L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

 
66 
Peyvəndləmə 
  61 
1,7 
Virus hepatiti 
  51 
1,5 
Parotit 
  48 
1,4 
Bağırsaq infeksiyaları 
  21 
0,6 
Qızılca 
  16 
0,4 
Qızılcayabənzər məxmərək 
  12 
0,3 
Göy-öskürək 
  9 
0,2 
CƏMİ 
            3439 
       100 
 
QN kəskin formasının xroniki formaya keçməsində sosial faktorların, 
xəstə  uşaqların  valideynlərinin  böyrək  patologiyasının  nə  dərəcədə 
mürəkkəb  olmasını  başa  düşməməsi,  xəstəliyin  mümkün  fəsadları,  hətta 
xroniki  böyrək  patologiyasının  inkişafı  və  bununla  əlaqədar  olaraq, 
xəstənin növbəti kontrol müayinəyə gətirilməməsi kimi faktorlar heç də az 
əhəmiyyət  kəsb  etmirlər.  QN  xəstələnmə  hallarının  statistikası  göstərir  ki, 
payız  (29,0%)  və  qış  aylarında(28,3%)    qlomerulonefritli  xəsətələrin 
müraciətə  daha    çox  qeydə  alınır.  Payız-qış  mövsümündə  soyuqların 
düşməsi  və  yağışlı  havanın  olması  ilə  əlaqədar  QN  kəskin  formalarının 
tezliyi  artır,  xroniki  patologiyası  olan  xəstələrdə  isə  kəskinləşmələr 
müşahidə edilir. 
Bizim  apardığımız  müşahidələr  göstərir  ki,  3439  qlomerulonefritli  xəstə 
uşaqlardan 1354-ü (39,4%) 4-7 yaşda, 1330-u (28,6%) 8-15 yaşda və yalnız 
755  (22,0%)  1-3  yaşındadır.  Bu  zaman  qız  uşaqları  1150  (33,5%),  oğlan 
uşaqları isə 2289 (66,5%) təşkil edirlər. Deməli, 4-7 yaşında oğlan uşaqları 
daha çox xəstələnirlər. Qeyd etmək lazımdır ki, QN xəstəliyinin rast gəlmə 
tezliyi  məktəbəqədərki  dövrdə  artmaqdadır,  bu  isə  ilk  növbədə  rütubətin 
çoxalması  nəticəsində  iqlin  şəraitinin  dəyişməsi  ilə  əlaqədardır. 
Apardığımız  müşahidələr  və  xarici  ədəbiyyatlardan  topladığımız 
məlumatlar  onu  deməyə  əsas  verir  ki,  bu  kontingentdən  olan  uşaqlar 
arasında  interkurrent  xəstəliklərin  yayılmasının  qarşısı  alınmalıdır.  Çünki, 
bu xəstəliklər qlomerulonefritin tez-tez kəskinləşməsinə və xroniki formaya 
keçməsinə zəmin yarada bilərlər.  
 
 


 
67 
Patogenez  
Xəstəliyi  törədən  faktorun  təsirindən  xəstəliyin  ilk  əlamətləri  əmələ 
gələnə qədər 1-3 həftə keçir. Bu dövr sensibilizasiya dövrü adlanır. 
Xəstəliyin  büruzə  verməsində  orqanizmin  reaktivliyinin  dəyişilməsi 
əsas  rol  oynayır.  Uşağın  güclü  soyuqlaması  bu  reaktivliyin  dəyişilməsinə 
təkan  verir.  Bu  xəstəliyə  son  illər  orqanizmin  allergik  vəziyyəti  kimi 
baxılır.  Bunu  nefritin  angina,  skarlatina  və  s.  infeksiyalardan  2-3  həftə 
sonra  başlanması  sübut  edir,  yəni  bu  zaman  orqanizmin  sensibilizasiyası 
baş  verir.  Belə  ki,  böyrək  toxumasının  zülalları  infeksiya  və  intoksikasiya 
nəticəsində  autoantigen  xassəyə  malik  olur,  onlara  qarşı  autoantitellər 
əmələ  gəlir,  autoantigenlər  isə  yenidən  böyrək  toxumasının  zülalları  ilə 
birləşib  presipitat  əmələ  gətirir,  nəticədə  orqanizmin  hiperergik  reaksiyasi 
baş  verir.  Qlomerulonefritin  klinikasında  bu  reaksiya  mühüm  yer  tutur. 
Beləliklə, 
qlomerulonefritin 
patogenezində 
infeksion-allergik 
və 
immunopatoloji proseslər iştirak edir. 
QN  tipik  immun  kompleks  xəstəliyə  aiddir.  Orqanizmdə  qeyri 
qlomerulyar  antigenə  qarşı  antitellər  əmələ  gəlir.  Damar  mənfəzində 
immun  kompleks  toplanır  (antigen  –  antitel),  filtrasiya  prosesində 
yumaqcıq  endotelində  çökür  və  onları  zədələyir,  kompliment  sistemini 
fəallaşdırır  və  damar  keçiriciliyini  artırır.  QN-də  böyrəyin  bütün  struktur 
komponentləri  zədələnir,  yumaqcıq,  kanalcıq,  damar  və  ara  toxuma. 
Allergik  reaksiyada  antigen  –  antitel,  limfositlər,  kompliment,  makrofaq, 
monositlər 
iştirak 
edir. 
Böyrəyin 
immun 
reaksiyası 
böyrəyin 
hemodinamikasını pozur və iltihabi reaksiya törədir  (sxem 1). 
             
 
 
 
 
 
 


 
68 
Sxem 1 
Qlomerulonefritin immunpatoloji  mexanizmləri           
 
Immun sistemdə baş verən dəyişiklik orqanizmin müqavimətinə mənfi təsir 
göstərir və xəstələnmənin artmasına səbəb olur. Qlomerulonefritli xəstənin immun 
statusunun  vəziyyəti  xəstəliyi  düzgün  qiymətləndirməyə  və  düzgün  müalicə 
aparmağa imkan verir. Verilən patologiyanın inkişafı və proqressivləşməsində üç 
əsas mexanizmə əhəmiyyət verilir: immun, hemodinamik və metobolik. Lakin bu 
üç  faktordan  ən  əhəmiyyətlisi  birincisi  hesab  olunur.  İmmun  statusun  vəziyyəti 
plazmada  immunoqlobulinlərin  (İgA,  İgG,  İgM)  və  requlyar  T-limfosit 
subpopulyasiyalarının (T-x, T-s) səviyyəsi ilə qiymətləndirilir. Bu testlər istənilən 
immunoloji  müayinədə  vacib  hesab  olunur.  Onlar  qabarıq  kəmiyyət  defektlərini 
aşkarlamağa imkan verir.    
 
Xəstəliyin  inkişafında  bir  neçə  mexanizm  əsas  rol  oynayır:  bazal 
membranın  autoimmunizasiyası,  komplementin  qeyri  spesifik  aktivasiyası  və 
nəhayət böyrəklərdə immun komplekslərin toplanması. 
İmmun komplekslər 
Dövr edən 
Lokal 
Qlomerulonef-
rit 
Qlomerulyar 
bazal 
membrana 
qarşı antitellər 
Hüceyrə 
immuniteti 
(makrofaqlar, T-
hüceyrələr, IgE) 
Əlavə sistemlər: komplement, properdin, lokal aktiv 
hemkoaqulyasiya, mediatorlar, interleykin, digər 
immunpatoloji faktorlar 


 
69 
 
Xronik  QN  zamanı  xəstəliyin  nə  dərəcədə  spesifik  immunoloji 
dəyişikliklərlə müşayiət olunması xüsusi maraq doğurur.  
 
 Daha gözəçarpan azalma İgA və İgG-də KQN zamanı daha tez tez nefrotik 
sindromda müşayiət olunur, eyni zamanda İgM artımı bütün qruplarda daha çox 
isə nefrotik sindromda müşayiət olunur.  
İmmun sistemin fəaliyyətində dəyişiklik eləcə də hüceyrə imminitetinin T 
zəncirinin  vəziyyətinə  görə  qiymətləndirilir.  Bu  zaman  kəskin  qlomerulonefritin 
başlanğıcında  və  xronik  qlomerulonefritin  kəskinləşməsi  zamanı  T-limfositlərin 
faiz tərkibi azalır.  
 
Uşaqlarda  QN  zamanı  hüceyrə  və  humoral  immunitetdə  baş  verən 
dəyişiklik xəstəliyin formasından və dövründən asılı olur. Qeyd etmək lazımdır ki, 
nefrotik və nefritik sindromlu KQN-li xəstələrdə xəstəliyin əvvəlində və XQN-in 
kəskinləşmə  dövründə  hüceyrə  immunitetində  aşkarlanan  zəifləmə  humoral 
immunitetin zəifləməsi ilə də müşayiət olunurdu.  
 
QN zamanı autoimmun prosesin  əsas göstəricisi immunoqlobulinlər hesab 
olunur.  QN  zamanı  onların  sintezi  T-limfosit-supressorların  defisiti  ilə 
əlaqədardır.  T-supressorların azalması zamanı B-hüceyrələr toxuma antigenlərinə 
qarşı  reaksiya  verməyə  başlayırlar  və  immunokompleks  qlomerulonefritin 
inkişafını təmin edən  autoantitellər sintez edirlər.  
 
Uşaqlarda xüsusən erkən yaşda qlomerulonefritin xronik hal alması immun 
sistemin  disfunksiyası,  genetik  determinasiya,  perinatal  dövrdə  keçirilmiş 
hipoksiya,  keçirilmiş  infeksion  xəstəlik  nəticəsində  yaranan  immunoloji  böhran, 
reanimasion  əməliyyatlar  və  düzgün  aparılmayan  peyvənd  profilaktikası  ilə 
əlaqədar  ola  bilər.  Bunlarla  bərabər  uşaqlarda  immun  statusda  baş  verən 
dəyişikliklərə nəzarət etmək lazımdır belə ki, bunlar QN zamanı residivləşmənin 
səbəbi ola bilərlər.  
Son  illər  müxtəlif  xəstəliklərdə  eləcə  də  QN  zamanı  dövr  edən  immun 
komplekslərin  iştirakı  sübut  olunmuşdur.  Klinik  müşahidələr  birincili 
autoimmunizasiyanın böyrəklərdə dövr edən immun komplekslərin toplanmasına 
səbəb ola biləcəyini təsdiqləyir.  
QN  zamanı  xəstəliyin  kəskin  fazasında  bütün  xəstə  qruplarında,  daha  çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə