Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə54/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

Şnitsel   buğda   çörəyindən   ibarət   kruton   üzərinə   qoyulub

süfrəyə   verilə   bilər;   burada   şnitselin   üstünə   konservləşdirilmiş

meyvə və giləmeyvə qoyulur (50 q). Nazirsayağı şnitsel qırqovul

filesindən hazırlana bilər (196 q).



Hər pay üçün burada 235 q toyuq əti, 30 q buğda çörəyi, ½

ədəd yumurta, 20 q kərə yağı (qovurmaq üçün), 20 q kərə yağı

(bəzədilmək   üçün),   150   q   hazır   qarnir   və   azacıq   miqdarda

göyərti götürülür.

Kiyevsayağı kotlet

Burada hazırlanmış və təmizlənmiş sümüklü toyuq filesinin

üzərinə kərə yağı qoyulub üstünə əzilmiş xırda file əlavə edilir və

iri filenin kənarları qatlanaraq kotlet armudvarı formaya salınır.

Bundan   sonra   kotlet   lyezonda   isladılır   və   suxarı   ovuntusunda

urvalanıb   ikinci   dəfə   lyezonda   isladılır,   suxarıda   urvalanır   və

209



qazmaq tutunca 3-5 dəqiqə bol miqdar yağ içində qovrulur; sonra

bu kotlet quru tava içində 2-3 dəqiqəliyə qızdırıcı şkafa qoyulur.

Kotlet qovrulan kimi dərhal süfrəyə verilməlidir.

Süfrəyə   veriləndə   paylıq   buluda   buğda   çörəyindən   ibarət

kruton və onun da üstünə kotlet qoyulur, buna ərinmiş kərə yağı

tökülür, yanına isə qarnir yerində çöp şəklində doğranmış kartof

qızartması və göy noxud əlavə edilir. Kotletin sümüyünə kağız

borucuq (papilyotka) geydirilir.



Hər   pay   üçün  200   q  toyuq   əti,   30  q   kərə   yağı,   ¼  ədəd

yumurta, 25 q buğda çörəyi, 15 q yağ (qovurmaq üçün), 150 q

hazır   qarnir   və   10   q   kərə   yağı   (kotletin   üstünə   tökmək   üçün)

götürülür.

Bol yağ içində (fri)  qovrulmuş toyuq yaxud cücə

Burada   hazırlanmış   toyuq   yaxud   cücə   cəmdəkciyi   bütöv

şəkildə qaynar suda bişirilib hazır vəziyyətə gətirilir, sonra paylıq

tikələrə   doğranır,   duzlanır,   un,   lyezon   və   suxarı   ovuntusunda

urvalanır.   Urvalanmış   tikələr   170-180°   temperaturlu   bol   yağ

içində qazmaq tutunca 5 dəqiqə ərzində qızardılır, sonra isə 3-5

dəqiqəliyə qızdırıcı şkafda saxlanır. Süfrəyə verilən zaman toyuq

yaxud cücə əti tikələri buluda qoyulub üstünə kərə yağı tökülür,

yanına   isə   kartof   qızartması   əlavə   edilir,   xörək   göy   kahı

yarpaqları ilə bəzədilir. Ayrıca olaraq bu xörəyin yanında sous

qabında tomat sousu süfrəyə verilə bilər.

Suda bişirilmiş  cücə bütöv şəkildə  olaraq bol yağ  içində

qovrula   bilər;   belə   hallarda   süfrəyə   verilən   zaman   cücənin

ayaqlarına kağız borucuq (papilyotka) geydirilir.

Qarnir   yerində   burada   qırmızı   kələm   salatı,   kornişon,

marinadlaşdırılmış meyvə və giləmeyvə tətbiq edilə bilər.



Hər pay üçün burada 172 q toyuq əti, 183 q cücə əti, 4 q

buğda unu, 1/10  ədəd yumurta, 20 q budğa çörəyi,  12 q yağ

(qovurmaq üçün), 7 q kərə yağı və 150 q hazır qarnir götürülür.

210



Toyuq ətindən yaxud ov quşu ətindən döymə kotlet

Burada toyuq ətindən yaxud ov quşları ətindən (qarabağır,

tetra quşu, kəklik, qırqovul) hazırlanmış kotlet kütləsi hər payda

3-4 ədəd olmaqla (mal ətindən olan kotletdən daha xırda) paylıq

kotlet   şəklinə   salınır   və   suxarı   ovuntusunda   urvalanır.   Sonra

kotlet qazmaq tutunca əsas üsul üzrə qızardılır və qızdırıcı şkafa

qoyulub hazır vəziyyətə çatdırılır.

Süfrəyə   verilən   zaman   kotlet   buluda   yaxud   boşqaba

qoyulub yanına suda bişirilmiş yaxud qızardılmış kartof, kartof

püresi, qarabaşaq yaxud düyü şiləsi, makaron və yaxud da 3-4

növ tərəvəzdən ibarət (kartof, yerkökü,  göy noxud, göy lobya,

çiçək kələm, Brüssel kələmi və s.) güldəstəsi şəklində mürəkkəb

tərkibli qarnir əlavə edilir. Kotletin üstünə kərə yağı tökülür və

xörək göyərti ilə bəzədilir.



Hər pay üçün burada 185 q toyuq əti, ½ ədəd kəklik yaxud

qarabağır, 18 q buğda çörəyi, 26 q süd yaxud su, 3 q kərə yağı,

10   q   suxarı   (urvalamaq   üçün),   13   q   kərə   yağı   (qovurmaq   və

kotletin üstünə tökmək üçün) və 150 q hazır qarnir götürülür.

3.8.3. Öz buğunda bişirilmiş ev və ov quşları

Öz buğunda bişirmək üçün ev və ov quşları paylıq və xırda

tikələrə   bölünüb  soğan   və   tərəvəz   kökləri   ilə   birlikdə   bulyona

salınır.   Bundan   qabaq   ev   quşlarının     və   ov   quşlarının   bütöv

cəmdəkcikləri yaxud paylıq tikələri qazmaq tutunca qovrulur və

qovrulmuş  cəmdəkciklər  paylıq  tikələrə  parçalanır. Cücə bütöv

şəkildə olaraq öz buğunda bişirilə bilər.

Ev və ov quşlarının öz buğunda bişirilməsi üçün qapaqlı

qısa qazan yaxud qapaqlı uca qazan tətbiq edilir və xörək zəif

qaynadılaraq başa çatdıırlır.

211



Toyuq yaxud cücə əti və göbələkli tomat sousu

Burada   qovrulmuş   quş   əti   tikələri   qısa   qazana   salınıb

üzərinə göbələkli tomat sousu tökülür və zəif qaynatmaqla 15-20

dəqiqə öz buğunda bişirilir. Süfrəyə verilən zaman toyuq yaxud

cücə   əti   dərin   buluda   qoyulub,   yanına   kartof   qızartması   əlavə

edilir və üstünə göbələkli isti tomat sousu tökülür.

Süfrəyə verilən zaman bu xörəyin üstünə narın doğranmış

göyərti səpilir.



Hər pay üçün burada 216 q toyuq yaxud cücə əti, 4 q yağ,

100 q hazır sous və 150 q hazır qarnir götürülür.

Toyuğun yeyinti tullantılarından raqu

Burada   hazırlanmış   qaraciyər   pörtlədilir,   mədə   isə   hazır

olunca   bişirilir.   Hazırlanmış   yeyinti   tullantıları,   o   cümlədən

toyuğun boynu, başı, qanadları, ayaqları, qaraciyəri, mədəsi xırda

tikələrə   doğranıb   əsas   üsulda   qovrulur   və   qısa   qazana   salınıb

üstünə   qaynar   bulyon   yaxud   su   tökülür   və   tomat-püre   əlavə

edilərək   zəif   qaynatmaqla   30-40   dəqiqə   öz   buğunda   bişirilir.

Sonra bunun bulyonu  süzülür və yağda  qovrulmuş una qatılır.

Həmin   qayda   hazırlanmış   sous   xörəyin   üstünə   tökülür   və   ona

kartof   qızartması,   yağda  qovrulmuş  tərəvəz   (baş  soğan,   cəfəri,

turp, yerkökü), habelə duz, dəfnə yarpağı və istiot dənləri əlavə

edilib, hamısı birlikdə 15-20 dəqiqə öz buğunda bişirilərək hazır

vəziyyətə çatdırılır. Buna soyulmuş duzlu xiyar dilimləri də əlavə

edilə bilər. Bu xörək dərin bulud içində süfrəyə verilir və süfrəyə

veriləndə üstünə narın doğranmış göyərti səpilir.

Hər   pay   üçün   181   q   ev   quşları   yeyinti   tullantısı,   193   q

kartof, 25 q yerkökü, 30 q baş soğan, 15 q tomat-püre, 12 q yağ

və 3 q buğda unu götürülür.

212



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə