Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə58/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

Suda bişirilmiş kolbasa

2,0


Yumşaq ət (file) şəklinə 

salınan siyənək

52,0

Yarımhisli kolbasa



2,5

Yumşaq ət (file) şəklinə 

salınan keta balığı

35,0


Hisə verilmiş kolbasa

2,5


Hər ölçüdə olan duzlu 

somğa balığı

28,0

İçalat kolbasası



2,0

Xəzər, Baltik və Kareliya 

qızıl balıqları

31,0


Çiy hislənmiş bud əti

17,0


Nərə və uzunburun 

balıqların bel hissəsi

23,0

Dərisi üstündə bişmiş-



hislənmiş və bişmiş bud əti

24,0


Ağbalığın və qızıl balığın 

bel hissəsi

24,0

Dərisiz bişmiş bud əti



20,0

Soyuq hislənmiş nərə və 

uzunburun balıq böyürləri

21,0


Başsız və dərisiz siyənək 

(orta ölçüdə olan bütöv)

40,0

Engəc konservi (kağızsız və



şirəsiz)

20,0


Ağ balıq, nelma və qızıl 

balıq qarnı

23,0

Başsız və içalatsız kilkə 



balığı konservi

40,0


Nərə və uzunburun balıq 

qarnı


17,0

Quru şəkildə bütöv kilkə 

konservi

20,0


Ağ balıq böyrü

14,0


Yağ içində paylıq şprot 

konservi


5,0

Dərisiz və başsız kürüsü 

içində qaxac edilmiş çapaq

balığı


40,0

Yağ içində paylıq sardina 

konservi

5,0


Soyuq hislənmiş çapaq 

balığı


47,0

Tomat sousunda balıq 

konservi

5,0


İsti hislənmiş nərə 

(yumşaq əti)

24,0

İsveçrə və Hollandiya 



pendiri

8,0


Dənəvər və sıxılmış nərə 

balığı kürüsü

0

Brınza pendiri



4,0

3.9.2. Buterbrodların hazırlanması və süfrəyə verilməsi

225



Buterbrodlar açıq, qapalı və qızardılmış çörək üstünə qo-

yulmuş xırda şəkildə olur.



Açıq buterbrodlar

Açıq   buterbrodlar   bu   və   ya   digər   bir   yaxud   bir   neçə

məhsuldan ibarət olub, çörək tikəsinin üstünə qoyulur. Bir neçə

məhsuldan ibarət olan buterbroda qatışıq buterbrod deyilir.

Buterbrodlar üçün əla və 1-ci növ buğda və çovdar çörəyi

tətbiq edilir. Çörək burada 1sm qalınlıqda və 40 q çəkidə tikələrə

doğranır. Buğda çörəyi batonu kəcinə doğru kəsilir.

Çörək tikəsinin üstünə 1-3 tikə kəsilmiş məhsul  qoyulur,

burada çalışmalıdır ki, məhsulun tikələri çox xırda olmasın; xırda

tikələr olduğu halda onlar çörəyin üstünə qoyulub onun da üstünə

məhsulun iri tikələri yerləşdirilir. 

Qırmızı   və   dənəvər   kürü   hamar   şəkildə   çörəyin   üstünə

yaxılır.

Təkcə kərə yağından ibarət açıq buterbrod hazırlanan za-

man yağın kvadrat yaxud düzbucaq şəklində çörək üstünə qoyul-

ması   məsləhət   görülür.   Kərə   yağından   və   digər   məhsullardan

qatışıq buterbrod hazırlanan hallarda kərə yağı bərabər qaydada

çörəyin  üstünə yaxılır,  sonra isə digər məhsullar  bunun üstünə

qoyulur yaxud yaxılır.

Sadə açıq buterbrodlar sırasına aşağıdakılar daxil olur:

1)  kərə yağı (şit, duzlu) buterbrodu;

2)  pendir (volqa, Hollandiya və s.) buterbrodu;

3)  kolbasa (bişmiş, yarımhisli, hisli) buterbrodu;

4)  dil buterbrodu;

5)  balıq buterbrodu;

6)  nərə (ağbalıq, uzunburun balıq);

7)  qayğanaq (bir yumurtadan ibarət nümrü).

Qatışıq,   yəni   iki   yaxud   bir   neçə   məhsuldan   ibarət

buterbrodlar sırasına aşağıdakalar daxil olur:

1) kərə yağı və pendir buterbrodu;

226



2)   kürü   ilə   (qırmızı,   dənəvər,   sıxılmış)   kərə   yağı   buter-

brodu;


3) yumurta ilə (bərk bişirilib girdə doğranmış) kərə yağı

buterbrodu;

4) kilkə (ançous) və göy soğan (doğranmış) ilə kərə yağı

buterbrodu;

5) kürü və doğranmış göy soğanla kərə yağı buterbrodu. 

Qapalı buterbrodlar

Qapalı buterbrod hazırlamaq üçün bir tikə buğda çörəyinin

(açıq  buterbrod  üçün kəsiləndən  nazik)  üstünə çox zaman  yağ

sürtülüb bir neçə qat müxtəlif növlü məhsul düzülür və bunun da

üstünə yenə yağ sürtülmüş ikinci tikə çörək qoyulur.

Qapalı buterbrodlar sırasına aşağıdakılar daxil olur:

1)  rostbif buterbrodu;

2)  vetçina buterbrodu;

3)  pendir buterbrodu;

4)  balıq məhsulları (nərə, ağbalıq, uzunburun, balıq qarnı,

keta kürüsü, dənəvər kürü, sıxılmış kürü) buterbrodu.

Qızardılmış çörək üzərində xırda buterbrodlar

Bu   buterbrodlar   üçün   qazmaqsız   buğda   çörəyi   xırda

düzbucaq, kvadrat, paxlava və s. şəkillərdə doğranır. Çörək hər

iki tərəfdən plitə üzərində azacıq qızardılır və sonra soyudularaq

bir tərəfinə kərə yağı sürtülür.

Bu qayda hazırlanmış çörəyin üstünə təm və rəng etibarilə

bir-birinə uyğun bir neçə növlü məhsul düzülür. Məsələn, burada

çörəyin üstünə uzununa tərəf suda bişirilmiş nərə, somğa, habelə,

sıxılmış kürü, sonra yenə somğa və nərə balığının əti düzülür;

bəzən isə kvadrat və paxlava şəklində doğranmış çörək tikəsinin

ortasına somğa, bucaqlarına dənəvər kürü, kənərlarına isə narın

doğranmış   göy   soğan   qoyulur.   Bu   məhsulların   üstünə   narın

227



doğranmış göyərti də səpilə bilər. Bu buterbrodlar qızardılmamış

çörək tikəsinin üzərində də hazırlana bilər.

 

3.9.3. Salat və vineqretlərin hazırlanma texnologiyası

Salat, bir növ yaxud müxtəlif növ tərəvəzlərdən ibarət və

içinə   mayonez   sousu   yaxud   xama   vurulmuş   (bir   qayda   olaraq

çuğundursuz) soyuq xörəklərdən ibarətdir. Vineqret də salatın bir

növünü təşkil edir, lakin buna mütləq çuğundur qatılır və içinə

xardal və bəzən isə xama vurulur.

Salat və vineqret üçün kartof, çuğundur, yerkökü qabıqlı,

turp   isə   qabıqsız   (soyulmuş)   şəkildə   bişirilir,   yaxud   da   bunlar

soyuduqdan sonra xırda doğranıb az miqdar (10%) suda bişirilir.

Salat və vineqret üçün istər bişmiş, istərsə də çiy tərəvəz kubik,

dilim,   girdə   və   çöp   şəklində   doğranır.   Bu   qayda   hazırlanmış

tərəvəz 8-10° temperatura qədər soyudulur.

Salat   və   vineqret   salat   qabında   yaxud   buludda   süfrəyə

verilir.


Salat iki üsulda tərtibə salınır.

Birinci   üsul.  Burada   salata   aid   soyudulmuş   məhsul

qatışdırılır, içinə müvafiq aşqar vurulur və təpəcik şəklində kahı

yarpağının   üstünə   salat   qabına   qoyulub   göyərti   və   məhsul   ilə

bəzədilir.



İkinci üsul.  Burada salata aid tərəvəz qatışdırılır və içinə

aşqar vurulub təpəcik şəklində buludun ortasına qoyularaq ətrafı-

na dəstə gül şəklində cürbəcür aşqarlı tərəvəz düzülür. Təpəciyin

ortası müxtəlif məhsullarla bəzədilir. Salat və vineqretin tərtibə

salınmasının üsulları (tərəvəzin doğranmasının forması, tərəvəzin

rəng etibarilə yerləşdirilməsi, bəzədilməsi) aşpazın ustalığından

asılı olmaqla çox müxtəlifdir.

Göy salat

 

228



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə