Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) 1 q yağın oksidləşməsi zamanı nə qədər enerji ayrılır?



Yüklə 2,31 Mb.
səhifə13/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

448) 1 q yağın oksidləşməsi zamanı nə qədər enerji ayrılır?
A) 25,12 kC

B) 30 kC


C) 17,15 kC

D) 50,12 kC

E) 38,9 kC
Lipidlər orqanizmi 25-30% enerji ilə təmin edirlər. 1 q lipidin tam parçalanması zamanı 9,3 kkal enerji ayrılır, bu da 38,9 kC-ə bərabərdir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.74
449) Sadə lipidlərin tərkibində hansı maddələr vardır?
A) ali yağ turşuları, spirtlər və azot əsasları

B) ali yağ turşuları, spirtlər və sulfat turşusu

C) ali yağ turşuları, spirtlər və monosaxaridlər

D) ali yağ turşuları və spirtlər

E) ali yağ turşuları, spirtlər və fosfat turşusu

Lipidlər təsnifatına görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə lipidlər spirtlərlə ali yağ turşularının mürəkkəb efirləridir. Mürəkkəb lipidlərin tərkibinə isə spirtlərlə və ali yağ turşuları ilə yanaşı fosfat və sulfat turşuları, monosaxaridlər və onların törəmələri, azot əsasları və digər maddələr daxildir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.78
450) Sadə lipidlərə hansılar aiddir?
A) Lipoproteidlər

B) Qliserofosfatidlər

C) Yağlı turşular

D) Qlikolipidlər

E) Sfinqofosfatidlər

Lipidlər təsnifatına görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə lipidlərə triasilqliserinlər (TAQ-lar), mumlar aiddir. TAQ-lar – qliserin ilə 3 ali yağ turşusu molekullarının mürəkkəb efirləridir. Mumlar – biratomlu spirtlərlə yüksək molekullu yağ turşularının mürəkkəb efirləridir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.75, 77
451) Xolesterinin yerinə yetirmədiyi funksiya hansıdır?
A) Öd turşularının sintezində iştirak edir

B) Eritrositlərin hemolizə qarşı davamlılığını artırır

C) Protrombini fəallaşdırır

D) Hüceyrə membranlarının tərkibinə daxildir

E) Steroid hormonların sintezində iştirak edir

Xolesterin sadə lipidlərə aid olan sterinlərin nümayəndəsidir. Orqanizmdə o mühüm funksiyalar yerinə yetirir: bir çox mühüm bioloji maddələrin (steroid hormonların, öd piqmentlərinin, “D” vitamininin) sələfidir, hüceyrə membranlarının tərkibinə daxildir, eritrositlərin hemolizə qarşı davamlılığını artırır, sinir hüceyrələri üçün özünəbənzər izolyator rolunu oynayır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.77
452) Mürəkkəb lipidlərə hansılar aiddir?
A) Yağlı aldehidlər

B) Mumlar

C) Triasilqliserinlər

D) Fosfolipidlər

E) Yağlı turşular

Lipidlər təsnifatına görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə lipidlərə triasilqliserinlər, mumlar, diasilqliserinlər ,monoasilqliserinlər aiddir. Mürəkkəb lipidlərə fosfolipidlər, qlikolipidlər və lipoproteidlər aiddir. Fosfolipidlər (fosfatidlər) adı altında tərkibində fosfat turşusu olan lipidlər birləşir. Bundan əlavə, onların molekulunda spirtlər, yağ turşuları, azot əsasları da mövcuddur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.78
453) Aşağıdakılardan hansının tərkibində daha çox lipid var?
A) Piy toxumasında

B) Birləşdirici toxumada

C) Sinir toxumasında

D) Beyində

E) Əzələlərdə

Lipidlər bütün orqanların və toxumaların tərkibində aşkar olunmuşlar. Ən çox lipidlər piy toxumasında yerləşir (90%-ə qədər).


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.74
454) Orqanizmi 25-30% enerji ilə təmin edən maddələr hansılardır?
A) Zülallar

B) Vitaminlər

C) Lipidlər

D) Mineral maddələr

E) Karbohidratlar

Lipidlər orqanizmi 25-30% qədər enerji ilə təmin edirlər. 1 q lipidin tam parçalanması zamanı 38,9 kl (9,3 kkal) enerji ayrılır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.74
455) Beyin toxumasının və sinir liflərinin tərkibinə çoxlu miqdarda nə daxildir?
A) Triasilqliserinlər

B) Mioqlobinlər

C) Serebrozidlər

D) Xondroitinsulfatlar

E) Lipoproteidlər

Serebrozidlər qlikolipidlərə aiddir. Onlar çoxlu miqdarda beyin toxumasının və sinir liflərinin tərkibinə daxildir. Onların tərkibində sfinqolizin, liqnoserin turşusu və qalaktoza var.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.80
456) Mürəkkəb lipidlərin tərkibinə aşağıdakılardan hansılar daxildir?
A) Nitrat turşusu

B) Monosaxaridlər

C) Gialuron turşusu

D) Xondroitinsulfatlar

E) Disaxaridlər

Lipidlər təsnifatına görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə lipidlərin tərkibinə sriptlər və ali yağ turşuları daxildir. Mürəkkəb lipidlərin tərkibində spirt və ali yağ turşuları ilə yanaşı fosfat və sulfat turşularına, monosaxaridlərə və onların törəmələrinə, azot əsaslarına rast olunur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.78
457) Fosfolipidlərin orqanizm üçün olan əhəmiyyəti nədən ibarətdir?
A) Əzələ toxumasının tənəffüs piqmenti olmasından

B) Bioloji filtr rolunu oynamasından

C) Qanın laxtalanmasına mane olmasından

D) Bakteriya toksinlərinin zərərsizləşdiriləməsindən

E) Küllü miqdarda sinir toxumasının tərkibində olmasından

Fosfolipidlər – tərkibində fosfat turşusu olan lipidləri birləşdirir. Beyin toxuması 60-70% fosfolipidlərdən ibarətdir. Fosfolipidlər çoxlu miqdarda sinir toxumasında olur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.78
458) Qlikolipidlərin orqanizm üçün hansı əhəmiyyəti vardır?
A) Saçları və dərini suyun təsirindən qorumaq

B) Sinir impulslarının keçiriciliyini təmin etmək

C) Beyinin elektrik oyanıqlığını bərpa etmək

D) Yağ turşularını qanda daşımaq

E) Eritrositlərin hemolizə qarşı davamlılığını artırmaq

Qlikolipidlər mürəkkəb lipidlərə aid olaraq lipidlərlə karbohidratların mürəkkəb birləşmələridir. Kimyəvi tərkibindən asılı olaraq onlar arasında serebrozidləri və qanqliozidləri qeyd etmək olar. Onlar çoxlu miqdarda beyin toxumasının və sinir liflərinin tərkibinə daxildir. Qanqliozidlər beyinin elektrik oyanıqlığını bərpa etmək, bakterial toksinləri zərərsizləşdirmək qabiliyyətinə malikdirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.79-80
459) Lipoproteidlərin orqanizm üçün hansı əhəmiyyəti vardır?
A) Zülalın biosintezində iştirak edirlər

B) Eritrositlərin hemolizə qarşı davamlılığını artırırlar

C) Qanla lipidləri daşıyırlar

D) Sinir liflərinin tərkibinə daxildirlər

E) Bakteriya toksinlərini zərərsizləşdirirlər

Lipoproteidlərin əsas funksiyası qanla lipidləri daşımaqdır. Məs: xilomikronlar lipidləri bağırsaqdan limfaya, sonra qana daşıyırlar; -lipoproteidlər xolesterini və triasilqliserinləri, -lipoproteidlər isə fosfolipidləri və xolesterini daşıyırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.80
460) Akrolein sınağı vasitəsilə nəyi aşkar etmək olar?
A) Lipoproteidləri

B) Qliserofosfolipidləri

C) Xolesterini

D) Qlikolipidləri

E) Sfinqofosfatidləri

Akrolein sınağından qliserin tərkibli lipidləri aşkar etmək üçün istifadə olunur. Bu reaksiyanın əsasında qliserini qızdırdıqda tərkibindəki suyu itirib akroleinə çevrilməsi qabiliyyəti durur. Akrolein – kəskin spesifik iyə malik olan doymamış aldehiddir. Bu reaksiya vasitəsilə neytral yağların və fosfolipidlərin tərkibindəki qliserini aşkar edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.254
461) Lesitin hansı lipid qrupuna aiddir?
A) Lipoproteidlərə

B) Qliserofosfatidlərə

C) Sterinlərə

D) Sfinqofosfatidlərə

E) Qlikolipidlərə

Fosfolipidlər tərkibindəki spirtə görə qliserfosfatid və sfinqofosfatidlər qruplarına bölünürlər. Qliserofosfatidlərin tərkibinə qliserin, sfinqofosfatidlərin tərkibinə isə sfinqozin spirti daxildir. Lesitin qliserofosfatidlərə aiddir. Lesitin suda və asetonda ləll olmur, spirtdə, efirdə və xloroformda yaxşı həll olur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.78
462) Xolesterini aşkar etmək üçün hansı keyfiyyət reaksiyasından istifadə olunur?
A) Salkovski

B) Ninhidrin

C) Trommer

D) Bial


E) Nilander

Xolesterini Salkovski keyfiyyət reaksiyası ilə təyin edirlər. Xolesterin sirkə anhidridi sulfat turşusu ilə göy-yaşıl rəngli birləşmə əmələ gətirir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.255
463) Orqanizmdə lipidlərin əsas emulqatorları hansı maddələrdir?
A) Öd turşularının duzları

B) Kalium hidroksid

C) Öd piqmentləri

D) Natrium bikarbonat

E) Natrium xlorid

Orqanizmdə lipidlərin əsas emulqatorları öd turşularının duzlarıdır. Onlar parçalanmış yağ damcılarının yenidən bir-birinə yapışmasının qarşısını alan maddələrdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
464) Hansı xüsusiyyət xolesterini xarakterizə edir?
A) Beyin hüceyrələrini izolə etmək qabiliyyətinə malikdir

B) Suda həll olur

C) Yarpaqları sudan və mikroblardan qoruyur

D) Protrombini aktivləşdirir

E) Üzvi həll edicilərlə pis həll olur

Xolesterinin orqanizmdə yerinə yetirdiyi funksiyalarla yanaşı xüsusi bir xassəsi də var: elektrik cərəyanını pis keçirmək. Xolesterinin çoxlu miqdarda beyində toplanması onun özünəbənzər bioizolyator rolu oynamsaı ilə əlaqədardır, yəni o sinir hüceyrələrinin strukturunu sinir impulslarını elektrik yükündən qoruyur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.77
465) Kimyəvi təbiətinə görə vitaminlər hansı birləşmələrə aiddir?
A) Qeyri-üzvi birləşmələrə

B) Yüksəkmolekullu üzvi birləşmələrə

C) Üzvi turşulara

D) Aşağımolekullu üzvi birləşmələrə

E) Aldehidlərə

Vitaminlər – həyat üçün zəruri olan aşağı molekullu üzvi birləşmələrdir. Onlar çox minimal dozalarda (mq və hətta mikroqram) orqanizmə güclü bioloji təsir göstərirlər

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.81
466) Vitamin mənbəyi hesab olunmayanlar hansılardır?
A) Süni preparatlar

B) Bağırsaq mikroflorası

C) Provitaminlər

D) Mineral turşular

E) Bitki və heyvan mənşəli məhsullar

Kimyəvi tərkibinə görə vitaminlər – aşağı molekullu üzvi maddələrdir. İnsan üçün vitaminlərin əsas mənbələri bitki və heyvan mənşəli qida məhsulları, bağırsağın mikroflorası tərəfindən sintez olunan vitaminlər, süni preparatlar, provitaminlər sayılır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.81-82
467) Suda həll olan vitaminlərə aşağıdakılardan hansılar aid deyil?
A) PP (nikotin turşusu)

B) B6 (piridoksol)

C) C (askorbin turşusu)

D) B1 (tiamin)

E) A (retinol)

Təsnifatına görə vitaminlər suda və yağda həll olan qruplara bölünürlər. A vitamini mədə-bağırsaq traktında yalnız yağın və ödün olduğu halda sorulur və buna görə o yağda həll olanlara aiddir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.85-86
468) Yağda həll olan vitaminlərə aşağıdakılardan hansılar aid deyil?
A) D (kalsiferol)

B) B2 (riboflavin)

C) K (filloxinon)

D) E (tokoferol)

E) A (retinol)
Təsnifatına görə vitaminlər suda və yağda həll olan qruplara bölünürlər. B2 vitamini suda həll olduğuna görə və asanlıqla sorulduğuna görə o yağda deyil, suda həll olan qrupa aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.86-87
469) Orqanizmdə tam vitamin çatışmazlığı necə adlanır?
A) Hipertireoz

B) Hipovitaminoz

C) Hipervitaminoz

D) Avitaminoz

E) Hipotireoz

Orqanizmin vitaminlərlə təmin olunması prosesi avitaminoz, hipovitaminoz və hipervitaminoz şəklində özünü biruzə verə bilər. Avitaminoz – vitaminin tam çatışmazlığı, hiporvitaminoz – qismən çatışmamazlığı, hipervitaminoz – artıq miqdarda toplanması deməkdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.83
470) Nə üçün suda həll olan vitaminlər orqanizmə hər gün daxil olmalıdır?
A) Bağırsaqda zəif sorulmalarına görə

B) Qidanın tərkibində az miqdarda olduğuna görə

C) Orqanizmdə sintez olunmadığına və ya az miqdarda əmələ gəldiyinə görə

D) “Kaslın daxili amili” ilə birləşməməsinə görə

E) Öd turşularının çatışmamazlığına görə

Suda həll olan vitaminlər fermentlərin qeyri-zülali hissəsinə daxil olduğuna görə, yəni onların kofermentləri olduğuna görə onlar hər gün orqanizmə daxil olmalıdır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.81
471) Hansı proseslər A vitamininin bioloji təsiri üçün xarakterik deyil?
A) Epitelial toxumanın buynuzlaşmasının qarşısının alınması

B) Qanın laxtalanması

C) Membranların keçiriciliyinin tənzimi

D) Zülalların və lipidlərin mübadiləsi

E) Oksidləşmə prosesləri
A vitamini yağda həll olan vitaminlərə aiddir. Bu vitaminin bioloji təsiri epitelial toxumanın buynuzlaşmasının qarşısının alınmasında, oksidləşmə prosesində, zülal və lipidlərin mübadiləsində iştirakından, membranların keçiriciliyinin tənzimindən ibarətdir. A vitamininin qanın laxtalanma prosesində təsiri qeyd olunmayıb.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.87
472) Xəstəliklərdən hansı A vitamininin hipovitaminozu ilə bağlı deyil?
A) Bronxitlər

B) Kseroftalmiya

C) Nefritlər

D) Toyuq korluğu

E) Pellaqra

“A” vitamininin hipovitaminozu müxtəlif orqanlarda enitelial toxumanın sistemli buynuzlaşması kimi özünü biruzə verir. Nəticədə böyrəklərdə nefritlər, gözdə - kseroftalmiya, toyuq korluğu, ağ ciyərlərdə - bronxitlər yaranır.

Pellaqra isə “PP”-nikotin turşusunun çatışmamazlığı nəticəsində əmələ gəlir. Pellaqra dermatit, diareya və demensiya kimi simptomlarla xarakterizə olunur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.86-87
473) PP vitamininin çatışmazlığı hansı xəstəliyə səbəb olur?
A) Pellaqra

B) Kseroftalmiya

C) Raxit

D) Bəd xassəli anemiya

E) Polinevrit

“PP” vitamininin (nikotin turşusu) çatışmamazlığı pellaqra xəstəliyinə səbəb olur. Pellaqra dermatit (dərinin zədələnməsi), diareya (güclü ishal) və demensiya (psixikanın pozulması) kimi simptomlarla xarakterizə olunur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.85
474) Fermentlər nədir?
A) Aktivatorlardır

B) Bioloji katalizatorlardır

C) İngibitorlardır

D) Substratdır

E) Sekretlərdir

Fermentlər canlı orqanizmlərdəki biokimyəvi reaksiyaları aktivləşdirən bioloji katalizatorlardır. Orqanizmdəki bütün fizioloji proseslər praktiki olaraq müəyyən fermentlərin katalitik təsirindən baş verir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.89
475) Fermentlərin bioloji əhəmiyyəti nədən ibarətdir?
A) Osmotik təzyiqin sabit saxlanılmasından

B) Daxili mühitin sabitliyini tənzimləməsindən

C) Orqanizmin əsas tərkib hissəsi olmasından

D) Biokimyəvi reaksiyaların sürətini artırmasından

E) Biokimyəvi reaksiyaların sürətini zəiflətməsindən

Normal fizioloji hallarda orqanizmdəki biokimyəvi reaksiyalar yüksək sürətlə gedir. Bu da zülal təbiətli bioloji katalizatorlar – fermentlər vasitəsilə təmin edilir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.89
476) Mədəaltı vəzin 1,6 q amilazası sutka ərzində nə qədər nişasta hidroliz edir?
A) 105 kq

B) 175 kq

C) 100 kq

D) 75 kq


E) 17 kq

Fermentlər adi kimyəvi katalizatorlardan bir sıra parametrlərlə yanaşı kataliz etdikləri reaksiyaların sürəti ilə də fərqlənirlər. Beləliklə, mədəaltı vəzinin 1,6 q amilazası bir sutka ərzində 175 kq nişasta hidroliz edir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.95
477) Orqanizmdə olan bir çox fermentlər üçün temperatur xətti nə qədərdir?
A) 250-350

B) 350-450

C) 150-250

D) 700-800

E) 550-650

Fermentlərin çox hissəsi məhz orqanizmlərdə fəaliyyət göstərdiklərinə görə onlar üçün temperatur xətti 350-450. Bu xəttdən temperatur artdıqca fermentlərin aktivliyi zəifləyir, 700-800-yə çatdıqda ferment inaktivləşir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.102
478) Fermentlər hansı temperaturda inaktivləşir?
A) 25-35

B) 35-45


C) 55-65

D) 15-25


E) 70-80

Fermentlər yüksək aktivliyə 350-450 temperaturda malikdirlər. Bu optimal temperaturdur. Optimal temperatur artdıqca fermentlərin aktivliyi zəifləyir, 700-800 temperaturda isə fermentlər inaktivləşirlər, çünki bu zaman onların aktivlik mərkəzinin strukturu (zülal olduqlarına görə) dəyişir və o substratla daha birləşə bilmir.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.102
479) Fermentativ reaksiyaların sürətini artıran amil hansıdır?
A) Enzimlər

B) İngibitorlar

C) Apofermentlər

D) Kofermentlər

E) Aktivatorlar

Fermentativ reaksiyaların sürəti bəzi maddələrin təsirindən ya arta, ya da azala bilər. Fermentativ reaksiyaların sürətini artıran maddələrə aktivatorlar deyilir. Məsələn: Cl (xlor) ionları ağız suyunun amilazası üçün, H2 (hidrogen) ionları pepsin üçün aktivator sayılırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.103
480) Qeyri-üzvi katalizatorlara xas olan parametr göstəricisi hansıdır?
A) Yüksək spesifiklik

B) Yüksək temperatur optimumu (1000C və çox)

C) Yüksək molekullu polimer olduğu

D) Normal atmosfer təzyiqi

E) Reaksiya zamanı strukturun dəyişməsi

Qeyr-üzvi katalizatorlar – aşağı molekullu birləşmələr olub aşağı dərəcəli spesifikliyi, yüksək dərəcəli (1000C və yuxarı) temperatur optimumu, atmosfer təzyiqindən yuxarı olan təzyiqi ilə, güclü turş və yaxud güclü qələvi mühit ilə, reaksiya zamanı strukturunun dəyişilməməsi ilə, kataliz etdiyi reaksiyanın sürətinin 102-106 dəfə artması ilə xarakterizə olunurlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.94
481) Üzvi katalizatorlara xas olan parametr göstəricisi hansıdır?
A) Yüksək spesifiklik

B) Reaksiya zamanı strukturun dəyişilməməsi

C) Temperatur optimumnun yüksək olması

D) Aşağı spesiflik

E) Aşağı molekullu birləşmələrin olması

Üzvi katalizatorlar–fermentlər–yüksək molekullu polimerlər olub yüksək spesifikliyi, aşağı (350-450C) temperatur optimumu, mühitin pH-nın fizioloji diapazonu ilə, atmosfer təzyiqin normada olması ilə, reaksiya zamanı strukturunun dəyişilməsi ilə, kataliz etdiyi reaksiyanın sürətinin 108-1011 dəfə artması ilə xarakterizə olunurlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.94
482) 2 q pepsin 2 saat ərzində nə qədər denaturatlaşmış yumurta zülalını parçalaya bilər?
A) 100 kq

B) 175 kq

C) 200 kq

D) 25 kq


E) 30 kq
Fermentlər adi kimyəvi katalizatorlardan bir sıra parametrlərlə yanaşı kataliz etdikləri reaksiyaların sürəti ilə fərqlənirlər. aşağıdakı misala əsasən fermentativ reaksiyaların “kosmik” sürəti haqqında fikir yürütmək olar.

2 q pepsin 2 saat ərzində 100 kq denaturatlaşmış yumurta zülalını parçalaya bilər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.95
483) Ağız suyunun amilazası üçün hansı substrat spesifikdir?
A) Qlükoza

B) Nişasta

C) Laktoza

D) Qlikogen

E) Saxaroza

Fermentlərin əsas xassələrindən biri fermentin yüksək təsir spesifikliyidir. Spesifikliyin əsasını substratın və fermentin aktivlik mərkəzinin strukturlarının müvafiq uyğunluğu təşkil edir. Buna görə hər bir ferment üçün müəyyən substrat spesifikdir. Məsələ: amilaza üçün nişasta spesifikdir.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.95
484) Ağız suyunun tərkibində hansı ferment var?
A) Amilaza

B) Saxaraza

C) Fosforilaza

D) Sellülaza

E) Laktaza

Ağız suyunun tərkibində amilaza və maltaza fermentləri var. Bu fermentlər nişastanı maltozaya qədər, maltozanı isə qlükozaya qədər hidroliz edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134
485) Koferment rolunda aşağıdakılardan hansı maddələr ola bilər?
A) Karbohidratların törəmələri

B) Lipidlər

C) Hormonlar

D) Zülallar

E) Vitaminlərin aktivləşmiş formaları

Fermentlər kimyəvi tərkibinə görə sadə və mürəkkəb qruplara bölünürlər. Sadə fermentlər – proteinlər – yalnız aminturşulardan ibartədirlər. Mürəkkəb fermentlər – proteidlər – zülali hissədən (apoferment) və qeyri-zülali hissədən (koferment) ibarətdir. Koferment rolunda mineral maddələr, vitaminlərin aktiv formaları ola bilər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.99
486) Fermentin apoferment hissəsini hansı maddələr təşkil edir?
A) Nukleozidtrifosfatlar

B) Aminturşular

C) Hormonlar

D) Mineral maddələr

E) Vitaminlər

Fermentlər kimyəvi tərkibinə görə sadə və mürəkkəb qruplara bölünürlər. Mürəkkəb fermentlərin tərkibində zülali hissə (apoferment) və qeyri-zülali hissə (koferment) ayırd edilir. Fermentin apoferment hissəsi sadə fermentlərdə (həmçinin sadə zülallarda) olduğu kimi yalnız aminturşulardan ibarətdir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.99
487) Hidrolazalar sinfinə aşağıdakılardan hansılar aid deyil?
A) Saxaraza

B) Tripsin

C) Pepsin

D) Laktatdehidrogenaza

E) Amilaza

Fermentlər təsnifatına görə 6 sinfə bölünürlər. Müxtəlif maddələrin molekuldaxili rabitələrini suyun iştirakı ilə hidroliz edən fermentlər hidrolazalar sinfinə aiddir. Bu sinfə mədə-bağırsaq traktının bir çox fermentləri aiddir: pepsin, tripsin, amilaza, saxaraza və s.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.107
488) Miokardın infarktında əsasən hansı fermentlərin aktivliyi artır?
A) Qələvi fosfatazanın

B) Alfa-amilazanın

C) Turş fosfatazanın

D) AsAT, KK və LDG (Aspartataminotransferazanın, kreatinkinazanın, laktakdehidrogenazanın)

E) AlAT, LDG (Alaninaminotransferazanın, laktatdehidrogenazanın) aldolazanın

Diaqnostika məqsədilə fermentlərdən istifadə olunmasının bir neçə səbəbi var. Səbəbdən biri ondan ibarətdir ki, fermentin qanda miqdarı nisbətən sabit göstəricidir. Fermentin aktivliyinin artması və ya azalması patoloji proseslərdən xəbər verir. Müxtəlif üzvlərdə yaranan patoloji proseslər müəyyən fermentlərin aktivliyinin artması və ya azalmasına səbəb olurlar. Miokardın infarktı zamanı KK, AsAT və LDG fermentlərinin aktivliyinin xeyli artması qeyd olunur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.110
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə