Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə50/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

Qoyun   ətindən   qiymə   yağda   qızardılır.   Üzərinə   şəkər   və

sirkə əlavə edilib hazır vəziyyətə çatdırılır.   Orta ölçülü yumru

almaların özəyi çıxarılıb oraya qiymə qoyulur və azacıq bulyonda

bişirilir.   Süfrəyə   verildikdə   üstünə   yağda   qızardılmış   soğan

qoyulur.

Qoyun əti 250 q, ərinmiş yağ 40 q, alma 800 q, baş soğan

60 q, şəkər 20 q, üzüm sirkəsi 40 q, zəfəran 0,4 q, duz.

Arzuman küftəsi

Qoyun   ətinin   bud   hissəsindən

baş soğanla qiymə hazırlanır, duz və

istiot   vurulub   soyudulur.   Qiymədən

iri   küftələr   hazırlanır,   içərisinə   bərk

bişirilmiş 1 ədəd yumurta qoyulur və

yumrulanır.   Küftələr   bulyonda   zəif

alov   üzərində   bişirilir.   Süfrəyə

verildikdə   üstünə   doğranmış   göyərti

səpilir, yanına ayrıca sumaq qoyulur.



Hər pay üçün burada 160 q qoyun əti, 40 q ərinmiş yağ, 30

q baş soğan, 1 ədəd yumurta, 15 q keşniş, 5 q sumaq, istiot və duz

götürülür. 

3.7.5. Kababların hazırlanması və süfrəyə verilməsi

Azərbaycan   kulinariyasında   quru   xörəklərin   əksəriyyəti

qoyun   ətindən   hazırlanır.   Burada   qoyun   ətinin   ayrı-ayrı

hissələrindən   paylıq   tikələr,   xırda   doğranmış   tikələr,   yaxud   da

193



qiymə şəklində istifadə edilir. Bəzən quru xörəklər mal, toyuq,

cücə, hind toyuğu, ördək və qaz ətindən də hazırlanır.

Balıqdan   hazırlanan   quru   xörəklərin   çeşidi   nisbətən

məhduddur, bunlardan əsasən bəzi xörəklər üçün xuruş hazırlanır.

Quru   xörəklər   süfrəyə   veriləndə   yanına   cürbəcür   təzə

göyərtilər - göy yaxud baş soğan, keşniş, şüyüd, kəvər, vəzəri,

qırmızı turp, reyhan, tərxun, nanə və habelə müxtəlif ədviyyatlar -

sumaq, istiot, duz qoyulur. Bəzən ət xörəklərinin yanına narşərab,

sirkə yaxud limon qoyulur.

Azərbaycan   kulinariyasının   quru   xörəklərindən   kabablar

xüsusilə   qeyd   olunmalıdır.   Basdırmakabab,   can   ətindən   kabab,

həvəskar kababı, qaraciyər və böyrək kababı, Karssayağı kabab

və s. tikə ətdən; lüləkabab, tavakabab, şamkabab və s. döyülmüş

ətdən hazırlanır.

“Kabab qanlı, igid canlı gərəkdi” deyərlər. Bayatılarda, el

deyimlərində  kababın adı xüsusi vurğu ilə səslənir. Qoyun  kə-

siləndə, alışma yananda kişilər: “Ay uşaq, ordan bir-iki şişlik ət

ver”   deyiblər.   Bizim   bu   şişlik   sözümüz   indi   digər   xalqların

menyusuna “şaşlık” adı ilə daxil olub. Kababın növləri çox, bişi-

rilmə qaydası müxtəlifdir. Lakin bütün kabablara xas olan ümumi

qaydalar mövcuddur.

Kabab  üçün  əti  xüsusi   qayda  ilə  hazırladıqda  (basdırma)

ətdən 40-50 q-lıq tikələr kəsir, minalı qaba yığıb üzərinə üzüm

sirkəsi və ya abqora, doğranmış soğan, istiot, duz, nar tökürlər;

onlar əti zərif və şirəli edir. basdırmanı soyuq yerə qoyub 3-4 saat

marinadlaşdırırlar. Sonra ət tikələri şişə taxılır və manqalda kö-

zərmiş kömür üzərində qızardılır. Kabab 5-7 dəqiqə qızardılmalı,

onun bərabər qaydada qızarması üçün şişlər arabir çevrilməlidir.

Tikə-kababın yanında halqavari doğranmış baş soğan, limon və

ya şişdə qızardılmış pomidor, ayrıca olaraq sumaq, duz və istiot

verilir.

Tikə-kabab

194



Tikə-kabab   üçün   qo-

yun  cəmdəyinin  bel, yaxud

bud hissəsindən 35-40 q-lıq

tikələr   kəsilib   şişə   taxılır,

üstünə duz səpilib və man-

qalda   közərmiş   kömür

üzərində   qızardılır.   Kömür

alovlanmasın   deyə,   ona

duzlu su çilənir.

Ət şişə taxılan zaman həm yağlı, həm də yağsız tikələr gö-

türülməlidir.   Ətin   bir   qaydada   qızarmasına   fikir   verilməlidir.

Tikə-kababın   bərabər   qaydada   qızarması   üçün   şişlər   arabir

çevrilir.

Tikə-kabab hazır olan kimi süfrəyə verilməlidir. Tikə-kaba-

bın üstünə halqavari doğranmış baş soğan, habelə çöp şəklində

doğranmış göy soğan və keşniş tökülüb süfrəyə verilir. Bundan

başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab,

sumaq, döyülmüş istiot və duz qoyulur. Yay zamanı tikə-kababın

hər payına 100 q şişdə qızardılmış pomidor da əlavə edilir.

Hər pay üçün burada 350 q qoyun əti, 1 baş soğan, 10 q

cəfəri və reyhan, 3 q sumaq, yaxud 5 q narşərab, təm üçün istiot,

duz götürülür.

Lülə-kabab

Qoyun   əti   soğanla   və

quyruqla birlikdə ətçəkən ma-

şından   keçirilir.   Sonra   ona

duz   və   istiot   vurulub

qarışdırılır,   20   dəqiqə   soyuq

yerdə   saxlanır.   Çəkilmiş   ət

lülə   şəklində   formalanıb   şiş-

lərə   taxılır.   Lülə-kababı   şişə

taxarkən əlləri duzlu suya ba-

195



tırmaq lazımdır. Lülə-kabab manqalda közərmiş kömür üzərində

bişirilir.   Bərabər   qaydada   qızarsın   deyə,   şişlər   arabir   çevrilir.

Lavaş hazırlamaq  üçün un ələnir,  içinə  su və duz qatılıb  bərk

xəmir yoğrulub və dərin boşqab ölçüsündə 1mm qalınlıqda ya-

yılır. Lavaşın hər iki üzü tavada və ya sacda bişirilir. 

Lülə-kabab lavaşın içində süfrəyə verilir və bunun yanına

doğranmış soğan, sumaq, yaxud hər pay üçün şişdə bişmiş pomi-

dor qoyulur.



Hər pay üçün burada 300q qoyun əti, 20q quyruq yağı, 40q

göy soğan, 15q reyhan və cəfəri 45q un və 5q duz götürülür.

Basdırma-kabab

Basdırma-kabab üçün mal əti (can əti) təxminən 35-40 q-lıq

tikələrə doğranır və sonra emallı qaba qoyulub içinə doğranmış

soğan,   duz,   istiot,   üzüm   sirkəsi,   yaxud   nar   qatılaraq   hamısı

birlikdə qarışdırılır və 3-4 saat ərzində soyuq yerdə saxlanır.

Lazım   gəldikdə   ət   tikələri   şişə   taxılır   və   soğandan

təmizlənərək közərmiş köz üstündə bişirilir. Kababın təmi yaxşı

olsun deyə, onu bişirilməzdən əvvəl kərə yağına salıb-çıxarmaq

məsləhət görülür.

Kabab   bişirilib   süfrəyə   veriləndə   yanına   qarnir   əvəzinə

soğan,   limon,   yaxud   şişdə   bişmiş   pomidor,   sumaq,   döyülmüş

istiot və duz qoyulur.



Hər pay üçün burada 300q mal əti (can əti), 1 baş soğan

(yarısı basdırma üçün), 15q nar, yaxud 10q üzüm sirkəsi, 5q kərə

yağı, 10q cəfəri, habelə təm üçün istiot, duz götürülür. 

Qazan kababı

Ət   hər   paya   2-3   tikə   olmaqla   doğranılır,   mis   qazanda

əvvəlcə öz buğunda pörtülür, yağa düşdükdə qovrulur, duz, istiot

196



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə