Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə51/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

və yağda qızardılmış soğan qatılır. Hazır olana yaxın üzərinə nar

dənələri əlavə edilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir.



Qoyun   əti   1200  q,  quyruq  yağı  80  q,  baş  soğan  500  q,

göyərti 20 q, nar 100 q, istiot, duz.

Tas kabab

Ət   xırda   doğranıb   duzlanır   və   istiot   vurulur.   Soğan

halqavarı   doğranıb   istiot   və   sumaqla   qarışdırılır.   Sonra   ət   və

doğranmış   soğan   növbə   ilə   qat-qat   yastı   qazana   yığılır,   ağzı

örtülərək sobada bişirilir. Ət öz suyunda həll bişməlidir. Süfrəyə

verdikdə üstünə doğranmış göyərti səpilir.



Yağlı ət 1000 q, baş soğan 12-15 ədəd, zövqə görə istiot,

duz, sumaq və ya nar, göyərti.

Şam kabab

Yumşaq qoyun əti baş soğanla birlikdə ətçəkən maşından

keçirilir, qiyməyə duz və istiot vurulub yaxşıca qarışdırılır. Hər

pay   üçün   6   ədəd   xırda   bitoçkilər   hazırlanıb   tavada   qızardılır.

Süfrəyə   verilən   zaman   şam   kababın   üstünə   doğranmış   göyərti

səpilir, yanına darçınlı qatıq qoyulur.



Qoyun əti 800 q, ərinmiş yağ 120 q, baş soğan 120 q, qatıq

200 q, göyərti 80 q, darçın 0,8 q, təm üçün istiot və duz. 

3.7.6. Qoyun əti ilə plov xörəklərin hazırlanması və süfrəyə

verilməsi

197



Azərbaycanda ən çox yayılmış xörəklərdən biri də plovdur.

Plov   ta   qədimdən   mətbəximizin   baş   xörəklərindən   olub.   Bu

xörəyin   hazırlanmasının   70-ə   qədər   resepti   məlumdur.   Plov

süzmə   və   çəkmə   olur.   Süzmə   plovlar   onların   yanına   qoyulan

xuruşlar   ilə   adlanır.   Məsələn,   səbzi-qovurma   plov,  paxla   plov,

şüyüd plov, cücə plov, şirin plov və s. 

Plovun   düyüsünü   yarımhazır   olana   qədər   bişirib   dəmə

qoymaq kimi xüsusi texnoloji üsulla hazırlanması da bilavasitə

yalnız   azərbaycanlılara   məxsusdur.   Qədim   səyyahlar   Şirvan

hakimi   Abdulla   xanın   qonaqlığında   200-dən   çox   plov   xuruşu

gördüklərini yazırlar. 

Plov   hazırlamaq   üçün   xüsusi   düyü   növlərindən   -   sədri,

əkulə, ənbərbu, qaraqılçaq, ağqılçaq və s.-dən ibarət olur.

Daha yaxşı plov bişirmək üçün düyü yaxşı arıtlanır və 7-8

saat suda qoyulur. Həmin suya duz tökülür. 

Böyük qazanda su qaynadılır və duzlanır. Yadda saxlamaq

lazımdır   ki,   düyü   duzlu   suda   bişirilməlidir.   Bunun   üçün   1kq

düyüyə 6 litr su və 50 q duz götürülür. Düyü qaynadıqda onun

kəfi alınır. Bir qədər qaynadıqdan sonra düyü kəfkirlə götürülür,

iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa əzilirsə,

düyü süzülür. Düyü həlimlidirsə, üstünə qaynar su gəzdirilir.

Süzmə plovlar, bir qayda olaraq, qazmaqla hazırlanır. Qaz-

maqlar müxtəlif olur. Ailənin zövqündən asılı olaraq ya yumurta

qazmağı, ya düyü qazmağı, ya da yuxa qazmağı hazırlanır.

198



Yumurta qazmağı hazırlamaq üçün bir neçə yumurta qaba

çırpılır və çalınır, içinə bir qaşıq xama tökülür və süzülmüş düyü

qatılıb qarışdırılır. Qazanda yağ qızdırılır və həmin yumurta qa-

rışığı ora tökülüb qazanın dibinə yayılır. Qazmaq özünü tutduq-

dan   sonra  süzülmüş   düyü   yavaş-yavaş  qazana  tökülür,   zəfəran

dəmlənir (1q zəfəran 100q suya tökülüb 60-70° temperaturda qız-

dırılır), düyünün üstünə çilənir və plov dəmə qoyulur. Bu vaxt qa-

zanın   altına   dəmir   qoyulur   ki,   hər   tərəfi   eyni   qaydada   qızsın.

Buxar qazana tökülməsin deyə, qazanın qapağı dəsmalla tutulur.

Çox vaxt plov üçün yuxa qazmaq hazırlanır. Bunun üçün

bir qədər un, bir az yağ, su və duz ilə xəmir yoğrulur. 1-2 sm qa-

lınlıqda yayılır və qazanın dibindəki dağ olmuş yağın içinə sa-

lınır. Yuxa özünü tutandan sonra, əvvəldə dediyimiz kimi, plov

dəmə qoyulur.

Düyü yarım dəm aldıqda qazanın ağzı açılıb düyünün üzə-

rinə bir qədər yağ tökülür və yenidən dəmə qoyulur. Dəm alın-

dıqdan sonra plov oddan götürülür, düyü böyük buluda çəkilir,

üstünə əridilmiş kərə yağı tökülür, qazmağı buludun qıraqlarına

qoyulur və xuruş ayrıca boşqaba çəkilib süfrəyə verilir.

2-3 cür xörək verilən məclis üçün plov bişirilərkən 3 adama

1 stəkan düyü nəzərdə tutulur.  

Qovurma plov

Sümüksüz yumşaq qoyun əti 35-40 q-lıq tikələrə doğranır,

duz və istiot vurulur, az bulyon içində bişirilir. Ət hazır olduqdan

sonra bulyon qalmışsa, ayrı bir qaba boşaldılır və üstünə yağda

qızardılmış   soğan,   suda   yuyulmuş   alça   qurusu   əlavə   edilərək

hamısı   birlikdə   öz   buğundə   bişirilir.   Qovurma   quru   olmuşsa,

üstünə bir az bulyon tökülüb, hazır olunca bişirilir.

Düyüdən adi plov hazırlanır.

Süfrəyə verilən zaman buluda plov çəkilir, yanına qazmaq

qoyulur və ayrıca boşqabda qovurma verilir.

199



Hər   pay   üçün   burada   200q   qoyun   əti,   150q   düyü,   40q

ərinmiş yağ, 2 baş soğan, 20q alçaqurusu, 10q buğda unu, yarım

yumurta,  0,1 ədəd zəfəran, habelə təm üçün istiot duz götürülür.

Turşu-qovurma plov

Qoyun əti tikələrə doğranır yağ içində qovrulur və üstünə

bir az bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Ayrıca

tavada yağda soğan qızardılır, üstünə sarıkök tökülür. Albuxara,

qaysı qurusu əvvəl soyuq suda, sonra isti suda yuyulur, şabalıd

çərtilir, duzlu suda bir az bişirilib qabıqdan çıxarılır.

Hər şey hazır olduqdan sonra qazana lay-lay ət, yağ-soğan,

albuxara, qaysı qurusu, şabalıd tökülür. Ətdən qalan bulyondan

bir az əlavə edilib vam istilikdə bişirilir.

Düyüdən plov bişirilir və süfrəyə veriləndə böyük buluda

plov çəkilir, turşu-qovurma da ayrıca boşqabda süfrəyə verilir.

Qeyd:  bu   plovun   yanına   hər   pay   üçün   100q   qızardılmış

badımcan da qoyula bilər.



Hər pay üçün burada 200q qoyun əti, 150q düyü, 50q ərin-

miş yağ, 1 baş soğan, 30q albuxara, 50q şabalıd, 50q qaysı quru-

su,   0,5q   sarıkök,   1q   zəfəran.   Habelə   təm   üçün   istiot,   duz

götürülür.

Səbzi-qovurma plov

Səbzi-qovurma plov üçün yumşaq qoyun əti 35-40 q-lıq ti-

kələrə doğranır və buna duz, istiot vurulub qızardılmış tavada yağ

içində   qızardılır.   Sonra   buna   abqora,   yağda   qızardılmış   soğan,

doğranmış göyərti əlavə edilərək az miqdar bulyon içində hazır

olunca bişirilir.

Ayrıca da düyüdən plov hazırlanır və düyünün üzərinə zə-

fəran şirəsi vurulur. Süfrəyə verilən zaman düyü təpəcik şəklində

boşqaba çəkilir, üzərinə isə yağ tökülür, yanına boşqabda hazır

səbzi-qovurma qoyulur.

200



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə