Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə46/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

bişirilmiş kartofdan, göy noxuddan və habelə 3-4 növ tərəvəzdən

hazırlanmış mürəkkəb tərkibdən ibarət olur.



Hər pay üçün burada 165 q qoyun əti, yaxud 180 q dana

əti, 5 q yağ (qovurmaq üçün), 150 q hazır qarnir və 50 q ət şirəsi

götürülür.

File və qarnir

Burada   hazırlanmış   can   ətinin   tikələri   tavada   140-150°

temperaturda   qızdırılmış   yağın   içinə   salınıb   hər   iki   tərəfdən

lazımi dərəcəyə qədər, rostbif kimi qovrulur.

Həmin xörək isidilmiş buludda süfrəyə verilir və ətin ya-

nına kartof qızartmasından yaxud bol yağda qızardılmış kartofdan

ibarət qarnir qoyulur. Süfrəyə  veriləndə bunun üstünə ət şirəsi

tökülür.


Hər pay üçün burada 161 q ət (can əti), 5 q kərə yağı, 150

q hazır qarnir və 5 q yağ götürülür.

Natural langet

Burada   hazırlanmış   yarımfab-

rikatdan   hər   pay   üçün   2   tikə   əsas

üsul   üzrə   hər   iki   tərəfdən   hazır

olunca qovrulur.

Langet   isidilmiş   paylıq   bu-

ludda süfrəyə  verilir və ətin yanına

kartof   qızartması   yaxud   suda   bişi-

rilib   qızardılmış   kartofdan,   yerkö-

kündən,   göy  noxuddan,  çiçək   kələmindən   yaxud   Brüssel   kələ-

mindən, lobyadan və s. ibarət mürəkkəb tərkibli qarnir qoyulur.

Süfrəyə verilən zaman langetin üstünə ət şirəsindən tökülür.

177



Hər pay üçün burada 161 q can əti, 7 q ərinmiş piy, 150 q

hazır qarnir götürülür.

Soğanlı və kornişonlu langet və qırmızı sous

Burada hazırlanmış yarımfabrikat natural langet kimi qov-

rulur. Bu xörək dərin paylıq buludda süfrəyə verilir və ətin yanına

kartof püresindən yaxud kartof qızartmasından ibarət qarnir qo-

yulur.  Ətin  üstünə  soğanlı   və  kornişonlu qırmızı  sous tökülür.

Langet   habelə   tomat,   madera   və   soğanlı   xama   sousu   ilə   də

süfrəyə verilə bilər.

Hər pay üçün burada 161 q can əti, 7 q ərinmiş piy və 150

q hazır qarnir və 75 q hazır sous götürülür.

Antrekot və kartof

Burada   hazırlanmış   yarımfab-

rikat   hər   iki   tərəfdən   əsas   üsulla

qovrulub hazır vəziyyətə gətirilir.

Süfrəyə  verilən  zaman  antrekot

isidilmiş paylıq buluda qoyulub yanı-

na   bütün   növlərdə   qızardılmış   kartof

və yonulmuş qıtıqotu əlavə edilir, üs-

tünə isə ət şirəsi tökülür. Antrekotun üzərinə həm də bir tikə yaşıl

yağ   qoyulur.   Burada   qarnir   süddə   bişirilmiş   kartofdan   ibarət

olduqda, ayrıca qabda süfrəyə verilir.

178



Hər pay üçün burada 161 q birinci növ mal əti, 7 q ərinmiş

piy, 150 q hazır qarnir, 15 q qıtığotu (kökü) və 15 q yaşıl yağ

götürülür.

Qoyun ətindən yaxud dana ətindən natural kotlet

Burada hazırlanmış yarımfabrikat hər iki tərəfdən qazmaq

tutunca əsas üsul üzrə qovrulur.

Natural kotlet isidilmiş paylıq buludda süfrəyə verilir; kot-

letin yanına suda bişirilib qızardılmış kartof yaxud tir şəklində

bol yağda qızardılmış (fri) kartof, yaxud da müxtəlif tərəvəzdən

(qızardılmış)   yaxud   suda   bişirilmiş   kartof,   süd   sousunda   bişi-

rilmiş tərəvəz, göy noxud, çiçək kələm, qınlı təzə lobya  və s.)

ibarət gül dəstəsi şəklində düzülmüş qarnir qoyulur.

Süfrəyə verilən zaman kotletin üstünə ət şirəsi tökülür və

sümüyünə papilyotka (kağız borucuq) geydirilir.

Qoyun   ətindən   hazırlanmış   natural   kotletin   yanında   sous

qabında ayrıca olaraq soğanlı süd sousu da süfrəyə verilə bilər.

Hər pay üçün burada 180 q dana əti (bel hissəsi), yaxud

165 q qoyun əti (bel hissəsi), 7 q ərinmiş piy və 150 q hazır

qarnir götürülür.

Soğanlı süd sousu: burada baş soğan narın doğranıb kərə

yağında   qazmaq   tutmamaq   şərtilə   azacıq   qızardılır   və   ət

bulyonuna salınıb qapağı örtülü qabda bişirilir. Sonra bişmiş baş

soğan qaynar, duru, əsas südlü sous ilə birləşdirilib qarışdırılır və

7-10   dəqiqə   bişirildikdən   sonra   içinə   duz   və   istiot   qatılıb   sıx

ələkdən keçirilir.

179



Həmin sous qoyun ətindən natural kotlet xörəyinin yanında

süfrəyə verilir.



Hər kq sous üçün 675 q süd, 40 q buğda unu, 40 q kərə

yağı və 238 q baş soğan götürülür.

Dana ətindən yaxud qoyun ətindən əzmə kotlet

Burada hazırlanmış yarımfabrikat qazmaq tutunca əsas üsul

üzrə qızardılır və sonra 5-10 dəqiqə qızdırıcı şkafa qoyulub əlavə

qızardılır.

Bu xörək paylıq buludlarda süfrəyə verilir və ətin yanına

gül dəstəsi şəklində sadə yaxud 3-4 növ tərəvəzdən ibarət (qızar-

dılmış yaxud suda bişirilmiş kartof, buğda bişirilmiş kələm, göy

noxud, çiçək kələm yaxud Brüssel kələmi və s.) qarnir qoyulur.

Süfrəyə verilən zaman kotletin üstünə kərə yağı tökülür və

sümüyünə papilyotka (kağız borucuq) geydirilir.



Hər pay üçün burada 169 q qoyun əti (bel hissəsi), yaxud

176 q dana əti (bel hissəsi), 15 q suxarı (urvalamaq üçün), 1/7

ədəd yumurta, 10 q yağ (qovurmaq üçün), 5 q kərə yağı və 150 q

hazır qarnir götürülür.

Döymə kotlet

Burada hazırlanmış və urvalanmış kotlet tavada 130-140°

temperaturda   qızdırılmış   yağın   içinə   salınır   və   8-10   dəqiqə

ərzində   qazmaq   tutunca   qızardılır.   Sonra   bu,   5-8   dəqiqəliyə

qızdırıcı   şkafa   qoyulub   hazır   vəziyyətə   çatdırılır.   Qızdırılmış

kotlet   hazır   olan   kimi   süfrəyə   verilməlidir,   çünki   saxlandıqda

onun dadı pisləşir.

180



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə