Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə59/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

Burada kahı yarpaqları yuyulub iri (hər yarpaq 3-4 hissəyə)

doğranır   və  buna  salat  aşqarı   yaxud   xama   vurulub  qatışdırılır.

Bunlar salat qabında bütöv kahı yarpağına qoyulub üstünə narın

şüyüd səpilir. Bu salatın üstünə habelə bərk bişirilib doğranmış

yumurta da səpilə bilər. Aşqarlı salat qarnir yerinə sərf ediləndə

kahı yarpaqları bir qədər xırda doğranır.



Hər pay üçün burada 167 q kahı, 3 q şüyüd, 30 q hazır

salat aşqarı yaxud 30 q turş xama götürülür.

Salat   aşqarı.  Burada   duz,   şəkər,   döyülmüş   istiot,   sirkə,

bitki yağı birləşdirilir, ciddi qarışdırılır, istifadə edən zaman bu

kütlə qarışdırılır.

  Bu   aşqar   xiyar,   pomidor,   kahı,   kartof   salatları   üstünə

tökülür, habelə vineqred və soyuq xörəklər üçün tətbiq edilir.

Qırmızı kələm salatı

Qırmızıbaş kələm çöp şəklində doğranıb duzlanır, yuyulur

və içinə sirkə vurulub qarışdırılır. 2-3 saatdan sonra buna şəkər və

bitki  yağı  əlavə edilir.  Buna habelə  darçın və mixək  də qatıla

bilər. Bu, həm də müxtəlif xörəklərə qarnir üçün verilir. Ağbaş

kələm   salatı   da   bu   qaydada   hazırlanır,   lakin   buna   rəng   üçün

çuğundur şirəsi vurula bilər.

Hər 1 kq salat üçün burada 1200 q qırmızıbaş kələm, 250 q

3%-li sirkə, 50 q şəkər, 50 q bitki yağı, 0,01 q darçın və mixək

götürülür.

Kartof salatı

Burada kartof qabıqlı bişirilir, soyudulur və soyulub dilim

şəklində   doğranır.  Sonra  bunun  içinə  doğranmış  kahı   və narın

doğranmış göy soğan qatılıb salat aşqarı vurulur və qatışdırılır.

229



Bu xörək salat qabında süfrəyə verilir və üstünə narın doğranmış

şüyüd səpilir.

Salat   aşqarı   yerinə   kartof   salatına   xama   da   vurula   bilər.

Kartof salatı qarnir yerində tətbiq olunduğu hallarda göy soğan

qatılmır.

Hər 1 kq salat üçün burada 825 q kartof, 238 q baş soğan,

yaxud 250 q göy soğan və 200 q hazır salat aşqarı götürülür.

Təzə xiyar salatı

Burada   təzə   xiyar   girdə   şəkildə   doğranır   və   içinə   salat

aşqarı yaxud xama vurulub təpəcik şəklində olaraq salat qabında

göy   kahı   yarpağının   üstünə   qoyulur.   Süfrəyə   verilən   zaman

bunun üstünə narın doğranmış şüyüd səpilir.

Hər pay üçün burada 150 q xiyar, 13 q kahı, 3 q şüyüd və

30 q hazır salat aşqarı yaxud 30 q xama götürülür.

Pomidor salatı

Pomidor   və   soğan   halqavari   nazik   dilimlərə   doğranır,

boşqaba düzülüb üstünə duz və istiot səpilir, xama əlavə edilib

xırda doğranmış şüyüd və ya cəfəri ilə bəzədilir. 



Pomidor – 500 q, göy soğan – 250 q, yaxud baş soğan –

200 q, xama – 200q, şüyüd və ya cəfəri – 80 q, duz, istiot, (xama

əvəzinə   mayonez   və   ya   tərəvəz   salatları   üçün   xama   sousu

götürülə bilər).

Xama içində yumurtalı göy salat

Burada   iri   doğranmış   kahı   yarpaqlarına   xama   vurulub

təpəcik   şəklində   olaraq   salat   qabının   içində   kahı   yarpağının

üstünə   qoyulur   və   bərk   bişirilib   və   dilim   şəklində   doğranmış

yumurta ilə bəzədilir. Süfrəyə verilən zaman bunun üzərinə narın

doğranmış göyərti səpilir.

230



Hər pay üçün burada 170 q kahı, ½ ədəd yumurta, 30 q

xama və 3 q şüyüd səpilir.

Yay salatı

Təmizlənib  bişirilmiş  kartof, xiyar,  göy soğan və göyərti

xırda-xırda doğranır, göy noxud, xama,  duz, istiot əlavə edilib

qarışdırılır   və   təpəcik   şəklində   boşqaba   yığılır.   Salatı   bişmiş

yumurta   dilimləri,   xiyar,   pomidor   dilimləri   və   göyərti   ilə

bəzəyirlər.



Kartof – 160 q, təzə xiyar – 200 q, pomidor – 200 q, göy

soğan – 150 q, konservləşdirilmiş göy noxud – 150 q, yumurta –

4 ədəd, xama – 250 q, şüyüd – 40 q, cəfəri – 40 q, duz, istiot.

“Paytaxt” salatı

Bişirilmiş kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-

xırda doğranır, sarısı isə ovucda ovulur. Duzlu xiyar xırda-xırda

doğranıb,  duzlu  suyunun   axması   üçün  setkanın  üzərinə   yığılır.

Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun suyu

süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və

istiot vurulur. Salatı süfrəyə verən zaman mayonez və ya xama

qatılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir

qaşıq   xama,   yaxud   mayonez   tökülüb   bişmiş   yumurta   sarısı

ovuntusu səpilir. Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də

bəzəmək olar.

Kartof – 6 ədəd, duzlu xiyar – 5 ədəd, yerkökü – 2 ədəd,

yumurta – 6 ədəd, mal əti (əzələ hissəsi), yaxud bir toyuğun döş

və bud əti – 400 q, göy noxud – 1 banka, göy soğan – 2 dəstə,

cəfəri – 1 dəstə, şüyüd – 1 dəstə, duz, istiot, mayonez – 2 banka

(yaxud xama – 3 banka).

231



“Oliviye”  salatı

Bu   salatı   hazırlayarkən   qatılan   ərzaqların   hamısı   mütləq

resepturada   göstərilən   kimi   olmalıdır.   Əks   halda   başqa   salat

hazırlamaq məsləhət görülür.

Salat   üçün   kartof,   yerkökü   və   yumurta   bişirilir,   isti-isti

soyulur. Soyuyandan sonra xırda-xırda doğranır. Alma və xiyar

da   soyumuş   toyuq   əti   ilə   birlikdə   doğranır   (duzlu   xiyar

götürülməməlidir, mütləq marinadlaşdırılmış xiyar) üzərinə göy

noxud, duz, istiot, mayonez tökülüb ehmalca qarışdırılır.

Qeyd. Ərzaq bir adam üçün 1 kartof və ona müvafiq digər

məhsullar götürülür.



Norma: 6 kartof, 3 yerkökü, 2 soğan, 1-2 marınadlaşdırı-

lmış xiyar,1 alma, 1 stəkan göy noxud, 3 yumurta, 200 q bişmiş

toyuq əti, 500 q mayonez, zövqə görə duz, istiot götürülür.

Çuğundur salatı

Çuğundur   bişirilir   (60-90   dəqiqə),   sürtgəcdən   keçirilir,

üzərinə   əzilmiş   qoz,   sarımsaq,   xama,   duz   tökülür,   qarışdırılır

(xama yerinə mayonez də tökülə bilər)



Norma: 300 q çuğundur, 100 q qoz, 4-5 dilim sarımsaq,

duz, xama və ya mayenoz götürülür.

“Bakı” salatı

Kələm nazik-nazik doğranır, duzlanır, övkələnir, yumurta,

yerkökü   və   kartof   bişirilir,   isti-isti   soyulur,   soyuyandan   sonra

xırda-xırda   doğranır,   sonra   keşniş,   şüyüd,   göy   soğan   xırda

doğranıb   salata   qatılır.   Alma   və   xiyar   soyulur,   doğranır,   duz,

istiot və xama tökülüb qarışdırılır.

232



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə