Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə38/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

Sukat

-

-



-

-

60



60

-

-



Zirə

-

-



-

-

-



-

16

16



Duz 

-

-



-

-

-



-

16

16



Kəsmik kütləsi salat qabında yaxud boşqabda süfrəyə veri-

lir. Süfrəyə verilən zaman bunun üzünə şəkər pudrası səpilir. Şi-

rin   kəsmik   kütləsi   süfrəyə   verilən   zaman   təzə   yaxud   konserv-

ləşdirilmiş meyvə və giləmeyvə ilə bəzədilə bilər.



Südlü yaxud xamalı kəsmik

Burada əzilməmiş kəsmik salat qabın yaxud boşqabın içinə

qoyulub üstünə süd yaxud xama tökülür və süfrəyə veriləndə isə

üstünə həm də şəkər yaxud şəkər pudrası səpilir.



Hər pay üçün 202 q kəsmik, 265 q süd və 15 q şəkər, yaxud

152 q kəsmik, 50 q xama və 15 q şəkər götürülür.

Kəsmik kökəsi

Burada əzilmiş kəsmik, buğda unu yaxud manna yarması,

yumurta,  şəkər və duz bir-birnə qarışdırılıb  qalın  kökə şəklinə

(hər payda 2-3 ədəd) salınır. Bu qayda hazırlanmış kəsmik kökəsi

hər iki tərəfdən qazmaq tutunca əsas üsul üzrə qızardılır və 5-7

dəqiqəliyə qızdırıcı şkafa qoyulur.

Kəsmik   kökəsi   isidilmiş   paylıq   buludda   yaxud   boşqabda

süfrəyə verilir. Bunun yanına ayrıca olaraq sous qabında soyuq

xama yaxud isti şirin süd sousu qoyulur. Süfrəyə verilən zaman

kəsmik kökəsinin üstünə süd sousu tökülə bilər.



Hər pay üçün burada 140 q kəsmik, 20 q buğda unu, 1/5

ədəd yumurta, 15 q şəkər, 5 q ərinmiş yağ, 25 q xama yaxud 75 q

sous götürülür.

Kəsmikli fəsəli

148



Burada suyun yaxud suyun içinə çiy yumurta, duz və şəkər

vurulub hamısı birlikdə ciddi qarışdırılır və buna ələnmiş buğda

unu qatılaraq təkrar qarışdırılıb bir növlü maye  şəklinə salınır,

sonra   ələkdən   keçirilir.   Həmin   xəmir   nazik   lay   şəklində   yaxşı

qızdırılmış və dibinə azacıq yağ  sürtülmüş çuqun yaxud polad

tavanın içinə  yayılır  və alt qatı qazmaq tutunca bişirilir.  Hazır

olan fəsəli tavadan çıxarılıb taxta lövhənin üstünə yığılır və yerdə

qalanlarının   bişirilməsi   davam   etdirilir.   Bişmiş   fəsəli   dəst

şəklində sərin yerdə saxlana bilər.

Fəsəlinin  qazmaqlı  tərəfinin  ortasına  kəsmikdən  hazırlan-

mış qiymə qoyulub kənarları bükülür və düzbucaq yastı pirojki

formasına salınır.

Qiyməli fəsəli tikişi aşağıya tərəf olmaqla tavada qızdırıl-

mış yağın içinə qoyulub qazmaq tutunca əsas üsul üzrə qızardılır.

Süfrəyə   verilən   zaman   isti   fəsəli   (hər   payda   2-3   ədəd)

paylıq buluda yaxud boşqaba qoyulub üstünə əridilmiş kərə yağı

tökülür   və   yanına   isə   ayrıca   olaraq   sous   qabında   soyuq   xama

qoyulur. Fəsəlinin üstünə şəkər pudrası da səpilə bilər.



Qiymənin   hazırlanması.  Burada   əzilmiş   kəsmik,   çalınmış

yumurta,   şəkər və  duz  ciddi  qarışdırılıb  birnövlü   kütlə  şəklinə

salınır. Qiymənin içinə vanilin də qatıla bilər.

Hər pay üçün burada 50 q buğda unu, 125 q süd, ¼ ədəd

yumurta, 3 q şəkər, 10 q hidroyağ, 10 q şəkər pudrası, yaxud 10 q

kərə yağı, yaxud 30 q xama götürülür. Qiymə üçün burada 120 q

kəsmik, 10 q şəkər, 1/10 ədəd yumurta və azacıq miqdarda duz

götürülür.

Kəsmikdən kökə

  Kəsmik  ət maşınından,  ya  da süzgəcdən keçirilib  əzilir,

dərin boşqaba qoyulub üstünə stəkanın 

4

1

-i qədər un, şəkər, duz,



vanil,   çiy   yumurta   əlavə   edilib   yaxşı   qarışdırılır.   Sonra   un

ələnmiş   taxta   üstündə   uzunsov   formaya   salınır   və   10   hissəyə

149



bölünür.   Hər   parça   kotlet   kimi   yastılanıb   dağ   olmuş   yağda

qızardılır.

Süfrəyə verərkən yanına xama, bal, mürəbbə şirəsi qoyulur.

Norma: 500 q kəsmik, 2 yumurta, 2 xörək qaşığı şəkər, un,

duz, xama.

Qaluşki

Kəsmik   ət   maşınından,   ya   da   süzgəcdən   keçirilib   əzilir,

üstünə 2 çiy yumurta, şəkər, 1 xörək qaşığı ərimiş yağ, yarım çay

qaşığı duz əlavə edilib yaxşı qarışdırılır. Buna 1 stəkan ələnmiş

un əlavə edilib xəmir yoğrulur. Xəmir un tökülmüş taxta üstündə

uzunsov formaya salınır, yastılanır və kiçik hissəciklərə kəsilir.

Sonra   bunlar   qazanda   qaynayan   duzlu   suya   tökülür   və   üzə

çıxanda kəfkirlə boşqaba çıxarılıb üstünə ərimiş kərə yağı, xama

tökülür.

Bəzən   qaluşkalar   bişiriləndən   sonra   qızardılır.   Bişmiş

qaluşkalar tavaya yığılır, üstünə xama, yağ tökülüb, tava su olan

ayrı   bir   qabın   içində   sobaya   qoyulur.   Üstü   qızarandan   sonra

çıxarılıb süfrəyə verilir.

Norma: 500 q kəsmik, 2 yumurta, 3 xörək qaşığı şəkər, 1

stəkan buğda unu, yağ, xama, duz.

Kəsmik pudinqi

  Burada kəsmiyə  buğda unu, şəkər və duz vurulmuş  çiy

yumurta sarısı, vanil və yumşaldılmış kərə yağı qatılır və hamısı

birlikdə ciddi qarışdırılır, sonra bunun üstünə çalınmış yumurta

ağı, kişmiş vurulur. Üstünə qovrulmuş qoz qırıntısı da tökülür. Bu

qaydada hazır olmuş kütlə içinə yağ sürtülmüş və suxarı ovuntusu

səpilmiş  tavalara  salınır,  üstü  hamarlaşdırılır  və xama  sürtülüb

30-35 dəqiqə qızdırcı şkafda bişirilir. Kəsmik pudinqi bişəndən

10-15   dəqiqə   sonra   paylıq   tikələrə   qoyulur.   Kəsmik   pudinqi

150



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə