Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə45/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

Hər pay üçün burada 164 q II növ mal əti, 100 q kartof, 32

q yerkökü, 30 q turp, 25 q təzə kələm, 28 q baş soğan və 75 q

hazır sous götürülür.

Sous içində ət konservi və yanında kartof püresi

Burada ət konservi əvvəllərdə göstərildiyi kimi emaldan ke-

çirilir. Baş soğan və yerkökü çöp şəklində doğranıb konservdən

çıxan yağda qızardılır, sonra içinə tomat-püre qatılıb hamısı bir-

likdə təkrar qızardılır. Konservdən əldə edilən bulyon qızdırılır və

qabaqca isti bulyonda açılıb yağda qovrulmuş una qatılır; bunun

içinə yağda qızardılmış tərəvəz əlavə edilib qızdırılır. Sonra isə

buna konservləşdirilmiş ət qatılır 

Süfrəyə verilən zaman sousdakı ət konservi isidilmiş paylıq

buluda yaxud boşqaba qoyulur, yanına yağlı və südlü kartof pü-

resi tökülür, ətin üstünə isə göyərti səpilir.

Hər pay üçün burada 50 q ət konservi, 300 q kartof, 25 q

süd, 10 q kərə yağı, 20 q baş soğan, 20 q yerkökü, 10 q tomat-

püre, 3 q buğda unu, 4 q duz və azacıq göyərti götürülür.

Mal əti və kartof qızartması ilə birlikdə lobya konservi

Burada kartof kübik şəklində doğranıb əsas üsul üzrə qızar-

dılır.   Eyni   zamanda   baş   soğan   yenə   kubik   şəklində   doğranıb

yağda qızardılır.

Konserv bankası açılıb isidilir, mal əti ilə lobya qaba qoyu-

lur və üstünə yağda qızardılmış baş soğan əlavə edildikdən sonra

hamısı birlikdə qatışdırılıb isidilir.

Süfrəyə verilən zaman boşqaba qızardılmış isti kartof qoyu-

lub üstünə mal əti ilə birlikdə konservləşdirilmiş lobya və soğan

əlavə edilir.

173



Hər pay üçün burada 100 q mal əti ilə birlikdə konserv-

ləşdirilmiş   lobya,   300   q   kartof,   10   q   yağ   və   20   q   baş   soğan

götürülür.

Suda bişirilmiş dil və qırmızı sous

Burada suda bişirilib təmiz-

lənmiş   dil   paylıq   tikələrə   (hər

paya 2-3 tikə) doğranıb qızdırılır.

Süfrəyə   verilən   zaman   dil

isidilmiş paylıq buluda qoyulur və

yanına   kartof   püresi   yaxud   göy

noxud   əlavə   edilir;   dilin   üstünə

qırmızı   sous   yaxud   soğanlı   və

kornişonlu qırmızı sous, yaxud tomat sousu və yaxud da madera

sousu tökülür.

Hər pay üçün burada 115 q dil (boğazsız), 5 q yerkökü, 5 q

baş   soğan,   5   q   cəfəri,   150   q   hazır   qarnirvə   75   q   hazır   sous

götürülür.

Kartof  püresi ilə yaxud buğda bişmiş kələm ilə sosiska yaxud

sardelka

Burada sosiska qaynar suya salınıb 3-5 dəqiqə, sardelka isə

7-10 dəqiqə bişirilir.

Süfrəyə   verilən   zaman   sosiska   yaxud   sardelka   qızdırılıb

buluda   qoyulur   və   yanına   kartof   püresi   əlavə   edilir.   Sosiska

buğda   bişmiş   kələm   ilə   də   süfrəyə   verilə   bilər.   Belə   olduqda

buğda bişmiş kələm buluda qoyulur, onun da üstünə qızdırılmış

sosiska yaxud sardelka qoyulub qırmızı sous yaxud tomat sousu

tökülür. Sosiska və sardelka qarnirsiz də süfrəyə verilə bilər.

174



Hər pay burada 77 q sosiska yaxud sardelka, 150 q hazır

qarnir, 50 q hazır sous və 3 q yağ götürülür.

3.7.2. Qovrulmuş ət

Ət, iri və xırda tikələrlə əsas üsulda olaraq qızdırıcı şkafda,

bol   yağ   içində   (früter)   və   kömür   üzərində   qovrulur.   Burada

hazırlanmış paylıq ət tikələri qovurmaqdan qabaq toxmaqla əzilir

və   bunun   da   nəticəsində   həm   ətin   birləşdirici   toxumaları

mexaniki   surətdə   yumşalır,   həm   də   ət   tikəsi   müvafiq   formaya

salınır.

Əsas   üsulda   qovrulan   zaman   hazırlanmış   ət   tavada   120-

150° temperaturda qızdırılmış yağın içinə salınır və burada ətin

səthindəki   zülallar   tez   pıxtalaşır.   Qovurma   nəticəsində   ətin

səthində mürəkkəb üzvi birləşmələrdən ibarət xarakterik təm və

aromat verən spesifik qazmaq əmələ gəlir. Həmin qazmağın bir

çox üzvi maddələri insanın həzm orqanlarını təxərrüşə gətirir və

ona görə də xörək daha yaxşı həzmə gedir. Qovuran zaman ətin

suyu   buxarlanır,  əriyən   xarakterli   üzvi  birləşmələr  və  müxtəlif

duzlar isə qalır ki, bunun da nəticəsində qovrulmuş ət bişmiş ətə

nisbətən daha dadlı, daha aromatlı və daha qidalı olur.

Rostbif

Burada   can   ətindən,   bel   və

miyantəng   hissələrindən   kəsilmiş

iri ət tikələri tavada 130-140° tem-

peraturda   qızdırılmış   yağın   içinə

salınıb   qazmaq   tutunca   qovrulur.

Sonra   ət   qızdırıcı   şkafa   qoyulub

175



hər 5-10 dəqiqədən bir çıxan şirəsi öz üzərinə tökülür. Rostbif

aşağıdakı qaydalarda qovrula bilər:

a) tamamilə qovrulunca (burada ətin içi boz rəngə düşür);

b) orta   dərəcədə   qovrulunca   (ətin   içində   mərkəz   hissəsi

çəhrayı rəngə düşür);

c) qazmaq tutunca (ətin ortası çiytəhər və qanlı qalır).

Ət   qovrulandan   sonra   əldə   edilən   maye   buxarlanır,   yağı

süzülür, qabın içinə isə ət bulyonu tökülüb qaynadılır və süzülür.

Əldə edilən bulyon (ətin şirəsi) qovrulmuş natural ət tikələrinin

üstünə tökülür.

Rostbif   isidilmiş   paylıq   buludlarda   (hər   payda   2-3   tikə)

süfrəyə   verilir   və   yanına   3-4   növ   bişmiş   və   yağ   vurulmuş

tərəvəzdən  ibarət (kartof, yerkökü,  göy noxud, çiçək kələm və

i.a.) qarnir və yonulmuş qıtıqotu qoyulur. Süfrəyə verilən zaman

bu xörəyin üstünə ət şirəsi tökülür. Rostbif habelə bişmiş kartof

və yonulmuş qıtıqotu ilə də süfrəyə verilə bilər.



Hər pay üçün burada 155 q ət (can əti, miyantəng və bel

hissəsi), 3 q yağ (qovurmaq üçün), 150 q hazır qarnir və 50q ət

şirəsi götürülür.

Qovrulmuş qoyun əti yaxud dana əti və qarnir

Burada hazırlanmış iri ət tikələri tavaya qoyulub üstünə yağ

tökülür və plitənin üzərində qovrulduqdan sonra qızdırıcı şkafa

qoyulub 200-250° temperaturda hazır vəziyyətə gətirilir.

Qovrulan zaman bu ətin çıxan şirəsi vaxtaşarı qaydada öz

üstünə tökülür. Qovurandan sonra qalan yağ və şirə, rostbif üçün

olduğu kimi emaldan keçirilir. Süfrəyə verilən zaman ət paylıq

tikələrə (hər payda 2-3 tikə) doğranıb isidilmiş buluda qoyulur,

üstünə ət şirəsi tökülür və yanına qarnir əlavə edilir; həmin qarnir

qoyun əti üçün – qarabaşaq şiləsindən, yağ içində yaxud tomat

içində lobyadan, bişmiş yaxud qızardılmış kartofdan və nəhayət

dana əti üçün isə suda bişmiş yaxud qızardılmış kartofdan, süddə

176



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə