Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə56/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

Toyuğun içalatı çıxarılır, təmizlənir, ütülür və hazır olunca

suda bişirilir. Eyni zamanda yağda meyvə (kişmiş, qaysı qurusu),

badam qovrulur və buna ayrıca yağda qızardılmış soğan, habelə

zirə qatılır.

Yuyulmuş   düyüdən,   süzmədən   bulyonda   çəkməplov

bişirilib  içinə  yağ  vurulur. Üstünə zəfəran  şirəsi  tökülür. Suda

bişirilmiş toyuq tikələrə doğranır. 

Süfrəyə   verilən   zaman   düyü   təpəcik   şəklində   boşqaba

çəkilir və üstünə qovrulmuş meyvə ilə birlikdə bişirilmiş toyuq

əti tikələri qoyulur və yağ tökülür.

Bunun   üçün   plov   süzmə   üsulla   da   hazırlana   bilər.   Onda

düyü bulyonda yox, suda bişirilir.



Qeyd: plovu süzmədən bişirərkən 1 stəkan düyüyə 2 stəkan

qaynar su götürülür.



Hər pay üçün burada 200 q toyuq əti, 150 q düyü, 50 q

ərinmiş yağ, 1 baş soğan, 10 q badam ləpəsi, 20 q zoğal axtası,

yaxud 10 q lavaşana, 50 q kişmiş, 0,1 q zirə, 0,1 q zəfəran, habelə

təm üçün istiot, duz götürülür.

Qiymələnmiş cücə plov

Tükü   və   içalatı   təmizlənib   ütülmüş   cücə   bütöv   şəkildə

bişirilir, bulyondan çıxarılır, duz, istiot səpilir.

Baş   soğan   bir   qədər   iri   həlqə-həlqə   doğranır,   qızardılır,

içinə kişmiş, nar dənəsi və yaxud isti suda isladılmış zoğal, ya da

gavalı qurusu və suda bişirilmiş şabalıd tökülür. Eyni zamanda

bir qədər toyuq bulyonu, darçın, istiot və duz əlavə edilib odda 5-

10 dəqiqə vamla bişirilir. Hazır olandan sonra bir hissəsi toyuğun

içində, qazanda düyünün altına qoyulur.

Adi   qaydada   düyü   bişirilib   süzülür,   qazana   əvvəl   toyuq,

sonra düyü tökülüb dəmə qoyulur.

Süfrəyə   verərkən   toyuq   və   soğança   ayrı   boşqaba   çəkilib

plov buludunun yanına qoyulur.

217



Hər pay üçün burada 300 q cücə əti, 100 q düyü, 40 q

ərinmiş yağ, 30 q kişmiş, 20 q zoğal axtası, 1 baş soğan, nar

dənəsi, gavalı qurusu, şabalıd, təm üçün duz, istiot götürülür.

Çığırtma plov

Çığırtma   plov   cücədən   hazırlanır.   Təmizlənib   yuyulmuş

cücə 35-40 q-lıq tikələrə doğranır, duzlanır və tavada yağ içində

qızardılır.   Ona   yağda   qızardılmış   soğan,   limon   turşusu,   istiot,

zəfəran vurulur, üzərinə çalınmış yumurta töküb sobaya qoyulur.

Düyü   ayrı   bişirilir.   Süfrəyə   verilən   zaman   boşqaba   təpəcik

şəklində düyü çəkilir, yanına hazır çığırtma və bir dilim limon

qoyulur, üzərinə qaynar yağ tökülür.



Hər pay üçün burada toyuq əti – 800 q, ərinmiş yağ – 160

q,  yumurta  4  ədəd,  düyü –  600 q,  baş soğan –  160 q,  limon

turşusu – 0,2 q, zəfəran – 0,4 q, duz götürülür.

Təndirdə qızardılmış cücə

Emal edilmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır.

Səthinə   xama   sürtülür,   təndirdə   qızardılır.   Hazır   cücə   boşqaba

qoyulur,   doğranmış   pomidor,   limon,   baş   soğan   və   göyərti   ilə

bəzədilir.

Hər  pay  üçün burada  280 q  cücə  əti,  10  q xama,  15 q

limon, 50 q pomidor, 30 q baş soğan, 25 q keşniş, 25 q cəfəri, təm

üçün istiot və duz götürülür.

Lənkəransayağı qızardılmış qaşqaldaq

Qaşqaldaq təmizlənir, istiot və duz vurulur. Üzərinə xama

sürtülüb şişə taxılır. Manqalda közərmiş kömür üzərində və ya

218



təndirdə   qızardılır.   Qızardılmış   qaşqaldaq   boşqaba   qoyulur,

yanına pomidor, limon dilimləri, nar dənələri və göyərti düzülür.



Hər pay üçün burada 250 q qaşqaldaq, 10 q xama, 50 q

pomidor, 15 q limon, 20 q nar, istiot, duz götürülür.

Qızardılmış turac

Turac təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sür-

tülüb şişə taxılır. Manqalda və ya təndirdə qızardılır. Qızardılmış

turac   şişdən   çıxarılıb   boşqaba   qoyulur,   yanına   doğranmış   baş

soğan, pomidor, xiyar və göyərti düzülür.

Hər pay üçün burada 280 q turac, 10 q xama, 30 q baş

soğan, 50 q pomidor, 50 q xiyar, 30 q cəfəri, 30 q keşniş, istiot,

duz götürülür.

   


Övrüştə

İçalatı çıxarılmış toyuq yuyulub 30-35q-lıq tikələrə doğra-

nır   və   tavada   yağ   içində   qızardılır   və   buna   qabaqcadan   suda

isladılıb sıxılmış zoğal və bir qədər şəkər, ya da turş nar qatılaraq

təkrar qızardılır. Bunlar hamısı tavada toyuğun yanına düzülüb

üstünə istiot, duz səpilərək yaxşıca qarışdırılır və bişirilir.



Hər pay üçün burada 200 q içalatı çıxarılmış toyuq əti, 30

q ərinmiş yağ, 100 q zoğal qurusu, 50 q nar dənəsi, 1 baş soğan,

5 q şəkər, habelə təm üçün istiot, duz götürülür.

Murğuturş

Təmizlənmiş toyuğu 50-60 q-lıq tikələrə doğrayıb üzərinə

azacıq su əlavə edir, suyu çəkilənə qədər bişirirlər. sonra tikələri

tavada, yağda qızardırlar. Soğanı cəfəri ilə xırda-xırda doğrayıb,

219



yağda   qızardır,   göyərti   qızarana   yaxın   azacıq   şəkər   tozu   və

abqora   əlavə   edirlər.   Sonra   ətçəkən   maşından   keçirilmiş   tozu

onun üzərinə əlavə edib, hamısını birlikdə azca qızardırlar. Bütün

bunları qızardılmış toyuğun üzərinə töküb azacıq su əlavə edir və

vam istilikdə 10-15 dəqiqə bişirirlər.

Toyuq – 1 ədəd, baş soğan – 2 baş, qoz – 300 q, yağ 200 q,

cəfəri – 5-6 dəstə, abqora – 0,5 st., şəkər və duz zövqə görə.

Təkrar üçün suallar:

1. Ev quşu və ov quşu suda necə bişirilir?

2. Toyuq, qaz, qırqovul necə qızardılır?

3. Suda bişirilmiş toyuq və onun yumurtalı ağ sousu necə

hazırlanır və süfrəyə verilir?

4. Toyuq ətindən urvalı kotlet, şnitsel və Kiyevsayağı kotlet

necə hazırlanır və süfrəyə verilir?

5. Toyuğun yeyinti tullantılarından raqu necə hazırlanır və

süfrəyə verilir?

6.   Toyuq   ləvəngisi,   Lənkəransayağı   fisincan,   toyuq

çığırtması necə hazırlanır və süfrəyə verilir?

7.   Cücə   kababı,   toyuq   kababı   necə   hazırlanır   və   süfrəyə

verilir?

8. Cücə plov, toyuq plovu, qiymələnmiş cücə plov, çığırtma

plov necə hazırlanır və süfrəyə verilir?

9. Təndirdə  qızardılmış  cücə,  Lənkəransayağı  qızardılmış

qaşqaldaq, qızardılmış turac, övrüştə və murğuturş necə hazırlanır

və süfrəyə verilir?

220



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə