Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə19/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

Burada duzlanmış xiyar soyulub toxumları çıxarılır və çöp

yaxud xırda paxlava şəklində doğranıb bulyonda bişirilir. Bulyon

qaynadıqda   içinə   tir   yaxud   dilim   şəklində   doğranmış   kartof,

yağda qızardılmış baş soğan, habelə gövdəli soğan qatılıb hamısı

birlikdə   10-15   dəqiqə   bişirilir.   Sonra   buna   az   suda   bişirilmiş

duzlu xiyar, istiot dənələri, dəfnə yarpağı və duz vurulub yenə 5-

10 dəqiqə bişirilir. 

Bundan   sonra   bunun  içərisinə   qaynadılıb   süzülmüş   xiyar

şorbası suyu tökülür və doğranmış quzuqulağı yarpaqları yaxud

ispanaq qatılıb qaynar vəziyyətə gətirilir.

Süfrəyə   veriləndə   boş-

qaba   yaxud   paylıq   qaba   şo-

raba  suyu  tökülür,   xama   vu-

rulur   və   üstünə   narın   doğ-

ranmış   göyərti   səpilir.   Ras-

solnik   balıqdan   hazırlananda

içinə xama vurulmur.

Rassolnik   mal   ətindən,

qoyun ətindən, toyuqdan, to-

yuq   içalatından,   böyrəklərdən   və   habelə   təzə   nərə   balığından,

qurudulmuş ağ göbələkdən və arpa yarmasından hazırlana bilər.

Hər pay üçün burada 160 q kartof, 40 q cəfəri, 7 q kərəviz,

24 q baş soğan, 50 q duzlanmış xiyar, 26q quzuqulağı yaxud 27 q

ispanaq, 10 q yağ, 10 q xama, 3 q göyərti və müfaviq miqdar

ədviyat götürülür.

Ev rassolniki

Burada   duzlanmış   xiyar   soyulur,   toxumları   çıxarılır   və

dilim   şəklində   doğranıb   bulyonda   bişirilir.   Təzə   kələm,

meyvəköklər  və soğan çərtilir,  kartof isə tir şəklində  doğranır.

Qaynar bulyona təzə kələm salınıb 10-15 dəqiqə bişirilir; sonra

kartof və yağda qızardılmış tərəvəz əlavə edilərək hamısı birlikdə

10-15   dəqiqə   bişirilir.   Bundan   sonra   az   suda   bişirilmiş   duzlu

xiyar, istiot dənləri, dəfnə yarpağı və duz qatılıb yenə 5-10 dəqiqə

74



bişirilir, üzərinə qaynadılıb süzülmüş xiyar şorabası suyu tökülür

və qaynar vəziyyətə gətirilir.

Süfrəyə  verilən zaman boşqabda rassolnikin üstünə xama

tökülür və narın doğranmış göyərti səpilir.



Hər pay üçün burada 50 q təzə kələm, 133 q kartof, 25 q

yerkökü, 40 q cəfəri, 15 q kərəviz, 24 q baş soğan, 50 q duzlanmış

xiyar, 10 q süfrə marqarini, 10 q xama, 3 q göyərti və müvafiq

miqdar ədviyat götürülür.

Tərəvəz şorbası

Burada tərəvəz kökləri və soğan çöp şəklində doğranıb yağ-

da qızardılır, ağbaş kələm çərtilir, kartof və pomidor dilim şəklin-

də doğranır. Qaynar bulyona ağbaş kələm salınır, qaynadıqdan

sonra isə buna yağda qızardılmış tərəvəz, kartof, istiot dənləri,

dəfnə yarpağı və duz qatılır (bəzən buna yarıya bölünmüş 30 q

göy paxla qınları da qatıla bilər) və 15-20 dəqiqə bişirilir. Sonra

bunun içinə dilim şəklində doğranıb az suda bişirilmiş pomidor,

suda bişirilmiş çiçək kələm və qızdırılmış göy noxud konservi

əlavə edilir. Tərəvəz şorbasına suda bişirilib doğranmış təzə ağ

göbələk də qatıla bilər.

Süfrəyə   veriləndə   bu   şorbanın   üstünə   narın   doğranmış

göyərti səpilir.

Hər pay üçün burada 133 q kartof, 50 q ağbaş yaxud çiçək

kələm (yaxud hərəsindən 25 q), 25 q yerkökü, 13 q cəfəri, 12 q

baş soğan, 13 q gövdəli soğan, 23 q göy noxud konservi, 47 q

təzə pomidor, 10 q yağ, 3 q göyərti və müvafiq miqdar ədviyat

götürülür.

Kəndli şorbası

75



Burada   ağbaş   kələm   –   kavdrat   şəklində,   kartof   –   kubik

şəklində və tərəvəz kökləri isə halqa şəklində doğranır. Qaynar

bulyona   ağbaş   kələm   və   bulyon   qaynadıqdan   sonra   da   kartof,

yağda   qızardılmış   yerkökü,   cəfəri,   baş   soğan   və   tomat-püre

qatılıb hamısı birlikdə 15-20 dəqiqə bişirilir.

Bişib   qurtarana   yaxın   buna   istiot   dənələri   və   duz   qatılır

(buna 30 q dilim şəklində doğranmış təzə pomidor da qatıla bilər)

və qaynar vəziyyətə gətirilir.

Süfrəyə   verilən   zaman   boşqabda   şorbanın   üstünə   xama

tökülür və göyərti səpilir.



Hər   pay   üçün   burada   100   q   kələm,   147   q   kartof,   25   q

yerkökü, 7 q cəfəri, 24 q baş soğan, 10 q tomat-püre, 10 q yağ, 10

q xama, 3 q göyərti və müvafiq miqdar ədviyat götürülür.

Kartof şorbası

Burada   qaynar   bulyona   kubik   şəklində   doğranmış   kartof

salınıb qaynar vəziyyətə gətirilir, sonra dilim şəklində doğranmış

yerkökü,   cəfəri   və   baş   soğan   qatılıb   15-20   dəqiqə   bişirilir.

Tərəvəz   tomat-püre   ilə   birlikdə   də   qızardıla   bilər.   kartof

şorbasının bişib hazır olmasına  5-10 dəqiqə qalmış  içinə istiot

dənləri, dəfnə yarpağı və duz salınır. Buna 30 q təzə pomidor da

salmaq olar.

Süfrəyə   veriləndə   kartof   şorbası   boşqaba   tökülüb   üstünə

narın doğranmış göyərti səpilir.

Ətli   kartof   şorbası   ət   məhsullarından,   ev   quşlarından,

habelə təzə və quru göbələkdən də bişirilə bilər.



Hər pay üçün burada 300 q kartof, 25 q yerkökü, 7 q cəfəri,

24 q baş soğan, 5 q yağ və 3 q göyərti götürülür.

Ev əriştə şorbası

76



Əriştənin hazırlanması üçün buğda unu (əla yaxud 1-ci növ)

təpəcik  şəklində masanın  üstünə tökülüb ortası oyulur  və bura

yumurta,   duz,   az   miqdar   soyuq   su   əlavə   edilərək   bərk   xəmir

yoğrulur.   Sonra   xəmir   nazik   (0,1-0,2   sm)   lay   şəklində   açılıb

üstünə un səpilir; 10-15 dəqiqə saxlanıb bundan 4-5 sm enində

zolaqlar   kəsilir,   zolaqlar   isə   bir-birinin   üstünə   qoyulub   çöp

şəklində   doğranır.   Bundan   sonra   əriştə   nazik   lay   şəklində

masanın üstünə yayılıb un səpilir və 1-1

2

1

 saat ərzində qurudulur.



Həmin xəmirə kərə yağı da əlavə etmək olar. Əriştə şorbasının

hazırlanması   üçün   çöp   şəklində   doğranıb   yağda   qızardılmış

yerkökü,   cəfəri   və   baş   soğan   qaynar   bulyona   salınır.   Bundan

sonra   bulyon   yenidən   qaynadılır   və   içinə   qabaqca   ələkdən

keçirilib   undan   azad   edilmiş   əriştə   tökülərək   15-20   dəqiqə

bişirilir. Bişməsinin qurtarmasına 5-6 dəqiqə qalmış şorbaya istiot

dənləri, dəfnə yarpağı və duz qatılır. Bu şorba ət, toyuq və ev

quşları  içalatı   ilə  birlikdə,  ət  bulyonunda,  habelə   təzə  və  quru

göbələklə birlikdə göbələk bulyonunda da hazırlana bilər.

Süfrəyə veriləndə ət,toyuq, quş içalatı yaxud göbələk payı

boşqaba qoyulub üstünə şorba tökülür və narın doğranmış göyərti

səpilir.


Hər pay üçün burada 35 q buğda unu, 

4

1



 ədəd yumurta, 7 q

su, 1 q duz, 25 q yerkökü, 7 q cəfəri, 24 q baş soğan, 5 q yağ, 3 q

göyərti və müvafiq miqdar ədviyat götürülür.

3.1.5. Şəffaf şorbalar

Şəffaf şorbalar ət, toyuq yaxud balıq bulyonunda hazırlanır.

Bunların   əsasını   qatı   şəffaf   bulyon   təşkil   edir.   Qatı   bulyonun

içində adi bulyona nisbətən daha çox ekstraktiv maddələr vardır,

lakin   bununla   bərabər   qatı   bulyon   (cökə   balığı   bulyonundan

başqa)   bulanıq   olmamalı   və   üzündə   yağ   gəzməməlidir.   Şəffaf

bulyon əldə edilməsi üçün süzülməsinə baxmayaraq içində gəzən

hissəciklər   (yağ,   zülal)   adi   bulyondan   çıxarılmalı   və   bulyon

77



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə