Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə32/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

Burada suda bişirilmiş isti kartof ələkdən keçirilib qaynar

süd,   ərinmiş   yağ,   çiy   yumurta   və   duz   ilə   birləşdirilərək   ciddi

qarışdırılır. Bu qaydada hazırlanmış kütlə 4 sm qalınlıqda olaraq

tavanın   içinə   qoyulub   üzünə   lyezon   yaxud   yumurta   ilə   xama

qatışığı sürtülür və sonra qızdırıcı şkafda kabab edilir.

Hazır olduqda bu xörək paylıq tikələrə doğranır və süfrəyə

verilən  zaman  üstünə sous (göbələk sousu, xama  sousu, tomat

sousu) yaxud kərə yağı (5q) tökülür.



Hər pay üçün burada 345 q kartof, 50 q süd, 10 q kərə yağı

¼ ədəd yumurta və 5 q xama götürülür.

Soğanlı və yumurtalı kartof zapekankası

Burada kartof zapekankası üçün hazırlanmış kartof kütləsi 2

sm qalınlıqda olaraq dibinə yağ sürtülmüş tavanın içinə qoyulub

üstünə yağda qızardılmış soğandan, döyülmüş suxarıdan və bərk

bişirilib doğranmış yumurtadan, duzdan və istiotdan ibarət qiymə

yayılır. Qiymənin də üstünə kartof kütləsi qoyulub hamarlanır və

lyezon yaxud xama sürtülüb döyülmüş suxarı səpilərək qızdırıcı

şkafda kabab edilir.

Süfrəyə verilən zaman zapekanka paylıq tikələrə doğranıb

boşqaba   qoyulur   və   üstünə   tomat   sousu   yaxud   göbələk   sousu

tökülür yaxud da yanına ayrıca olaraq xama qoyulur.

Qiymənin   içinə   soğandan   və   yumurtadan   başqa   həm   də

suda bişirilmiş quru göbələk qatıla bilər.

Hər pay üçün burada 240 q kartof, 5 q xama, 75 q hazır

sous, yaxud 20 q xama götürülür; qiymə üçün burada 25 q baş

soğan, 

5

1



 ədəd yumurta, 10 q yağ və 5 q suxarı götürülür.

Tavada bişirilmiş tərəvəz solyankası

124



Burada duzlu göbələk (sarı göbələk, ağ göbələk və s.) so-

yuq suda yuyulub dilim şəklində doğranır və 10 dəqiqə müddə-

tində bişirildikdən sonra suyu süzülüb yağda qızardılır. Həmin öz

şirəsində bişirilmiş kələmə göbələk, yağda qızardılmış baş soğan,

qabığı soyulmuş və toxumu çıxarılmış duzlu xiyar dilimləri əlavə

edilərək ciddi qarışdırılır və isidilir.

Bu qaydada hazırlanan kütlə dibinə yağ sürtülmüş və dö-

yülmüş suxarı səpilmiş tavanın içinə qoyulub hamarlanır və üs-

tünə pendir ovuntusu, habelə döyülmüş suxarı səpilib yağ çilənir

və qızdırıcı şkafda kabab edilir.

Tərəvəz solyankası süfrəyə veriləndə üstünə əridilmiş kərə

yağı tökülür və çərdəksiz zeytun, marinadlaşdırılmış gavalı, albalı

və limon dilimi ilə bəzədilir.

Tərəvəz solyankası tavada göbələksiz də hazırlana bilər.



Hər pay üçün burada 200 q öz şirəsində bişirilmiş kələm,

24 q baş soğan, 69 q duzlu xiyar, 24 q duzlu göbələk,  7 q yağ, 3

q   şəkər,   5,4   q   pendir,   20   q   zeytun,   22   q   albalı   yaxud

marinadlaşdırılmış   gavalı,  

10

1



  ədəd   limon   və   5   q   kərə   yağı

götürülür.

Tərəvəz dolması 

Burada ağbaş kələmin hazırlanmış yarpaqlarına qiymə qo-

yulub kolbasa yaxud konvert şəklində bükülür. Sonra həmin qay-

dada hazırlanan dolma dibinə yağ sürtülmüş dərin tavaların içinə

qoyulub   qızardılır   və   üstünə   tamatlı   turş   xama   sousu   tökülüb

2

1



1

1



 saat qızdırıcı şkafda bişirilərək hazır vəziyyətə gətirilir.

Süfrəyə   verilən   zaman   tərəvəz   dolmasının   üstünə   sous

tökülür və narın doğranmış göyərti səpilir.

Qiymənin hazırlanması. Burada yağda qızardılmış turp, baş

soğan,   suda   bişirilmiş   ağ   göbələk,   suda   bişirilən   düyü,   bərk

bişimiş   və   doğranmış   yumurta,   döyülmüş   istiot   və   duz

125



birləşdirilib   hamısı   birlikdə   ciddi   qarışdırılır.   Həmin   qiyməyə

narın doğranmış cəfəri göyərtisi də əlavə edilə bilər.



Hər pay üçün burada 190 q təzə kələm, 29 q yerkökü, 36 q

baş soğan, 53 q təzə ağ göbələk, 12 q düyü, 15 q yağ, 100 q hazır

sous və 3 q cəfəri göyərtisi götürülür.

Kudu dolması

Burada   kudu   soyulub   1-2   sm   qalınlıqda   halqa   şəklində

doğranır və içi  çıxarılaraq  yarımhazır  vəziyyətəcən  duzlu suda

bişirilir. Sonra kudu ələyə qoyulub suyu süzülür və dibinə yağ

sürtülmüş   tavalara   düzülərək   içinə   tərəvəz   qiyməsi   doldurulur,

üstünə   isə   xama   sousu   yaxud   tomat   sousu   tökülür;   bunun   da

üstündən   əzilmiş   pendir   səpilir   və  yağ   çilənib   qızdırıcı   şkafda

bişirilir. Süfrəyə verilən zaman kudunun üstünə sous tökülür.

Kudu   dolması   süfrəyə   soyuq   halda   da   verilə   bilər;   belə

hallarda kudu dolması soussuz olaraq bitki yağında hazırlanır.



Hər pay üçün burada 249 q kudu, 100-150 q hazır qiymə, 5

q yağ, 5,3 q pendir və 75 q hazır sous götürülür.

Kudu dolması üçün aşağıdakı qiymə növləri tətbiq edilir:



Tərəvəz   qiyməsi.  Burada   təzə   ağbaş   kələm   çöp   şəklində

çərtilir   və   tomat-püre   ilə   birlikdə   öz   şirəsində   bişirilir.   Çöp

şəklində doğranmış yerkökü, cəfəri və habelə baş soğan yağda

qızardılıb   öz   buğunda   bişmiş   kələmə   qatılır,   sonra   içinə   duz,

narın doğranmış cəfəri göyərtisi və azacıq qızardılmış göy soğan

vurulub hamısı birlikdə qarışdırılır.



Hər pay üçün burada 42 q təzə kələm, 19 q yerkökü, 11 q

cəfəri, 24 q baş soğan, 10 q tomat-püre, 20 q kərə yağı, 3 q

göyərti, 20 q göy soğan və 0,02 q döyülmüş istiot götürülür.

Düyü   və   tərəvəz   qiyməsi.   Burada   yağda   qızardılmış   baş

soğan,   yerkökü,   pomidor   və   suda   bişirilmiş   düyü   birləşdirilib

126



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə