Burada kahı yarpaqları yuyulub iri (hər yarpaq 3-4 hissəyə)
doğranır və buna salat aşqarı yaxud xama vurulub qatışdırılır.
Bunlar salat qabında bütöv kahı yarpağına qoyulub üstünə narın
şüyüd səpilir. Bu salatın üstünə habelə bərk bişirilib doğranmış
yumurta da səpilə bilər. Aşqarlı salat qarnir yerinə sərf ediləndə
kahı yarpaqları bir qədər xırda doğranır.
Hər pay üçün burada 167 q kahı, 3 q şüyüd, 30 q hazır
salat aşqarı yaxud 30 q turş xama götürülür.
Salat aşqarı. Burada duz, şəkər, döyülmüş istiot, sirkə,
bitki yağı birləşdirilir, ciddi qarışdırılır, istifadə edən zaman bu
kütlə qarışdırılır.
Bu aşqar xiyar, pomidor, kahı, kartof salatları üstünə
tökülür, habelə vineqred və soyuq xörəklər üçün tətbiq edilir.
Qırmızı kələm salatı
Qırmızıbaş kələm çöp şəklində doğranıb duzlanır, yuyulur
və içinə sirkə vurulub qarışdırılır. 2-3 saatdan sonra buna şəkər və
bitki yağı əlavə edilir. Buna habelə darçın və mixək də qatıla
bilər. Bu, həm də müxtəlif xörəklərə qarnir üçün verilir. Ağbaş
kələm salatı da bu qaydada hazırlanır, lakin buna rəng üçün
çuğundur şirəsi vurula bilər.
Hər 1 kq salat üçün burada 1200 q qırmızıbaş kələm, 250 q
3%-li sirkə, 50 q şəkər, 50 q bitki yağı, 0,01 q darçın və mixək
götürülür.
Kartof salatı
Burada kartof qabıqlı bişirilir, soyudulur və soyulub dilim
şəklində doğranır. Sonra bunun içinə doğranmış kahı və narın
doğranmış göy soğan qatılıb salat aşqarı vurulur və qatışdırılır.
229
Bu xörək salat qabında süfrəyə verilir və üstünə narın doğranmış
şüyüd səpilir.
Salat aşqarı yerinə kartof salatına xama da vurula bilər.
Kartof salatı qarnir yerində tətbiq olunduğu hallarda göy soğan
qatılmır.
Hər 1 kq salat üçün burada 825 q kartof, 238 q baş soğan,
yaxud 250 q göy soğan və 200 q hazır salat aşqarı götürülür.
Təzə xiyar salatı
Burada təzə xiyar girdə şəkildə doğranır və içinə salat
aşqarı yaxud xama vurulub təpəcik şəklində olaraq salat qabında
göy kahı yarpağının üstünə qoyulur. Süfrəyə verilən zaman
bunun üstünə narın doğranmış şüyüd səpilir.
Hər pay üçün burada 150 q xiyar, 13 q kahı, 3 q şüyüd və
30 q hazır salat aşqarı yaxud 30 q xama götürülür.
Pomidor salatı
Pomidor və soğan halqavari nazik dilimlərə doğranır,
boşqaba düzülüb üstünə duz və istiot səpilir, xama əlavə edilib
xırda doğranmış şüyüd və ya cəfəri ilə bəzədilir.
Pomidor – 500 q, göy soğan – 250 q, yaxud baş soğan –
200 q, xama – 200q, şüyüd və ya cəfəri – 80 q, duz, istiot, (xama
əvəzinə mayonez və ya tərəvəz salatları üçün xama sousu
götürülə bilər).
Xama içində yumurtalı göy salat
Burada iri doğranmış kahı yarpaqlarına xama vurulub
təpəcik şəklində olaraq salat qabının içində kahı yarpağının
üstünə qoyulur və bərk bişirilib və dilim şəklində doğranmış
yumurta ilə bəzədilir. Süfrəyə verilən zaman bunun üzərinə narın
doğranmış göyərti səpilir.
230
Hər pay üçün burada 170 q kahı, ½ ədəd yumurta, 30 q
xama və 3 q şüyüd səpilir.
Yay salatı
Təmizlənib bişirilmiş kartof, xiyar, göy soğan və göyərti
xırda-xırda doğranır, göy noxud, xama, duz, istiot əlavə edilib
qarışdırılır və təpəcik şəklində boşqaba yığılır. Salatı bişmiş
yumurta dilimləri, xiyar, pomidor dilimləri və göyərti ilə
bəzəyirlər.
Kartof – 160 q, təzə xiyar – 200 q, pomidor – 200 q, göy
soğan – 150 q, konservləşdirilmiş göy noxud – 150 q, yumurta –
4 ədəd, xama – 250 q, şüyüd – 40 q, cəfəri – 40 q, duz, istiot.
“Paytaxt” salatı
Bişirilmiş kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-
xırda doğranır, sarısı isə ovucda ovulur. Duzlu xiyar xırda-xırda
doğranıb, duzlu suyunun axması üçün setkanın üzərinə yığılır.
Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun suyu
süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və
istiot vurulur. Salatı süfrəyə verən zaman mayonez və ya xama
qatılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir
qaşıq xama, yaxud mayonez tökülüb bişmiş yumurta sarısı
ovuntusu səpilir. Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də
bəzəmək olar.
Kartof – 6 ədəd, duzlu xiyar – 5 ədəd, yerkökü – 2 ədəd,
yumurta – 6 ədəd, mal əti (əzələ hissəsi), yaxud bir toyuğun döş
və bud əti – 400 q, göy noxud – 1 banka, göy soğan – 2 dəstə,
cəfəri – 1 dəstə, şüyüd – 1 dəstə, duz, istiot, mayonez – 2 banka
(yaxud xama – 3 banka).
231
“Oliviye” salatı
Bu salatı hazırlayarkən qatılan ərzaqların hamısı mütləq
resepturada göstərilən kimi olmalıdır. Əks halda başqa salat
hazırlamaq məsləhət görülür.
Salat üçün kartof, yerkökü və yumurta bişirilir, isti-isti
soyulur. Soyuyandan sonra xırda-xırda doğranır. Alma və xiyar
da soyumuş toyuq əti ilə birlikdə doğranır (duzlu xiyar
götürülməməlidir, mütləq marinadlaşdırılmış xiyar) üzərinə göy
noxud, duz, istiot, mayonez tökülüb ehmalca qarışdırılır.
Qeyd. Ərzaq bir adam üçün 1 kartof və ona müvafiq digər
məhsullar götürülür.
Norma: 6 kartof, 3 yerkökü, 2 soğan, 1-2 marınadlaşdırı-
lmış xiyar,1 alma, 1 stəkan göy noxud, 3 yumurta, 200 q bişmiş
toyuq əti, 500 q mayonez, zövqə görə duz, istiot götürülür.
Çuğundur salatı
Çuğundur bişirilir (60-90 dəqiqə), sürtgəcdən keçirilir,
üzərinə əzilmiş qoz, sarımsaq, xama, duz tökülür, qarışdırılır
(xama yerinə mayonez də tökülə bilər)
Norma: 300 q çuğundur, 100 q qoz, 4-5 dilim sarımsaq,
duz, xama və ya mayenoz götürülür.
“Bakı” salatı
Kələm nazik-nazik doğranır, duzlanır, övkələnir, yumurta,
yerkökü və kartof bişirilir, isti-isti soyulur, soyuyandan sonra
xırda-xırda doğranır, sonra keşniş, şüyüd, göy soğan xırda
doğranıb salata qatılır. Alma və xiyar soyulur, doğranır, duz,
istiot və xama tökülüb qarışdırılır.
232
Dostları ilə paylaş: |