Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə47/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

Kotlet   paylıq   buludlarda   süfrəyə   verilir;   kotletin   yanına

qarnir   qoyulur;   qarnir   isə   qızardılmış   yaxud   suda   bişirilmiş

kartofdan,   kartof   püresindən,   buxarda   bişirilmiş   kələmdən,

makaron   məmulatından,   müxtəlif   şilələrdən   yaxud   da   3-4   növ

tərəvəzdən hazırlanıb gül dəstəsi şəklində tərkibdən ibarət olur.

Süfrəyə verilən zaman kotletin üstünə kərə yağı yaxud sous

(qırmızı sous, tomat sousu, soğanlı və kornişonlu qırmızı sous,

soğanlı xama sousu və s.) tökülür.



Hər pay üçün burada 100 q III növ mal əti, 18 q buğda

çörəyi, 22 q süd yaxud su, 10 q suxarı (urvalamaq üçün), 5 q yağ

(qovurmaq üçün), 150 q hazır qarnir və 10 q kərə yağı yaxud 50

q hazır sous götürülür.

Qulyaş

Burada   hazırlanmış   yarımfabrikat   qazmaq   tutunca   əsas

üsulda qovrulub dərin qaba qoyulur, üstünə isti bulyon yaxud su

tökülür və tomat-püre əlavə edilərək 1 saat müddətində bişirilir.

Sonra bunun içinə  ət  bulyonunda  açılmış  və süzülmüş  qırmızı

sous tökülür, habelə doğranıb yağda qızardılmış baş soğan, istiot

dənləri,   dəfnə   yarpağı   və   döyülmüş   sarımsaq   əlavə   edilərək

hamısı   birlikdə   zəif   qaynatmaq   şərtilə   15-20   dəqiqə   ərzində

bişirilir. Bu xörək bişən zaman içinə xama da vurula bilər.

Süfrəyə verilən zaman qulyaş paylıq buluda qoyulub yanına

qızardılmış, yaxud suda bişirilmiş kartofdan ibarət qarnir əlavə

edilir, üstünə isə narın doğranmış cəfəri göyərtisi və yaxud şüyüd

səpilir.

Hər pay üçün burada 161 q II növ mal əti, 7 q yağ, 25 q

baş soğan, 15 q tomat-püre, 5 q buğda unu, 20 q xama, 0,5 q

sarımsaq, 150 q hazır qarnir və azacıq göyərti götürülür.

3.7.3. Külləmə edilmiş ət

181



Külləmə ediləsi ət məhsulları qabaqca suda bişirilib yaxud

qovrulub   hazır   vəziyyətə   gətirilir.   Sonra   həmin   ət   qarnirlə

birlikdə paylıq tavada yaxud buludda qızdırıcı şkafa qoyulub 250-

350° temperaturda kabab edilir.

Külləmə   edilmiş   ət   75-85°   temperaturda   qızdırılmalı   və

səthində qazmaq tutmalıdır.

Külləmə edilmiş ət hazır olan kimi süfrəyə verilir. Süfrəyə

verilən zaman bunun üstünə yağ əridilib tökülür.



Soğan sousunda kabab edilmiş mal əti

Burada mal ətinin iri tikələri suda bişirilib paylıq tikələrə

(hər payda 2-3 tikə) doğranır və paylıq buludun yaxud tavanın

ortasına qoyulur. Sonra qənnadı kisəsindən ətin ətrafına süd və

yumurta vurulmuş qatı kartof püresi tökülür yaxud suda bişirilmiş

kartof dilimləri düzülür. Bundan sonra ətin üzərinə soğan sousu

tökülür,   pendir   ovuntusu   yaxud   döyülmüş   suxarı   səpilir,   yağ

çilənir və 10-15 dəqiqə ərzində qızdırıcı şkafda kabab edilir.

Süfrəyə verilən zaman bu xörəyin üzərinə narın doğranmış

cəfəri   göyərtisi   səpilir.   Kabab   etmək   üçün   qabaqca   qovrulub

sonra öz buğunda bişirilmiş mal əti də tətbiq edilə bilər.

Hər pay üçün burada 164 q II növ mal əti, 210 q kartof, 2 q

suxarı, 3 q pendir, 100 q hazır sous və azacıq miqdar göyərti

götürülür.

Ətli kartof zapenkankası

Burada suda bişirilmiş kartof əzilib kartof həlimi ilə lazımi

qatılığa   çatdırılır   və   içinə   yağ   əridilib   töküldükdən   sonra   duz

vurulub hamısı  birlikdə ciddi qarışdırılır;  buna çiy yumurta da

vurula   bilər.   Sonra   dibinə   yağ   sürtülmüş   və   suxarı   ovuntusu

səpilmiş tavanın içinə bir lay kartof kütləsi yayılır, onun üzərinə

182



bir lay ət qiyməsi və sonra bunun üstündən yenə təkrar kartof

kütləsi   yayılır.   Bunun   səthi   hamarlanıb,   lyezon   sürtülür   və

qızdırıcı   şkafda   bişirilir.   Süfrəyə   verilən   zaman   ətli   kartof

zapekankası paylıq tikələrə doğranır, bunun da üstünə əridilmiş

yağ yaxud da qırmızı sous və ya tomat sousu tökülür.

Qiymənin hazırlanması. Burada mal ətinin yumşaq hissəsi

xırda   tikələr   şəklində   doğranıb   əsas   üsulda   qovrulur   və   sonra

dərin qaba qoyulub içinə azacıq su əlavə edilir və hazır vəziyyətə

gəlincə   bişirilir.   Hazır   olmuş   ət   ətçəkən   maşından   keçirilir   və

buna yağda qızardılmış  soğan, duz və döyülmüş  istiot vurulub

ciddi qarışdırılır.



Hər pay üçün burada 161 q III növ mal əti, 400 q kartof, 29

q baş soğan, 15 q yağ, 6 q suxarı və 10 q kərə yağı yaxud 75 q

hazır sous götürülür.

Ətli makaron kökəsi (makaronnik)

Bu xörək üçün suda bişirilmiş  makarona çiy yumurta  və

duz vurulub hamısı birlikdə qarışdırılır. Dibinə yağ sürtülmüş və

suxarı   ovuntusu   səpilmiş   tavanın   içinə   bir   lay   makaron,   onun

üstünə   bir   qat   ət   qiyməsi   və   bunun   da   üstünə   yenə   bir   lay

makaron qoyulur. Bunun səthi hamarlandıqdan sonra yağ səpilib

qızdırıcı şkafda bişirilir.

Süfrəyə   verilən   zaman   makaron   kökəsi   paylıq   tikələrə

doğranır və bunun üstünə kərə yağı əridilib tökülür.

Burada ət qiyməsi ətli kartof zapekankası üçün olduğu kimi

hazırlanır.

Hər pay üçün 161 q III növ mal əti, 80 q makaron, 29 q baş

soğan, ¼ ədəd yumurta, 15 q yağ, 6 q suxarı və 10 q kərə yağı

götürülür.

Kələm dolması

183



Burada ağbaş kələmin hazırlanmış yarpaqlarına ət qiyməsi

bükülür və buna val forması verilir.

Bükülən   dolma   dibinə   yağ   sürtülmüş   dərin   tavanın   içinə

düzülüb hər iki tərəfdən qovrulur. Sonra bunun üstünə tomatlı

xama sousu tökülür və hazır olunca 

2

1



1

1



 saat ərzində qızdırıcı

şkafda bişirilir.

Kələm dolması bulud içində (hər payda iki ədəd) süfrəyə

verilir;   süfrəyə   verilən   zaman   dolmanın   sousu   onun   üstünə

tökülür.

Qiymənin  hazırlanması:  burada  çiy  ət  ətçəkən   maşından

keçirilir və sonra buna suda bişirilmiş düyü, yağda qızardılmış

soğan, duz və döyülmüş istiot əlavə edilib hamısı birlikdə ciddi

qarışdırılır.



Hər pay üçün burada 164 q mal əti, 220 q təzə kələm, 15 q

düyü, 29 q baş soğan, 10 q yağ və 125 q hazır sous götürülür.

Tavada bişirilmiş yığma ət solyankası

Burada suda bişirilmiş ət, böyrək, sosiska yaxud sardelka

xırda tikələrə doğranıb yağda qızardılmış soğanla yaxud da onsuz

qovrulur. Sonra bu məhsul qırmızı sousa yaxud madera sousuna

salınır   və  buna   paxlava   şəklində   doğranıb   suda   bişirilmiş   (qa-

baqca qabığı soyulub toxumu çıxarılmış) duzlu xiyar, çərdəksiz

zeytun  və kapers əlavə  edilərək  hamısı  birlikdə  qızdırılır.  Sol-

yanka xörəyinə vetçina da (20 q) qatıla bilər.

Dibinə yağ sürtülmüş paylıq tavanın içinə bir qat buxarda

bişirilmiş   kələm   qoyulub   onun   üstünə   bir   lay   qatışdırılmış   ət

məhsulu və bunun da üstündən yenə bir lay buxarda bişirilmiş

kələm qoyulur. Səthi hamarlandıqdan sonra bunun üstünə pendir

qatılmış suxarı ovuntusu səpilir, yağ çilənir və qızdırıcı şkafda

bişirilir.

184



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə