Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə60/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

Norma 3 kartof, 3 yumurta, 3 yerkökü, 200q kələm, 1 alma,

1 xiyar, keşniş, şüyüd, göy soğan, xama, duz, istiot götürülür.

“Azərbaycan” salatı

Təzə pomidor, xiyar, qırmızı istiot nazık dairələr şəklində

doğranıb   boşqaba   qoyulur   və   ortasına   doğranmış   göy   soğan

tökülür.   Baş   soğan   halqavari   doğranır,   pomidorun   üzərinə

düzülür, duz, istiot vurulur, xama əlavə edilir, üzərinə doğranmış

şüyüd səpilir. Kənarları yaşıl kahı yarpaqları ilə bəzədilir.



Norma:   pomidor   60q,   xiyar   45q,   göy   soğan   150q,   baş

soğan 20q, xama 30q, şüyüd və istiot, duz götürülür.

“Xəzər” salatı

Balığı   bişirib   dərisini   və   qığırdaqlarını   təmizləyirlər.

doğranmış   tərəvəzləri   xamai   lə   qarışdırıb   təpəcik   şəklində

boşqaba tökür, uzununa bölünmüş balığı, kahı yarpaqları, tərxun,

dənəvər kürü qoyulmuş xiyar dilimləri və somğa ilə bəzəyirlər.

Nərə balığı – 375 q, zəif duzlu somğa balığı – 55 q, dənəvər

kürü – 30 q, kartof – 160 q, təzə xiyar – 180 q, tərxun – 55 q, kahı

– 55 q, xama – 160 q, limon – 1 ədəd, istiot, duz.

Nərə, ağ balıq və ya suf salatı

Burada   bişirilmiş   kartof   və   yerkökü,   təzə   yaxud   duza

qoyulmuş xiyar dilim şəklində doğranır və buna mayonez sousu

vurulur, sonra isə buna göy noxud yaxud salat aşqarı qatılır və

hamısı   birlikdə   ciddi   qarışdırılır.   Həmin   tərəvəzin   içinə   balıq

233



filesi tikələri və çiçək kələmi qatıla bilər. Bu qaydada hazırlanmış

tərəvəz   təpəcik   şəklində   salat   qabının   içində   kahı   yarpaqları

üzərinə qoyulur və balıq filesi tikəsi, girdə doğranmış təzə xiyar,

pomidor və cəfəri ilə bəzədilir.

Bu   salat   buludun   içində   də   süfrəyə   verilə   bilər.   Belə

olduqda   salatın   bir   hissəsi   təpəcik   şəklində   buludun   ortasına

qoyulur   və   nazik   balıq   tikələri   ilə   piramida   formasına   salınır.

Ətrafına gül dəstəsi şəklində yerdə qalan tərəvəz düzülür. 



100q nərə balığı, 85q ağ balıq yaxud 130q süf filesi, 55q

kartof,  40q  xiyar,  15q göy  noxud  konservi,  25q pomidor, 15q

kahı, 15q hazır aşqar və yaxud 30q mayonez sousu götürülür.

Tərəvəz vineqreti

Burada qabığı soyulmuş,

yerkökü,   çuğundur,   kartof,

duzlu   xiyar   dilim   şəklində

doğranır. Sonra isə baş soğan

halqa və yarımhalqa,  göy so-

ğan   isə   girdə   şəklində   doğ-

ranır,   şoraba   kələmi   sıxılıb

şirəsi   çixarılır,   çox   duzlu

olduğu halda yuyulur. 

Bu   qayda   ilə   hazırlanmış   məhsula   salat   aşqarı   və   ya

mayonez   sousu   vurulur.   Aşqarlanmış   tərəvəz   salat   qabına

qoyulur, fiqur şəklində doğranmış yerkökü, çuğundur, xiyar ilə

bəzədilir, üzərinə narın doğranmış şüyüd səpilir. Vineqret lobya

ilə də hazırlana bilər.

234



Norma: 200 q çuğundur, 130 q yerkökü, 280 q kartof, 190

q göy soğan,  430 q şoraba kələmi, 100 q hazırlanmış aşqar və

lobya götürülür.

Göbələk, balıq yaxud ət ilə birlikdə tərəvəz vineqreti

Burada hazırlanmış tərəvəz vineqreti göbələk yaxud balıq

və ət ilə birlikdə süfrəyə verilə bilər.

Göbələklə   hazırlanan   tərəvəz   vineqretinə   marınadlaşdırıl-

mış  yaxud  duzlu göbələk  (ağ  göbələk, enlipapaq  göbələk,  sarı

göbələk, yağlı göbələk və s.) doğranıb qatılır.

Balıq   ilə   birlikdə   hazırlanan   tərəvəz   vineqretinə   suda

bişirilib xırda doğranmış balıq (nərə cinsinə aid) əti qatılır. Başqa

növ   balıqlardan   hazırlanan   zaman   vineqretin   üzərinə   2-3   tikə

qızardılmış sümüklü balıq qoyulur, konservləşdirilmiş göy noxud

və marinadlaşdırılmış gavalı qatılır.

Ət vineqreti hazırlayan zaman tərəvəzin içinə suda bişmiş

mal və ya dana əti və 3 ədəd bişmiş dil tətbiq edilir.

Norma: 160 q hazır vineqred, 85 q siyənək, 120 q hazır

vineqretə 40 q göbələk götürülür.

3.9.4. Balıqdan soyuq xörəklərin hazırlanması və süfrəyə

verilməsi

Mayonez altında nərə balığı, ağ balıq, uzunburun yaxud suf

balığı

Burada bişirilmiş və soyudulmuş kartof və yerkökü xırda

kubik şəklində doğranıb, üçdə bir hissəsinə mayonez sousu yaxud

aşqar   vurularaq   paylıq   buludun   ortasına   qoyulur.   Tərəvəzin

üzərinə isə bir tikə suda bişirilmiş balıq qoyularaq onun da üstünə

jele ilə birlikdə mayonez sousu tökülür və xörək yerkökü, göy

235



kahı və cəfəri göyərtisi ilə bəzədilir; sonra da bunun üstünə nazik

qat şəffaf jele tökülür. 

Süfrəyə   verilən   zaman   mayonez   altında   balıq   göy   kahı

yarpağı, cəfəri göyərtisi, xərçəng boynu, kornişon və doğranmış

jele ilə bəzədilir və yerdə qalan tərəvəz isə gül şəklində düzülür.

Mayonez  altında   balıq   qatışıq   qarnirsiz  də   süfrəyə   verilə

bilər, belə hallarda müxtəlif tərəvəz növlərindən ibarət qarnir gül

dəstəsi   şəklində   olaraq   üstünə   şirə   tökülmüş   balığın   yanına

qoyulur və aşqar vurulur.

Hər pay üçün 140 q nərə, 120 q ağ balıq, 170 q suf balığı,

150 q hazır qarnir, 15 q hazır aşqar, 35 q hazır sous .

Marinad altında balıq

Bu xörək hər cür balıqdan hazırlana bilər. Burada nərə ba-

lığı bir qayda olaraq suda bişirilmiş şəkildə süfəyə verilir. Xırda

balıqlar   bütöv   şəkildə   hazırlanır,   yerdə   qalan   balıq   növlərinin

yumşaq əti paylıq tikələrə doğranıb, üstünə duz, istiot səpilir, un

içində   urvalanır   və   qazmaq   tutunca   əsas   üsul   üzrə   yağ   içində

qızardılaraq   qızdırıcı   şkafa   qoyulur   və   orada   hazır   vəziyyətə

gətirilir.

Bütöv balıq yaxud paylıq tikələr çini qaba qoyulub, üstünə

marinad tökülüb, 3-5 saat soyuq yerdə saxlanır. Süfrəyə verilən

zaman   balıq   tikəsi   buluda   qoyulub   üstünə   marinad   tökülür   və

narın   doğranmış   göy   soğan     yaxud   cəfəri   göyərtisi   yaxud   da

şüyüd səpilir.

Hər pay üçün 150 q çapaq balığı, 150 q çəki balığı, 15 q

göy soğan, 75 q hazır marinad, 5 q buğda unu və 4 q bitki yagı

götürülür.

236



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə