Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə42/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

sonra   qızardılmış   yaxud   bol   yağda   (fri)   qızardılmış   kartof

düzülür, üstünə bir dilim limon qoyulur və sonda xörək göyərti

ilə bəzədilir.

Ayrıca   olaraq   sous   qabında   xörəyin   yanına   tomat   sousu

yaxud kornişonlu soyuq mayonez sousu qoyulur.

Hər pay üçün burada 192 q dərisiz suf filesi yaxud 111 q

navaha, yaxud 167 q nərə balığı, 6 q un, 1/7 ədəd yumurta, 15 q

suxarı, 17 q yağ, 150 q hazır qarnir, 75 q hazır tomat sousu

yaxud 50 q kornişonlu mayonez sousu, 1/10 ədəd limon və 4 q

cəfəri göyərtisi götürülür.

 

Yaşıl yağda balıq qızartması

Bu xörək yuxarıda göstərilən xörək kimi bişirilir.

Xörək   süfrəyə   veriləndə   isidilmiş   paylıq   buluda   qoyulur,

yanına qarnir (suda bişmiş və sonra qızardılmış yaxud bol yağda

(fri))   qızardılmış   kartof   düzülür,   üstünə   bir   tikə   yaşıl   yağ   və

yanına isə bir dilim limon qoyulur.

Bu xörəyin yanına sous qabında isti tomat yaxud kornişonlu

soyuq mayonez sousu qoyulur.

Hər pay üçün burada 192 q suf balığı, 6 q un, 1/7 ədəd

yumurta, 15 q suxarı, 10 q yağ, 150 q hazır qarnir, 1/10 ədəd

limon,   10   q   yaşıl   yağ,   75   q   hazır   tomat   sousu   yaxud   50   q

kornişonlu mayonez götürülür.

Xəmirdə balıq qızartması

Burada   suf,   durna   balığı   yaxud   treska   filesi   tir   şəklində

doğranıb qabın içində  bitki yağına salınır və buna limon  duzu

yaxud limon şirəsi, döyülmüş istiot, duz, narın doğranmış cəfəri

göyərtisi əlavə edilərək 15-25 dəqiqə saxlanır. Sonra balıq tikələri

162



qabaqcadan hazırlanmış maye xəmirə salınıb çıxarılır, 5-7 dəqiqə

160-170°-li bol yağda qızardılır və ələkdən süzülüb qurudulur.

Bu xörək süfrəyə verilən zaman paylıq buluda kağız salfet

salınır,   salfetin   üstünə   təpəcik   formasında   qızardılmış   balıq

tikələri düzülür, bunun yanına bir dilim limon qoyulur və xörək

ya bol yağda (fri) qızardılmış yaxud çiy cəfəri ilə bəzədilir.

Ayrıca   olaraq   sous   qabında   xörəyin   yanına   tomat   sousu

yaxud kornişonlu mayonez sousu qoyulur.



Hər pay üçün burada 140 q suf yaxud 122 q nərə balığı, 0,5

q limon duzu, 4 q bitki yağı, 2 q cəfəri göyərtisi, 30 q un, ¾ ədəd

yumurta,   30   q   süd,   15   q   yağ,   175   q   hazır   tomat   sousu,   1/10

ədədlimon və 5 q cəfəri göyərtisi götürülür.

Balıq kotleti yaxud bitoçkası 

Burada   kotlet   kütləsi   kotlet   yaxud   bitoçka   şəklində

yastılanıb   suxarı   ovuntusunda   urvalanır   və   hər   iki   tərəfindən

qazmaq   əmələ   gəlincə   əsas   üsulda   qızardılır,   sonra   isə   8-10

dəqiqə qızdırıcı şkafda saxlanaraq hazır vəziyyətə gətirilir.

Süfrəyə   verilən   zaman   bu   xörək   isidilmiş   buluda   yaxud

boşqaba   qoyulub   üstünə   yağ   yaxud   tomat   sousu   tökülüb   və

göyərti vasitəsilə bəzədilir. Burada qarnir suda bişib qızardılmış

kartofdan   yaxud   suda   bişirilmiş   müxtəlif   tərəvəz   növlərindən

ibarətdir.



Hər pay üçün burada 195 q suf yaxud 162 q yayın balığı

yaxud 141 q durna balığı, 18 q buğda çörəyi, 25 q süd yaxud su,

10 q suxarı, 15 q yağ, 150 q hazır qarnir, 4 q göyərti   və 75 q

hazır tomat sousu götürülür.

3.6.4. Balıqdan milli xörəklərin hazırlanması və süfrəyə

verilməsi

Kütüm ləvəngi 

163



Balıq   bütöv   şəkildə   təmizlənir,

içalatı   çıxarılır   və   yuyulur.   Yağda

qızardılmış   soğana   döyülmüş   qoz,

isladılıb   xırda   doğranmış   zoğal   axtası

və kişmiş qatılıb qiymə hazırlanır. Balıq

duzlanır,   içinə   qiymə   qoyulub   sapla

sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə

verildikdə   eninə   tərəfə   tikələrə

doğranır. 

Hər pay üçün burada 250 q təzə

kütüm balığı, 50 q qoz ləpəsi, 30 q baş soğan, 10 q ərinmiş yağ,

25 q zoğal axtası, 50 q kişmiş, duz götürülür.

Qızardılmış qızılbalıq

Qızılbalıq   təmizlənir,

girdə   tikələrə   doğranır.   Duz,

istiot   vurulur,   unla   urvalanıb

yağda iki tərəfi qızardılır   və

bir   neçə   dəqiqə   qızdırıcı

şkafda   bişirilir.   Süfrəyə

verildikdə   yanına   doğranmış

baş   soğan   və   ya   göy   soğan

düzülür, üstünə göyərti səpilir,

yanına narşərab qoyulur.

Hər pay üçün burada 250 q qızılbalıq, 10 q buğda unu, 25

q   ərinmiş   yağ,   40   q   baş   soğan   və   ya   50   q   göy   soğan,   5   q

narşərab, 15 q cəfəri, 0,1 q istiot, duz götürülür.

Öz buğunda bişirilmiş kütüm

Təmizlənib   yuyulmuş   balıq   tikələrə   doğranıb,   azacıq

qızardılır   və   dayaz   qazana   yığılır.   Üzərinə   yağda   qızardılmış

soğan, alça, lavaşana, su və istiot tökülüb öz buğunda bişirilir.

164



Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti

səpilir. 



Hər pay üçün burada 255q təzə kütüm balığı, 15q ərinmiş

yağ, 30q baş soğan, 3q quru alça, 5q lavaşana, 15q keşniş, 0,1q

istiot və duz götürülür.

Nərə balığından kabab 

Nərə  balığın   adi   qaydada   təmizlənir,   40-50   q-lıq   düzgün

tikələrə   doğranıb,   duz,   istiot   vurulur,   xama   ilə   isladılıb   7-10

dəqiqə   manqalda   qızardılır.   Hazır   balıq   kababının   yanına   təzə

pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab

və sumax ayrıca verilir.



Hər pay üçün burada 347 q nərə balığı, 5 q bitki yağı və ya

10 q xama, 25 q baş soğan, 30 q göy soğan, 100 q təzə pomidor,

1/5 ədəd limon, 5 q narşərab, 1 q sumaq, 0,1 q istiot və duz

götürülür.

Balıq kotleti

 

Nərə   və   ya   ağ   balıq   ətinin

yumşaq   hissəsindən   baş   soğanla

birlikdə qiymə hazırlanır. Qiyməyə

süddə isladılmış ağ çörək, istiot və

duz   qatılıb   qarışdırılır.   Kotlet

165



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə