaram 
(Molla  Cümə);  Arxa  cərgədən  başıaçıq  bir 
adam qışqınrdı  (Mir Cəlal).
YÖNDƏMSİZ -  BİÇİMLİ  Kobud sifəti, 
yöndəmsiz  bədəni  vardı  (S.Rəhman);  Gözol 
biçimli paltarlar vardı.
138


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə