Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə29/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   25   26   27   28   29   30   31   32   ...   110

Nişasta 110°C-dən çox qızdırılanda parçalanmağa başlayır

və bundan dekstrin deyilən yeni maddə törənir; dekstrin sarıdan

başlamış   qəhvəyi   rəngə   qədər   çalır   və   ona   görə   də   tərkibində

nişasta   maddəsi   olan   tərəvəz   bişirilən   yaxud   qovrulan   zaman

bayaqlı xarakterik qabıq əmələ gəlir.

Un yağda qovrulanda və qarabaşaq yarması qovrulanda da

belə hadisə baş verir. C vitaminindən (askorbin turşusu) başqa

bütün yerdə qalan vitaminlər xammalın kulinar emalı zamanı öz

xarakterini dəyişmir. Tərəvəz C vitamini cəhətdən zəngindir. C

vitamini havanın oksigenindən, xüsusən qızdırılan zaman dağılır.

C   vitaminini   qorumaq   üçün   kulinar   emalında   aşağıdakı

əməliyyatdan qaçınmalıdır:

a)   soyulmuş,   xüsusən   doğranmış   tərəvəzin   uzun   vaxt

saxlanması;

b) tərəvəzin pis qalaylanmış dəmir yaxud mis qabda bişiril-

məsi (dəmir və mis C vitamininin dağılması prosesini sürətlən-

dirir);

c)  xörək bişirən zaman tərəvəzin tez-tez qarışdırılması;



d)  tərəvəzin tamamilə əzilməsi (həddindən artıq bişməsi);

e) tərəvəzə yeyinti  sodası əlavə edilməsi (soda C vitami-

ninin dağılması prosesini sürətləndirir);

f)  hazır xörəyin uzun vaxt saxlanması.

Tərəvəz mütləq qapağı örtülü qabda bişirilməlidir.

Xörək   bişirən   zaman   isti   emalda   turşu   əlavə   edilərsə,   C

vitamini daha yaxşı mühafizə olar.

Mineral duzlarının qorunması üçün soyulmuş tərəvəz aza-

cıq duzlu suda bişirilir. Tərəvəz qabıqlı şəkildə olaraq adi üsulda

yaxud buxar vasitəsilə bişiriləndə mineral duzlarının itgisi azalır.

Dondurulmuş kartof soyuq suda yuyulur və donu açılmadan

coşğun qaynar suya salınır.

Təzə   göbələk   bişirilən   zaman   azacıq   duzlu   qaynar   suya

salınır. Qovurmaq lazım gələndə ağ göbələk qabaqca pörtlənir,

yerdə qalan göbələklər isə 7-10 dəqiqə ərzində bişirilib sonra isti

suda yuyulur. Göbələklərdən yalnız ağ və şampinyon göbələyinin

həlimindən istifadə olunur.

112



3.3.1. Suda bişmiş tərəvəz 

Çuğundurdan və göy noxuddan başqa bütün tərəvəz növləri

azacıq duzlu qaynar suda bişirilir; burada 1 litr suya 10 q duz

vurulur. Çuğundurun təminə duz mənfi təsir göstərir, göy noxud

isə duzlu mühitdə yaxşı bişmir. Çuğundur bişirilən zaman azacıq

sirkə (1 litr suya 4-5 q sirkə) tətbiq olunur ki, bu da çuğundurun

rəngini   mühafizə   edir.   Bişən   vaxt   su   tərəvəzdən   1   sm   yuxarı

durmalıdır.

Soyuq xörəklər üçün, habelə qızartmaq üçün kartof qabıqlı

şəkildə, püre və isti xörəklərə qarnir üçün isə soyulmuş şəkildə

bişirilir.   Soyuq   xörəklərə   tətbiq   olunan   çuğundur   və   yerkökü

qabıqlı şəkildə bişirilir.

Buxarda bişirmək üçün çox vaxt üstünə duz səpilmiş soyul-

muş kartof və yerkökü tətbiq edilir.

Təzə halda dondurulan tərəvəz (göy noxud, çiçək kələm və

s.)   donu   açılmadan   coşğun   qaynar   duzlu   suda   bişirilib,   hazır

vəziyyətə gətirilir.

 

Suda bişmiş kartof

Burada çiy kartof yonulub boçkacıq formasına gətirilir və

qaynar duzlu suya salınaraq hazır olunca bişirilir. Sonra bunun

suyu   süzülüb   qabın   qapağı   örtülür   və   od   üstündə   2-3   dəqiqə

ərzində qurudulur.

Süfrəyə verilən zaman bişmiş kartof dərin boşqaba qoyulub

üstünə göyərti səpilir və ayrıca qabda bunun yanına bir tikə kərə

yağı yaxud xama qoyulur.

Kartof süerəyə  ərinmiş yaxud bitki yağı  ilə və yaxud  da

mal, qoyun piyi ilə verilən hallarda üstünə qaynar yağ tökülür.

Belə hallarda çiy kartof yonulub boçkacıq formasına salındıqdan

yaxud kubik şəklində doğrandıqdan sonra bişirilir.

113



Hər pay üçün burada 345 q kartof, 15 q kərə yağı yaxud

xama və 3 q cəfəri göturulur.

Qızardılmış soğan, göbələk yaxud pomidorla birlikdə suda

bişirilmiş kartof

Burada   yarımgirdə   doğranmış   baş   soğan   qızardılıb   suda

bişirilmiş isti kartofa qatılır.

Təzə ağ göbələk dilim şəklində doğranıb pörtlədilir, yuyu-

lur və hazır olunca qovrulub suda bişirilmiş isti kartofa qatılır.

Təzə pomidor dörd hissəyə bölünüb qızardılır və üstünə yağ

tökülmüş isti kartofun üzərinə qoyulur. Süfrəyə buraxılan zaman

kartofun üstünə narın doğranmış göyərti səpilir.



Hər pay üçün burada 345 q kartof, 15 q kərə yağı, 60 q baş

soğan yaxud 92 q təzə ağ göbələk yaxud 160 q pomidor və 3 q

cəfəri götürülür.

Südlü kartof

Burada kubik şəklində doğranmış kartof 10 dəqiqə qaynar

suda bişirilir, sonra suyu süzülüb üstünə qaynar süd tökülür və

duz   vurulub   hazır   olunca   bişirilir.   Hazır   kartofa   buğda   ununa

qatılmış kərə yağı əlavə edilib qızdırılır. Süfrəyə verilən zaman

kartof paylıq  dərin buluda yaxud  paylıq  tavanın  içinə  qoyulub

üstünə bir tikə kərə yağı əlavə edilir və narın doğranmış göyərti

səpilir.


Südlü kartof habelə ət xörəklərinə qarnir yeri verir.

Hər pay üçün burada 240 q kartof, 75 q süd, 7 q kərə yağı,

2 q əla yaxud I növ buğda unu və 3 q cəfəri götürülür.

Kartof püresi

114



Burada soyulmuş kartof duzlu suda bişirilib hazır vəziyyətə

gətirilir, sonra suyu süzülür, kartof isə qurulanır. Qurulanmış isti

kartof ələkdən keçirilir, üzərinə kərə yağı əlavə edilib yaxşı qız-

dırılır və üstünə tədricən qaynar süd tökülərək arasıkəsilmədən

qarışdırılır. Ən axırda təminə görə buna duz vurulur.

Süfrəyə verilən zaman kartof püresi boşqaba yayılır, üstün-

də   naxış  çəkilib  kərə   yağı  tökülür  və  narın   doğranmış  göyərti

səpilir.


Kartofdan kotlet, zraza və kroket hazırlanması üçün əzilmiş

kartof püresinə 60° temperaturda çiy yumurta vurulub ciddi qarış-

dırılır. Buna azacıq miqdarda kərə yağı da qatıla bilər.

Kartof   püresi   qarnir   yerində   istifadə   edilən   zaman   buna

yalnız kərə yağı qatılır. 

Hər pay üçün burada 287 q kartof, 38 q süd və 10 q kərə

yağı götürülür. 

                    

Suda bişirilmiş çiçək kələm

Burada çiçək kələm bütöv şəkildə güclü od üstündə duzlu

qaynar   suda   bişirilib   hazır   vəziyyətə   gətirilir;   hazır   olduqdan

sonra çiçək kələm kəfkir vasitəsilə sudan çıxarılıb ələyə qoyulur

və suyu süzülür. 

Süfrəyə verilən zaman çiçək kələm dərin boşqaba qoyulub

göyərti ilə bəzədilir. 

Bunun yanına sous qabında Hollandiya sousu yaxud suxarı

sousu   qoyulur.   Çiçək   kələmin   üstünə   yarımmaye   süd   sousu

tökülə bilər.

Qarnir üçün kələm bir neçə hissəyə bölünüb suda bişirilir.

Hər pay üçün burada 360 q çiçək kələm, 25 q suxarı sousu,

yaxud 75 q Hollandiya sousu və yaxud 75 q yarımmaye süd sousu

götürülür.

Qrenkalı göy noxud

115



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə